Posts

Showing posts from 2016

Maksim Qorki - Qarı İzerqil

Image
Максим Горький -  Старуха Изергиль Dankonun əfsanəsi həqiqət və cəsarət kimi azadlıq carçısı anlayışlara çox gözəl toxunur. Qorkini "nədənsə" olan azadlıq yox, "nəyinsə naminə" olan azadlıq maraqlandırır. Dankonun əfsanəsi ədəbi əfsanə janrıdır və məhz bu janrın imkanları ona şərait yaradır ki, əbədi həqiqət və suallar haqqında qısa, amma çox iti ismarıclar ötürülsün. Larra və Danko kimi bir-birinə zidd iki əfsanəvi insan haqqında söhbət açaraq yazıçı kəskin kontrast yaradır və bir-birinə belə zidd insaları cəmiyyət ilə münasibətlər rakursundan təsvir edir. Bütün bu məqamlara görə "Qarı İzerqil" möhtəşəm əsərdir və mütləq rus klassikasının timsalında oxunmalı olanlardandır. 

Erix Fromm - Azadlıqdan qaçış (+Qeydlərim)

Image
Əgər insanlıq azadlığın özü ilə gətirdiyi təhlükə və məsuliyyətlərlə birlikdə yaşamağa öyrəşməsə, onda avtoritarizm bərqərar olacaq. İlk dəfə 1941-ci ildə nəşr olunan və indiyədək aktuallğını zərrə qədər də itirməyən, dövrünün və eləcə də müasir zamanın ən öncül düşünürlərindən olan Erix Frommun "Azadlıqdan qaçış" əsərinin məğzini də məhz bu məqam əmələ gətirir. Avtoritat sistemlərin təhlilindən yola çıxaraq, demokratiyanın individə bəxş etdiyi yadlaşma, yalnızlıq və izolyasiya kimi məsələlərin mahiyyəti və köklərindən söhbət açılır. Psixoanalitik məlumatlara əsaslanaraq müasir cəmiyyətlərin xəstəliklərinə diqnoz qoyan Erix Frommun dilindən müasir insanın totalitar qayda-qanunları tələb etməsini öyrənmək çox qəribə oldu açığı. Əsl qaçışdır, azadlıqdan qaçış da budur.

İqtisadiyyat: istifadəçinin bələdçisi - Ha-Cun Çan (+Qeydlərim)

Image
EN: Ha-Joon Chang - Economics: The User's Guide RUS: Ха-Джун Чанг - Как устроена экономика   Bir çox iqtisadçılardan fərqli olaraq Kembric Universitetinin professoru Ha-Cun Çan bizə klassik iqtisad məktəbindən keynesyan nəzəriyyəyədək olan nəzəriyyələri bir-bir sıralayaraq onların hansı güclü və zəif cəhətlərə malik olduğunu göstərməyə çalışır. "İqtisadiyyat: istifadəçinin bələdçisi" iqtisadiyyata giriş xarakteri daşısa da, müəllif bizə qloballaşmış dünyamızda bir-biri ilə kifayət qədər mürəkkəb münasibətlərdə olan iqtisadi və maliyyə mexanizmləri və qurumları haqqında reallıqları əhatə edən kitab təqdim edir. Təqdirəlayiqdir ki, müəllif hansısa konkret iqtisadi və ya siyasi ideologiya çərçivəsində nə isə təqdim etmir, nəyisə hərarətlə müdafiə edib, nəyisə də təkzib etmir, əksinə obyektiv düşüncəni və məntiqi qane edəcək dərəcədə maraqlı iş sərgiləyir. Bu da oxucuya imkan yaradır ki, özü müstəqil surətdə təhlillər aparıb müəyyən nəticəyə gələ bilsin. Bu baxımdan, kit

