Posts

Showing posts with the label erotik film

Kimi daha çox istəyirəm/ Cosa voglio di più (18+)

Image
Rus: Кого хочу я больше Günlərin bir günü iş yoldaşlarını təqaüdə göndərərkən Anna Domenikoya rast gəlir. Domeniko iki kiçik uşağı olan, evli, yaraşıqlı kişidir və əlavə gəlir əldə etmək üçün istirahət günləri ofisiantlıq edir. Annanın özü də heç də "azad" deyil. O, Alessio ilə birlikdə yaşayır. Buna baxmayaraq Anna ilə Domeniko arasında alovlanan ehtiras qarşılıqlı münasibətlərə, hər ikisi üçün də dramatik nəticələrə gətirib-çıxarır.

Lie with Me (18+)

Image
          Xəbərdarlıq! Əgər siz 18+ filmlər və mövzulardan narahat olursunuzsa xahiş edirəm yazını oxumağa davam etməyin. Mən belə filmləri onun erotik səhnələrinə baxıb feyzyab olmaq məqsədiylə izləmirəm. Belə filmlərdə yaxşı psixologizm və dramatizm axtarıram. Odur ki, müəyyən mənada belə filmlərdən bəzi şeyləri öyrənmək olar. Obrazların emosional şkalalarında və psixikalarında baş verən dəyişiklikləri izləməkdən zövq alıram. Bu filmdə bizə təsadüfi əlaqələr, seks və sevgi kimi motivlərlə qarşı-qarşıyayıq. Biz beyni söndürən və mənasız filmlə yox, əksinə düşünərək anlaya biləcəyimiz filmlə (mən belə filmlərə üstünlük verirəm) qarşı-qarşıyayıq. Əlbəttə izləyicidən çox şey aslıdır.

Melissa P. +18

Image
Qeyd: + 18 mövzulardan narahat olan insanlardan çox xahiş edirəm nə bu yazını oxusunlar nə də filmi izləsinlər. Yazıda mənim film və mövzu haqqında fikirlərim yer alıb.  Bu yaxınlarda erotik janra aid edilən bu filmi izlədim. Bu janra daxil edilməsi filmdə olan 3-4 epizoda əsaslanır. Ümumiyyətlə isə filmi bu kateqoriyaya aid etmək olmaz. Film bizə sadəcə yeniyetməlikdə keçid dövrünün problemləri ilə əlaqədardır. Film real faktlar, hadisələr və proseslərə əsasən çəkildiyinə görə, səmimi və maraqlıdır. Zənnimcə mövzuyla maraqlananlar izləsə peşman olmazlar. Çünki filmfə çox şey yaxşı təsvir olunub. Qısaca motivlər: Filmdə Melissa adlı səfeh qızın qadın olması və daha sonra da sevgiylə tanış olması yer alıb. Melissanın başına çox işlər gəlir və bu da onun daxili dünyasını inkişaf etdirir. Nəticədə də onun dünyası qızın özündən də yaşlı olur (bu real həyatda da belədir. 15 yaşında qız ilə 15 yaşlı oğlan, psixoloji cəhətdən eyni deyildir.). O, yeniyetmədir. O, təkdir. O...