Fridirix Nitsşe - Zərdüşt Belə Dedi
...kömək
elə mənə Nitsşe. Hamı məni tək qoyur. Elə sənin aqibətini mən də yaşayıram. Sən
özün deyirdin: “Nə vaxt ki, dostlaşmağa çalışırdım, satqınlığa məruz qalırdım.”
Ətdən sümükdən olan insanlar məni tək qoyur, Nitsşe. Bilirəm onlar niyə belə
edirlər. Sən də bir daha bunu mənə göstərdin. Ancaq ki, bir şeyi deyim ki, yalnızlaşdıqca
dəlisovlaşıram. Bu hal mənim özümü hərdən qorxudur, amma başqa alternativim
yoxdur. Səndən də, digər yazıçılardan da kömək istəyirəm. kömək edin ki,
yalnızlığıma qərq ola bilim...
Təqdimat – Minlərlə insanın fikirlərini,
düşüncələrini və həyata baxışlarını dəyişən, fövqəlinsan anlayışını bizə
tanıtdıran bir kitabla qarşı-qarşıyayıq. Öz qəribə aurası ilə insanları dəyişdirən
kitab. Kitabda yazılanları qəbul etmək və ya qəbul etməmək olar. Yazılanlar
haqqında mübahisə də etmək olar. Əsas olan kitabın bizə təqdim etdiyi
reallıqları qəbul etməkdir. Bəli yazılanlar həqiqətdir. Axı mən kiməm ki, nəyin
həqiqət olduğnu nəyinsə olmadığı haqqında hökm çıxarım?! Bəs Nitsşe kimidi ki,
axı o kimdi ki, o, da həqiqətin nə olduğu haqqında fikirləri sağa-sola fışqırdsın?!
Bəs sən kimsən?! Biz kimik ki, belə lənətli mövzulardan dəm vururuq? Acizliyimiz
məni kinayəli-kinayəli gülümsəməyə vadar edir. Kimə inanaq?! Daha demə inanmağa
ehtiyac yox imiş. Hər bir ehtiyacımız bu qəfəsdən azad olmaq ehtiyacının müxtəlif
formalarıdır. Ehtiyac zənginlikləri qoy sizi çaşdırmasın. Əsas olan bilirsiz nədi?
Əsas olan başı itirməməkdi. Qalanı düzələr. Təki salamatçılıq olsun.

Kitabı oxudum. Kitabı oxuyanda pisə,
yaxşıya, allahlara, digər insanlara və özümə gözucu da olsa baxmaq imkanı əldə
etdim. Bəli bəli gözucu, çünki kitab bir dəfə oxunacaq dərəcədə deyil. Hərdənbir
vərəqləmək lazımdır. Kitabın əsas ideyası, güclü nizam-intizam və qayda-qanunla
fövqəlinsanın yetişdirilməsidir (alman intizamını xatırlayaq). Bunu aydınlanmaq
adlandırmaq olarmı? Bilmirəm. Çünki kitabın 10-15%-lik kiçik bir hissəsini
anlamış vəziyyətdəyəm. Mənə vaxt lazımdır. Anti-din-i, Buddizm fəlsəfəsinin izləri
olan bir kitab. Fövqəlinsanı üstün irq anlayışı ilə səhv salanları da gördüm.
Bunu faşizm ilə əlaqələndirənləri də. Nə deyim. Hər kəs öz arşını ilə ölçür. Biz
nə ediriksə özümüz üçün edirik. Deyəcəklərim bu qədər. Deyiləsi şeyləri Nitşe
öz qoy desin sizə. Siz də onun dediklərinin “sağlam” yoxsa “xəstə” olduğu
haqqında verdikt çıxarın. Sizin buna haqqınız var.
Kitabdan seçmələr:
- - Qaç, dostum, öz tənhalığına qaç! Görürəm, qulaqların böyük adamların haray-qışqırığından batıb, məzlumların ah-naləsindən yağır olub. Meşə də, qayalar da səninlə bərabər ləyaqətlə sükuta varmışdılar. Sevdiyin o ağacdan ibrət götür, başını dənizin üzərinə əyərək sakitcə dinləyir. Tənhalığın qurtardığı yerdə bazar başlanır; bazarın başlandığı yerdə isə mahir oyunbazların hay-küyü və zəhərli milçəklərin vızıltısı başlayır.
- - Gör necə illərdi dağlarda yaşayıram, müsahibim göllər, ağaclar olub: indi isə elə bil ki, çobanlarla danışıram. Ruhumun sıcağı, qəlbimin odu dağı-daşı yandırar, amma bunlar ruhumu soyuq bilib sözümü dəhşətli zarafat sandılar. Üzümə baxıb gülürlər və gülərək nifrət edirlər. Gülüşlərinin buzu duyulur.
- - Bir vaxtlar siz meymundunuz, indinin özündə də insan təbiətindəki meymunluq hər bir meymunu mat qoyur. Sizlərdən ən ağıllısı fitnədən və bitki ilə kabusun qarışığından başqa bir şey deyil.
- - “Hər zaman tək qalmaq mənə çoxdur” – tərki-dünya insan belə düşünür. “Bir vaxtı gəldikdə ikiyə çevrilir».
- - Dostluq diləməyə cəsarəti çatmayan əsl ehtiram: “Heç olmazsa düşmənim ol”! – deyir.
- - Dostunun əslində necə olduğunu bilmək üçün ona heç yatan yerdə baxmısanmı? Əslində dostunun sifəti nədir axı? Bu sənin özünün bir az nahamar, kələ-kötür güzgüdəki əksindir.
- - Tənhalığa
çəkilmək istəyirsən, qardaş? Səni özünə qaytaran yolu axtarırsan? Bir az ayaq
saxla, məni eşit. Sürü deyir ki,
“Axtaran özünü də itirər. Tənhalıq günahdır”. Necə vaxtdır sən də sürüdən idin.
Sürünün səsi sənin öz içində hələ çox səslənəcək.
Desən ki, “mənim vicdanım sizinkindən deyil”, – bu şikayət və nalə kimi səslənmiş olacaq.
P.S. Bəziləri
saxta məlumatlar yayaraq kitabı faşizmlə əlaqəsini göstərmək və öz humanistlərini
gözə soxmaq məqsədiylə yalançılıq edirlər. Nə deyəsən həmişə belələri var.
Kitabın rusca adı: Фридрих
Ницше - Так говорил Заратустра
Kitabın türkcə adı: Friedrich
Nietzsche - Böyle Buyurdu Zerdüşt
Sizinlə Nitşe və elə sizin öz fikirləriniz
ReplyDeletebarədə də söhbətləşmək istərdim.