Akutaqava Rünoske - Kappa

Image
RUS: Рюноскэ Акутагава - В стране водяных ENG: Ryūnosuke Akutagawa - Kappa "Su məxluqları" ölkəsində adlı kiçik hekayə 20-ci əsrin əvvəllərinə Yaponiyanın inanılmaz dərəcədə estetik yazılmış satirasıdır. Əsər həm də Akutaqava Rünoskenin özünə olan tənqidi utopiyasıdır. Məişətin lazımsız və bəzən də idbar xırladıqlarından qaçmaq üçün özünü uydurma kappa ölkəsinə proeksiyalayan yazıçı, tamamilə ona yad cəmiyyətin timsalında özünü kəşf etməyə başlayır. "Mən öz hekayəmi nağılvari canlılarla təchiz etdim və onların arasında özümü gizlətdim" deyir yazıçı. Onun süjetində fantastika, reallıq və incə psixologizm inanılmaz ustalıqla birləşir və zərgər incəliyi ilə insan cəmiyyətinin yeni yaranan problemləri işıqlandırılır.

Niftiyevin bloqu - 5 yaş!

Image
21 dekabr 2011-ci ildə ilk postu paylaşaraq şəxsi bloqumun əsasını qoydum. Bu gün artıq 600-ə yaxınlaşan post sayı ilə pis-yaxşı Azərbaycan internet məkanına nə isə təklif edə bilirəm.

Florensiyalı Cadugər - Salman Rüşdi

Image
RU: Салман Рушди - Флорентийская чародейка EN: Salman Rushdie - The Enchantress Of Florence Bu hekayə hamının tarixidir, əsasən də bir şəxsiyyətin tarixidir. Dünyamız inanılmaz hadisələrlə doludur, ən əsası da onlar istənilən an doğru çıxa bilər. Keçmişin işığını düzgün olaraq istiqamətləndirməyi bacaranda isə, indiki zamanı hər şeydən daha yaxşı işıqlandırmaq mümkün olur. Böyük Moğol imperiyası, qüdrətli Əkbər şah, öz filosof və rəssamları, əsgər və fahişələri ilə 16-cı əsrin möhtəşəm Florensiyası, dövrünün parlaq zəkası olan Nikkolo Makiavelli və böyük coğrafi kəşflər. Hər bir hissəsi tarixin və müəyyən hekayənin bir çalarını özündə ehtiva edən bax belə bir ecazkar mozaika parçası kimi qarşımıza gətirilib qoyulub. Tapmacanı tapmaq, tarixdən zövq almaq və keçmişi bu günə daşımaq, fantastik bir şey kimi səslənsə də, əslində tayı bərabəri olmayan zəngin təxəyyül sahibi yazıçının mümkün edə bildiyi ən adi şeylərdən biridir.

Həyatımı dəyişən 5 kitab

Image

Semuel Beket - Mörfi

Image
EN: Samuel Beckett - Murphy RU:  Сэмюэль Беккет - Мерфи "Mörfi" Semuel Bekettin 1938-ci ildə Londonda nəş olunmuş ilk əsəridir. Yazıçı  öz əsərinin fransız dilinə də şəxsən tərcümə edib və tərcümə olunmuş əsər 1947-ci ildə Fransa da işıq üzü görüb. Əsərin mərkəzində Mörfi adlı bir şəxsin qəribə, həm də tragik özünütapma və ətrafına uyğunlaşma cəhdlərindən bəhs olunur. Romanın dili olduqca xaotikdir və süjet xətti çoxşaxəlidir. Əsəri oxusam da, heç bəyənmədim. Bəyəndiyim məqamlar isə çox az oldu. 

Bernar Verber - Bizim dostlarımız insanlar

Image
RU: Бернард Вербер -  Наши друзья Человеки  FR:   Bernard Werber -   Nos Amis les Humains Özünü şüşə qəfəsdə tapan bir kişi nə hiss edər? Bəs yaxşı, birdən-birə onun cazibadər qonşusu, gözəl bir xanım peydə olsa, bunu necə başa düşsün? Deyəsən bu kişi və qadın hansısa təcrübənin, qorxulu zarafatın, ya da bilinməyən nə isənin qurbanına çevriliblər. Kimdir onları oğurlayan? Bernar verber bu dəfə bizə realiti şou xarakterində yazılmış bədii əsər təqdim edir. Fransa teatrlarında uğurla tamaşaya qoyulan əsər, insan psixologiyasına aid maraqlı məqamları ifşa edir, bəzi şeyləri aydınlığa qovuşdurur və ən əsası absurd mübaliğə vasitəsi ilə ənənəvi mövzuya alternativ baxış tərtib edərək bizə qlobal xarakter daşıyan reallıqları bir daha xatırladır. 

