Posts

Showing posts with the label sənədli film

Dördüncü sakin - Citizenfour - Гражданин четыре

Image
Bəzən cəsarətli insanlarla qarşılaşırsan. Bəzən insanlardan birisi sadəcə özünü deyil digərlərini də düşünməyə başlayır. Bəzən insanlar mövcud qayda-qanunların hipnozundan can qurtarmağa müvəffəq olurlar. Kimsə. Birisi. Başqa birisi. Hamı kimi düşünüb bu yazını yazmağa başlayarkən mən Edvar Snouden haqqında yuxulu-yuxulu fikirlər söyləyirəm. Edvard. Bu tamamilə başqasıdır. Yad cəmiyyətin, mədəniyyətin, ölkənin, millətin nümayəndəsi, amma o, məni özünə özgə hesab etmir. O, belə hesab edir ki, heç bir hakimiyyət orqanı səbəbsiz yerə kiminsə şəxsi həyat ın nəticəsi olan şəxsi informasiyasını toplayıb təhlil etməməlidir. Ağırlığına dözülməz bu yükün altına girmək qorxusuzluq tələb edir. Başa düşmürəm insan özündən başqa bir digərini necə düşünə bilər. Milyonlarla digər insandan sənə nə? Nə ehtiyac var axı öz şəxsi rahatlığını nəticəsi bilinməyən proseslərə qurban edəsən. Haşiyə açım əsas yadın kim olduğunu deyim: artıq əsrlərdir ki, siyasi hakimiyyətlər bizə yad insanlar toplusundan ba...

Zər Dünyası - Dice World

Image
      “Zər Adam” və “Zər Adam Gündəliyi” adlı yazılarımı paylaşdıqdan sonra sonuncu izlədiyim və adını çəkdiyim romanla bilavasitə əlaqləli olan sənədli film haqqında da yazı paylaşmağı lazım bildim. Bu sənədli filmdə yazıçının özü Corc Krokfort (George Crockfort (pen name: Luke Rhinehart)) özü də iştirak edərək bir çox insanlara yaxınlaşır onlarla ünsiyyətdə olur, özü və yaradıcıllığı haqqında çoxlu məlumatlar verir. Olduqca maraqlı insan olan Corc özündə dəlisov bir dünya daşıyır. Yazıçının bəyəndiyim xüsusiyyəti ondan ibarətdir ki, o, müasir cəmiyyətlərin problemlərini işıqlandıra bilir. Özümüzə sual verək: indi insanlar daha çox haralarda yaşayırlar? Cavab şəhərlərdədir? Həm hə həm də yox. Cavab sadəcə və yalnızca “xaotik şəhərlər” olmamalıdır. Cavab “Zər Adam” və ona bənzər romanlar olmalıdır. Həmid Herisçi demiş, cavab roman, hekayə, şeir, bayatı, atalar sözü, dastan, mif, əfsanə olmalıdır. Yalnız o zaman biz məsələni dərindən anlaya bilərik. Qısa cavablara aldan...

MİSS Representation

Image
Amerikan gəncləri vaxtlarını həftədə: -           31 saat televizora baxaraq -          17 saat musiqiyə qulaq asaraq -          3 saat kinoteatrlarda film izləyərək -          4 saat jurnal oxuyaraq -         10 saat online söhbət edərək keçirdirlər.  Bu isə gündəlik 10 saat 45 dəqiqə mediaya ayrılan vaxt deməkdir. Günümüzdə insanların mediadan öyrəndiklərini digər qaynaqlardan öyrəndikləri ilə müqayisə olunmazdır. KİV həm mesaj həm də mesaj ötürəndir. İnsanlar içində olduqları cəmiyyətdə nələrin baş verdiyini məhz media, KİV vasitəsi ilə öyrənirlər. Ona görə də media bu gün çox böyük gücdür. Biz unikal dövrdə yaşayırıq. Belə ki, bu gün marketoloqlar cəmiyyətin əxlaqı-mənəvi dəyərlərinə təsir edə və formalaşdıra bilmək gücünə sahibdirlər. Media cəmiyyətimizin, uşaql...

