Posts

Showing posts with the label problematika

Haradan başlayaq?

Image
Artıq uzun müddətdir ki, insanlar məni ağıllı və savadlı birisi kimi qəbul edib bu sualları verirlər: "Mən də kitab oxumaq istəyirəm, amma bilmirəm haradan başlayım. Axı birdən-birə çətin əsərlərdən başlamaq olmaz. Məsələn, ilk kimi Dostoyevskinin romanlarını oxusam, bilirəm ki, həm çətin olacaq, həm də dərk etməyəcəm. Odur ki, haradan başlamalıyam ki, bir müddət sonra tanınmış əsərləri də oxuyub başa düşə bilim. Davamlı mütaliə üçün nə etməliyəm? Özümdə həvəsi necə yaradım?" Bu sualları artıq dəfələrlə eşitmişəm və konkret cavablar verməkdə çətinlik çəkmişəm. Bu motivli sualların tez-tez verilməsi onu göstərir ki, insanları çoxusu kitab oxumağı və kitabların özünü elm, savad və mədəniyyət mənbəyi kimi qəbul edirlər. Bu fakt özlüyündə çox yaxşıdır. Çünki düşünürəm ki, kitab oxumaq vaxtı maraqlı və öyrədici keçirmək üçün əvəzolunmazdır. Kitabın oxucunu tamamilə başqa reallıqlara çəkib aparmaq kimi sehrli xüsusiyyəti var. Bir göz qırpımında siz əvvəllər sizə məlum olmayan p...