Çovdarlıqda uçurumdan qoruyan - Cerom Selincer

Image
Əsas qəhrəman 16 yaşlı Nyu Yorklu Holdin Kolfilddir. Müəyyən səbəblərə görə o, Pensilvaniyadakı məktəbini tərk edərək 3 günlük Nyu Yorka səyahət edir. İlk baxışda bu oğlan bizlər üçün çox sadə və ya çox mürəkkəb görünə bilər, amma onun haqqında nə isə rəy verməyə əsla tələsməməliyik. Onun ətrafı və onun özü arasında yaranan qəribə münasibətlər bizi qəribə bir dünyaya dartıb aparır. Əslində biz həmin dünyanı tanıyırıq, elə həmin dünyada yaşayırıq, lakin ona fərqli baxaraq, həmin dünyanın fərqli bir yer ola biləcəyini başa düşürük ki, bu da öz növbəsində əvəzsiz ədəbi təcrübə formalaşdırır. 

Əlinin 8 günü - Alinin 8 günü

Image

İçimizdəki balıq - Nil Şubin

Image
ENG: Neil Shubin - Your Inner Fish: A Journey into the 3.5-Billion-Year History of the Human Body RU: Нил Шубин - Внутренняя рыба. История человеческого тела с древнейших времен до наших дней Biz niyə görə belə görünürük? İnsanın milçək qanadı ilə oxşar cəhətləri nələrdir? Böcəklər, balinalar və tər vəziləri necəsə bir-biri ilə əlaqədardırlarmı? Bədənimzin iş prinsiplərini başa düşmək və bir çox ölümcül xətəliklərin qarşısını almaq üçün, biz gərək onların mənşələrinə nəzər salaq. Bunun üçün qurdalar, milçəklər və balıqları bizə yaxından kömək edə bilərlər. Necə? Bax bu sualın cavabı "İçimizdəki balıq" kitabındadır. Onu tapmaq üçün paleontoloji qazıntılar aparmağa ehtiyac yoxdur. Bunu bizim yerimizə Nil Şubin artıq edib. 😏

Müasir insan, ya da vaxtı keçmiş yanaşmalar

Image
Diqqət! Bu yazı sizin yanaşmalarınıza perpendikulyar xarakter daşıya bilər! Məhz yanaşmalar. Fikirlər, düşüncələr, paradiqmalar, ya da bunlara oxşar başqa terminologiya deyil, məhz yanaşmalar, çünki yalnız yanaşandan sonra nə isə etmək, ya da etməmək olur. Baxıram görürəm ki, son vaxtlar biz irəliyə, qabağa, nə bilim, bilmirəm başqa cür necə yazım ki, başa düşəsiniz, uzağa, odey orda görünən keçici bayrağın yanına gedib-çıxamq əvəzinə, tez-tez geriyə çevrilib baxırıq. Qınamıram, bəzən insanlar valideynlərinin onlara ötürdüyü əql irsi sayəsində yaddaş və xatirələr dirilməsinə məruz qalırlar. Baxırsan görürsən ki, birdən-birə kimsə çönüb olur "A" qrupunun davamçısı, filankən "B", bəhmənkəs də "C" qrupunun fikirlərini propoqanda edir. Ya da oturub söhbət edirsən cavan-cavan yoldaşlarla görürsən ki, adamlar dərkedilmə xüsusiyyətindən məhrum anlayışlarla maraqlanıb özlərini həlak edirlər onların uğrunda. Mən də cavanam, amma az-maz yaşım artıb artıq. Yavaş-

