M.L. Abramoviç - Yəhudisayağı biznes. 67 qızıl qayda
Orijinal ad: Михаил Леонидович Абрамович Бизнес по-еврейски. 67 золотых правил Uzun müddət öncə gördüyüm bu kitab məndə böyük maraq oyatmışdı. Ən əsası isə beynimdə olan bir çox suallara cavabın olduğunu düşünmüşdüm: Niyə yəhudilər bu dərəcədə uğur qazanırlar. Onların müəyyən üsulları və sirləri olmalıdır axı. Sonunda oxumağa nail oldum. Oxuduqdan sonra özümə sual verdim: nə dəyişdi? Cavab: çox az şey. Çünki kitabın ilk səhifələri yəhudilərin eramızdan əvvəlki və orta əsrlərdəki tarixinin ultra-qısa tərzdəki icmalı oldu. Daha sonra mənə elə gəldi ki, sanki, hansısa dini kitabı oxuyuram. Tövrat və Talmud kimi kitablardan çoxlu dini rəvayətlər, əfsanələr və onların dini personajlarla olan qısa hekəyələri əks olunub. Bu prinsip kitabın sonuna qədər özünü qoruyub saxlayır. Müəllif bütün bu əxlaqi-etik normaları, qayda-qanunları iş həyatına tətbiq etməyə çalışsa da, bu onda çox zəif alınıb. Oğurluq etmək, yalan danışmaq, dilənçilərə pul vermək və sair kimi bu motivli anla...