Qurban Səid - Əli və Nino
Qərb Qrəbdir, Şərq isə Şərq və
onlar yer ilə göyün qorxulu məhkəməsinə qədər yerlərindən tərpənməyəcəkələr. -
R.Kiplinq - Qərb və Şərq Haqqında Ballada.

Resenziyam - Ümumiyytlə bu roman
haqqında söz demək şəxsən mənim üçün bir az çətindir. Mən çox sevinirəm ki, bir
Azərbaycan yazıçısının yazdığı əsər bütün dünyada oxunur və bəyənilir. Azərbaycan
ədəbiyyatının planetar səviyyədə oxunacaq çoxlu əsərləri var. Bilavasitə bu əsərlə
mən nədənsə tamlaşa, bütünləşə bilmirəm. 6-cı sinifdə oxuyanda Azərbaycan əsilli
fransız yazıçısı Baninin (Əsədullayeva Ümmülbanu Mirzə qızı) "Qafqaz Günləri"
(Jours caucasiens) əsərini oxuyandan sonra, sözün həqiqi mənasında, Qafqazın
necə bir coğrafi məkan olduğu haqqında tam fikir sahibi olmuşdum. Adını çəkdiyim
əsərin obrazlarını və bir çox yerlərini unutsam da (üzərindən çox keçib), Əli və
Nino romanını oxuyanda tez-tez xatırlayırdım. "Əli və Nino"-nu çoxdan-3 il bundan öncə - oxumuşam və bu yazıda
bu romanın obrazları və onların davranışları, onların daxili dünyası kimi məsələlərə
toxunmayacam, çünki bu əsər haqqında tam və dolğun resenziya yazmaq üçün gərək
romanı bir daha oxuyum. "Əli və Nino" əsəri Əli Xan Şirvanşir və Nino
Kipianinin timsalında, Avropa və Asiyanın bir-biri ilə müqayisəsini tərənnüm
edir. Əsərdə Avropya heyranlıq özünü açıq-aşkar göstərir. O Avropa ki, əldə
etdiyi bütün sərvətini və elmini digər coğrafi məkanlara borcludur. Yağmalıq və
müstəmləkəçilik ilə üstünlük qazanıb bununla fəxr edir. Bəli onların intibah
dövrü bəşəriyyətə çox şey qazandırıb, amma bəşəriyyətin beşiyi Asiyadır əzizlərim.
Ümumiyyətlə mən Avropa və Asiya, şərq və qərb və buna bənzər bölgülərə
qarşıyam. Birinin o birisinə üstünlüyünə isə on qat qarşıyam. Yazıçı isə demək
istəyir ki, sevginin gücü hətta Avropa və Asiyanı, Xristianlıqla İslamı da birləşdirə
bilər.

Rusiya kimi nə doğru-düzgün Avropa nə də
doğru-düzgün Asiya ölkəsi, Asiyanı cahilliyin və savadsızlığın simvoluna çevirməsi
tamamilə yalnış bir şeydir. Pyotr Avropa yolunu tutaraq Rusiyanı bu günkü günlərə
qədər gətirib çıxara bilib. Bu cümlələr isə çox şeyi ifadə edir: “Avropanın
şərq sərhədləri Şimalda Buzlu şimal okeanından, qərbdə Atlantik okeanından, cənubda
da Aralıq dənizindən keçir. Avropanın şərq sərhədi isə Rus imperiyasının içindən,
Ural sıra dağları boyunca aşağı, Xəzər dənizindən və Qafqazdan keçir. Bəzi
alimlər Qafqaz dağlarının cənubundakı bölgəni Asiyaya aid edirlər. Digər alimlər
isə bu bölgəni mədəni cəhətdən inkişaf etdiyi üçün Avropaya aid edirlər.
Uşaqlar, demək istəyirəm ki, şəhərimizin qabaqcıl Avropaya mı, yoxsa geridə
qalmış Asiyayamı aid olacağını müəyyən etmək sizin mövqeyinizdən asılıdır”.
sərq və qərb təffəkurundə belə fərqlər varkən onlari müqayisə etmək yanlisliqdir.Amma nezere almaq lazimdir ki,turkler meselen cap masinina benzer nese ixtira edende avropanin bundan xeberi yox idi.Sonda quttenberq 15 esrde cap masinini ixtira edende turklerin cinlilerin bu isde emelleri bele unuduldu.Avropalilar sadece veziyyeti daha yaxsi derk ede bilirler,amma serq ise bu gun ucun gerideqalmis,xeste tefekkurludur.
ReplyDeleteŞərqin təfəkkürünü xəstələndirən amillər var. o amillər olmasaydı, qərb şərqi izləyəcəkdi bu gün.
Delete