İntuisiya və beyin - Yudcin Sedler-Smit

Image
Eugene Sadler-Smith - The Intuitive Mind: Profiting from the Power of Your Sixth Sense Yəqin ki sizdə də elə olub. Hansısa imkanın, qərarın və ya məlumatın yaxşı nəticələnəcəyini və ya tam əksinə, pis nəticələnəcəyi haqqında "nə isə" hiss etmisiniz, necə deyərlər öz "altıncı hiss" inizlə. Deməli, bizdə həqiqətən də, nə isə qeyri-adi bir bacarıq var. Biz bunu intusiya olaraq adlandırırıq. Əslində isə, onun analitik ağlımız və digər əqli fəaliyyətlərimizlə əlaqəsi çox böyükdür. Yudcin Sadler-Smitin "İntuisiya və beyin" kitabı bizə intuisiyamızla əlaqədar bütün mənzərəni tam görmək və dərk etmək üçün maraqlı mənbə rolunu oynaya bilər.

Bob adlı küçə pişiyi - Ceyms Bouen

Image
James Bowen - A Street Cat Named Bob: How One Man and His Cat Found Hope on the Streets Джеймс Боуэн - Уличный кот по имени Боб "Bob adlı küçə pişiyi" romanı küçələrdə özünə həyat qazanmağa çalışan Ceymsin (yazıçının özünü) və onunla dostlaşan sarı pişik Bobun başına gələn macəraları əhatə edir. Bu dostluq onların ikisinin də həyatını dəyişir və daha maraqlı, daha ümid dolu günlərə aparır...

Devalvasiya bədii dil ilə: xatirələrim

Image
Düz bir il bundan öncə idi. İş yerimə gəldim, iş yoldaşlarımla salamlaşdım və ənənəvi olaraq günə media portalların bizlərə nə təqdim etdiyini yoxlamaq üçün internet məkanda var-gəl etdim. "Hehe, 1 dollar 1.55 AZN" olub deyib sözü otaqda qəfəsdən buraxılan bülbül kimi azadlığa buraxdım. Bülbül hamının çiynində növbə ilə oturandan sonra qayıdıb öz qəfəsinə girdi. Azadlıq xoşuna gəlmədi.  

Neon iblis - The Neon Demon - Неоновый демон

Image
Dünyanın daxilində mütləq boşluq yerləşir. Bu boşluğun içində diqqətəlayiq nə isə, ya da ən azından həqiqətə yaxın nə isə varsa, o da gözəllikdir - Dzünitoro Tanidzaki 16 yaşlı cazibadər Cessi (Jesse) Los Ancelasa gələrək müvəffəqqiyətli model olmağı arzulayır. Din (Dean) adlı gənc fotoqraf ona bu işdə köməklik edir. Sahədə inamla addımlamağa başlayan Cessi hamının diqqətini özünə çəkir. Qısa müddət ərzində ətrafında olan bütün qadınlar onun gözəlliyinə və gəncliyinə paxıllıq etməyə başlayır. Bu paxıllıq idarə edilməz dərəcəyə çatanda isə heç kimin gözləmədiyi hadisələr baş verir. "Neon iblis" qadın qəzəbi, qısqanclığı və rəqabəti, ən əsası isə qadın gözəlliyi haqqında estetik və vizual baxımından olduqca özünəməxsus filmdir.

Noyabr (2016) ayının audio icmalı

Image

Stiven Kinq - Arıqlayan (Stephen King/Richard Bachman - Thinner)

Image

Nicat Həşimzadə - Qogenin ikinci qadını

Image
Gənc müəllif Nicat Həşimzadənin "Qogenin ikinci qadını" kitabı bizə müəllifin müxtəlif mövzular ətrafında yazılarını oxumağa imkan yaradır. Topluda bir çox dini-fəlsəfi və ailə-məişət mövzularına fərdi və subyektiv yanaşmalar öz yerini tapıb. 