Carbon Nation

Image
  Alternativ enerji haqqında, ekoloji problemlər və ümumiyyətlə ekosistem haqqında, hələ belə gözəl sənədli filmə baxmamışdım.... Peter Byckın həyat yoldaşı ilə birlikdə dörd ilə ərsəyə gətirdiyi filmin möhtəşəmliyi, ekosistem və dünya iqtisadiyyatı üçün fəaliyyət göstərən optimist fərdlərin işlərinə işıq tutması və bizə göstərməsidir. Sənədli filmin ingiliscə şüarı: “A climate change solutions movie” Filmdə ən müxtəlif vəzifələrdə çalışan və ekologiya ilə əlaqədar müxtəlif sahələrdə fəaliyyətdə olan insanlar fikirlərini və şəxsi təcrübələrini bölüşürlər. Yaxşı tanıdığımız, dünyaca məşhur aktyor Arnold Schwarzenegger də günəş enerjisinin faydalı haqqında qubernator olaraq qısaca niqt deyir.)) 21-ci iəsrin peyğəmbərləri: 21-ci əsrin peyğəmbərləri o kəslərdir ki, onlar təbiəti qorumaq üçün həyatlarını buna həsr edirlər. Belə insanlar var. Onlar dünyanın hər bir güşəsini öz evləri, hər bir insanı isə ailədən birisi kimi qəbul edirlər. Bax əsl insanlıq budur. Sənədli fi...

The Greatest Movie Ever Sold - Вeличайший фильм из всех когда-либо проданных

Image
Biznes və kitablar. Biznes və filmlər. Biznes və digər incəsənət, mədəniyyət nümunələri. Biznes və bizim gündəlik həyatımız, təhsilimiz, hətta yuxularımız. Marketinq, özünün neyro – marketinq növü ilə hətta bizim yuxularımıza da daxil olmağa müvəffəq olub. Odur ki, həyatımızı əmələ gətirən bütün bu elementlər arasındakı sərhədlər necə olmalıdır? Bizi necə manipulyasiya edirlər? Unutmayaq ki, reklam manipulyasiya, təsir etmə və məlumat burulğanı deməkdir. Bu burulğanda nə edək? Brendlər bizi necə dəyişdirib, dəyişdirir və dəyişdirəcək? Çox şey bir-birinə qarışandan sonra mənzərə bir xeyli korlanacaq, elə deyilmi? Sənədli film brendlərin həyatımıza təsirini və onlarla olan münasibətlərimizi göstərir və çox şeyi ifşa edir. Filmlər və brendlərin onların filmlərdəki yerinin üzərində xüsusiylə dayanılıb (product placement). Sənədli filmi çəkən və eyni zamanda onda baş rolda iştirak edən Morgan, xüsusi diqqətə layiqdir. Səmimi və düşünən insan. Əla yumor hissinə sahib və istəd...

Waiting for "Superman" - Supermeni gözləyərkən

Image
Ümumi olaraq: Təhsli sistemi nədir? Yəni o nə işə yarayır? Kimə xidmət edir? Əslində asan görünən bu suallar ən çətin olanlardır. Bu sənədli filmi izləmək mənim sanki gözlərimi açdı. Niyə? Çünki bir tərəfdə ABŞ təhsil sistemi (və onun timsalında digərləri) digər tərəfdə isə sadə insanlar var. Övladına yaxşı təhsil vermək üçün dəridən qabıqdan çıxan insanlar var. Bu dünyanın hər yerində belədir. Valideynlər uşaqlarının bu həyata yaxşı yerləşmələrini istəyirlər. Əmin olmaq istəyirlər ki, övladları bu qəddar dünyada yaşaya biləcək. Bunun üçün bu günkü dövrdə bu arzuya, istəyə gedən yol yaxşı təhsildən keçir və bu sənədli film bizə sadə insanların təhsil sistemində qazandıqları təcrübələri nümayiş elətdirir. Sənədli film sadə insanların həyatnı əks etdirir və Bill Gates kimi şəxsiyyətlərin də fikirlərindən bəhrələnir. Yaxşı təhsil əlbəttə ki vacibdir. Ona görə ki, elmlə, ədəbiyyatla işıqlandırılan beyinlər cəmiyyətin inkişafında yaxşı rol oynayırlar. Əlbəttə ki, cəmiyyətin inkişafı deyən...