Forresteri tapmaq - Finding Forrester

Image
Fon musiqiləri 1. Over the Rainbow - Finding Forrester 2. "Little Church" - Miles Davis (Soundtrack)

Vaxtından tez qocalanlar

Image
Biz hələ gənc ikən qocaldıq. Amma bunun günahkarları da var və onlar mütləq bir gün cavab verəcəklər! Cavanlığımızı əlimizdən aldıqlarına görə, gəncliyimizi məzhəkəyə çevirdiklərinə görə və ən əsası mənliyimizi itirməyimizə görə... Son vaxtlar vaxtın olması səbəbi ilə bir çox köhnə dostlarımla görüşürəm, hansı ki həm də yeni dostlar qazanmağıma səbəb olur. Bu yoldaşları (yeni dost-tanışları) müşahidə etdikcə özümdən də nə isə görürəm. Çoxları əsasən məndən 3-4 yaş kiçik olan gənclərdə geniş yayılan psixoloji ab-hava məni bir qədər narahat edir. Bu vaxtından tez qocalmaqla əlaqədar olan bir şeydir. Bunu belə adlandırmağımın səbəbi elə mənim də həmin təcrübələrdən keçməyimdir. Bəli həmin məsələni mən özüm də yaşamışam. Hərbi xidmətdən gələndən sonra özümü beş uşaq atası olan işsiz, lakin məhdudiyyətsiz qayğı sahibi bığıburma kişi kimi təsəvvür edirdim. Magistratura təhsili mənə lazımsız bir şey kimi gəlirdi və öz aləmimdə mən ancaq qaz vurub qazan doldurmalı və sadəcə və sadəcə

Cerri Toner - Qulları necə idarə etməli

Image
Jerry Toner - The Roman Guide to Slave Management: A Treatise by Nobleman Marcus Sidonius Falx Джерри Тонер - Как управлять рабами "Qulları necə idarə etməli" antik dövrün "insan resursları meneceri"nin dilindən yazılmış möhtəşəm kitabdır. Roma aristokratı Mark Sinodiy Falks adı altında Kembridc Universitetinin qədim Roma üzrə alimi, elmlər doktoru Cerri Toner gizlənib. Bu səbəbdən kitab olduqca əsaslı mənbələrə söykənir və qədim Romada mövcud olmuş quldarlıq haqqında ətraflı məlumat təqdim edir: qulların əldə edilməsi, onların təhsili və tədrisi, fiziki cəzalar və onların qidalanma rejimləri, ailə mühitində onların rolu və s. Kitab o kəslərə xüsusilə əhəmiyyətlidir ki, onlar əsasən insanlarla işləyirlər. Başqa sözlə, müasir dövrümüzdə "İnsan resursları" adlandırdığımız sahənin peşəkarları, mütəxəssisləri və ya sadəcə bu sahə ilə maraqlananlardır, qədim dövrün insan resursları haqqında ətraflı məlumat toplamaq, həm də müasir dövrün insanları ilə i

Mustafa Məstur - Tanrının ay üzündən öp

Image
Əsərləri 20-dən çox dilə çevrilən cənubi azərbaycanlı Mustafa Məsturu İran,  eləcə də dünya ədəbiyyatına tanıdan ilk irihəcmli əsəri olan “Tanrının ay üzündən öp” romanı çap olunduğu vaxtdan oxucuların və ədəbi tənqidçilərin böyük marağına səbəb olmuşdur. On beş ildə yüksək tirajla 50 dəfədən çox nəşr edilmiş və “Golden Pen” mükafatına layiq görülmüşdür. Məstur həmçinin ədəbiyyatşünas alim kimi də fəaliyyət göstərir. XX əsr Amerika ədəbiyyatının qısa hekayələr ustası Raymond Karverin kitablarını fars dilinə çevirmişdir. 

Aleksandr Belyayev - Ölmüş gəmilərin adası

Image
Aleksandr Belyayevin "Ölmüş gəmilərin adası" əsəri haqqında audio bloq post (podkast). Əsərin rus dilində adı:  Александр Беляев - Остров Погибших Кораблей

Nikolay Starikov - Dolların xilası - müharibə

Image
Николай Стариков - Спасение доллара - война İkinci Dünya Müharibəsinin qalıqları arasından dünyanın bir nömrəli valyutası kimi çıxan ABŞ dolları bu gün də bu mövqeyini qoruyub saxlayır. Onun bu mövqeyini qoruyub saxlamaq üçün üsul və vasitələr elə köhnə məktəblə davam edir, yəni müharibə-müharibə oynamaqla. ABŞ öz valyutasını qorumaq üçün dünyanı xaosa bürüməkdə davam edir. Artıq heç nə stabil deyil. NATO, Avropa birliyi və digər təşkilatlar bu gün dilemmalar qarşısındadırlar. Bəs yaxşı bütün bu hadisələrin fonunda müasir Rusiyanın vəziyyəti necə olacaq? Bu sadə görünən sualın cavabını Nikolay Starikov cavablandırmağa çalışıb. Gəlin görək nə dərəcədə uğurlu alınıb. 

Dino Bussati - Tatar çölü

Image
Dino Buzzati - The Tartar Steppe Дино Буццати -  Татарская пустыня "Tatar çölü" insan övladının şan-şöhrətə qarşı bəslədiyi inanılmaz aclığı və militarizmin tənqdini özündə ehtiva edən gözəl əsərdir. Gənc Covanni Droqo öz hərbi xidmətini başlamaq üçün Tatar çölünə, Bastianı qalasına təyin olunur. Hərgah ki, Covanni hələ addımını qoymadan oradan uzaqlaşmaq haqqında düşünürdü, bir də görür ki, illər keçib və elə hey digərlərinin də səbirsizliklə gözlədiyi müharibəni arzulayır...

Qoqol - Ölü canlar

Image
Мёртвые души - Николай Васильевич Гоголь Dead Souls - Gogol Başda rus ədəbiyyatı olmaqla, bütün dünyada öz inanılmaz dərəcədə möhtəşəmliyi ilə seçilən "Ölü canlar", ilk dəfə 1842-ci ilin may ayında çap olunub. Belə şedevrin dünyaya gəlməsində Qoqolun verdiyi məlumata görə Puşkinin rolu çox böyük olub. Bu elə bir əsərdir ki, içinə bütün Rusiya və onun izi ilə gedən cəmiyyətləri sığışdırıb və həqiqi mahiyyətini ifşa edib. Qoqolun "Ölü canlar" əsəri bizə 19-cu əsrin sonlarında, 20-ci əsrin isə əvvəllərində mövcud olan Rusiyaya baxmaq üçün əvəzsiz imkan əldə edirik. Sözsüz ki, həmin dövrün reallıqlarını, insanların dramını və bir cəmiyyət kimi problemləri oxumaq təəssüfvericidir, lakin ondan da qat-qat təəssüfverici odur ki, bəzi torpaqların üstünü alan qara buludlar və üstündə gəzən qara adamlar həmin torpaqları yüz illərlə elə lənətləyirlər ki, vaxt-zaman irəliləsə də, heç nə dəyişmir ki dəyişmir. Bu cürə klassik ədəbiyyat nümunəsi oxumamaq bədii ədəbiyyata

Benjamin Franklin - Benjamin Franklinin avtobioqrafiyası

Image

Bernar Verber - Altıncı yuxu

Image
Бернар Вербер -  Шестой сон Təsəvvür edin ki, siz 20 il bundan öncəyə qayıda və özünüzü gənclik illərində tapıb ünsiyyətdə ola bilərsiniz. Bu zamanda səyahətə olan alternativ, qeyri-texniki baxışdır. Əgər biz əvvəllər zamanda səyahətə daha çox hansısa qurğunun və ya avadanlığın yardımı ilə inanırdıqsa, Bernar Verber bu məsələyə bizə tamamilə fərqli səpkidən yanaşmağa dəvət edir. Bəs yaxşı, gənc sizə nə demək istərdiniz? Nəyi dəyişdirmək istərdiniz? 28 yaşlı cavan Jak Klyayn yuxusunda görür ki, ona çox bənzəyən birisi gəlib iddia edir ki, o, 48 yaşlı Jak Klyayndır və kəşf etdiyi xüsusi metod vasitəsi ilə yuxu ilə zamanda səyahət edə bilir. Gənc Klyaynın o qədər sualları var ki, özünün yaşlı formasını heç yerə buraxmaq niyyətində deyil, lakin özü itirib-tapdığı böyük macəralar fırtınası onu heç yuxularında da görmədiyi yerlərə apardı və bəşəriyyət üçün böyük kəşfə imza atdı.

Anacan - Mommy - Мамочка

Image
Bəzən gözəl dostluq, qarşılıqlı səmimi münasibətlər sağalmaz xəstəlikləri belə müalicə edə bilir. Bu filmdə də məhz belə münasibətlərdən söhbət gedir. Sözün düzü, mən nə ilə qarşılaşacağım haqqında az da olsa belə məlumat sahibi deyildim. Filmin irəliləyən dəqiqələri isə mənə Diana, Kayla və Stivin timsalında möhtəşəm dostluğun nümunəsini göstərdi. Bu elə bir dostluğa nümunədir ki, insana həyatının hər anını unudulmaz etməyə və onu doyunca yaşamağında dəstək verir.

Kurt Vonnequt - Çempionlar üçün səhər yeməyi

Image
Kurt Vonnequtun növbəti ən çox sevilən və bəyənilən əsərlərindən olan "Çempionlar üçün səhər yeməyi"ndə, yazıçının ən çox sevdiyi obraz - Kilqor Traur, avtomobil dilerlərindən birisi ilə görüşərək, öz ideya və uydurmalarını həqiqət kimi ona sırıyır. Əslində isə yazıçı bizə elə bir bədii müstəvi hazırlayıb təqdim edir ki, biz orada Amerikada olan siyasət, ekologiya, müharibə, rasizm, seks və uğur haqqında satirik bir şey oxuyaraq həqiqətə bir qədər də yaxınlaşaraq.

Mixail Bulqakov - Ölümcül yumurtalar

Image
Mikhail Bulgakov - The Fatal Eggs Михаил Булгаков - Роковые яйца 1917-ci ilin turbulent inqilab illərini izləyən ərəfədə rus alim-zooloqu, professor Persikov, elə bir şey kəşf edir ki, onun sayəsində canlı orqanizmlərin ölçülərini və reproduktivliyini süni olaraq artırmaq mümkündür. Həmin vaxt həm də qəribə bir xəstəlik bütün Sovet ölkələrinin toyuq-cücələrini məhv edir. Hökümət bu qəribə problemin aradan qaldırılması üçün professor Persikovun bu sınaqdan çıxmamış kəşfini imperiyanın quşçuluq təsərüfatını bərpa etmək niyəti ilə istifadə etmək qərarına gəlir, lakin səhv ucbatından nəinki həmin ölkələri, bütün dünyanı təhlükəyə atacaq vəziyyət ilə qarşılaşırlar. Sosial elmi-fantastika və Sovet inqilabına olan möhtəşəm satira baxımından əsəri Bulqakovun sayılıb seçilən əsərləri sırasına daxil etmək olar. Təsvirlər və süjet oxucunu bu gözəl əsərdən ayırmamaq üçün ustalıqla istifadə olunmuş ədəbi alətlər rolunu oynayıb.

Yohann Volfqanq Göte - Gənc Verterin iztirabları

Image
Johann Wolfgang von Goethe - The Sorrows of Young Werther Иога́нн Во́льфганг Гёте - Страдания юного Вертера Alman kəndlərinin birinə gedən gənc və romantik Verter orada gözəl bir xanım olan Lotteni görərək aşiq olur. Öyrənəndə ki, bu xanım Albert adlı bir nəfərə ərə gedəcək, ona qarşı sevgisini və ehtirasını ram edə bilməyən Verter, tamamilə ümidsizliyə qapılır. 

Əli Novruzov - 7 hekayə

Image
Ümumiyyətlə söhbət əgər hekayələr, xüsusilə də, qısa hekayələr toplusundan ibarət kitaba şərh verməkdən, onun haqqında təəssüratların ifadə olunmasından gedirsə, bunu ayrı-ayrı olaraq bilavasitə həmin hekayələrə etməkdən savayı yol olmur mənim üçün. Çünki, hərəsinin öz ayrı aləmi, süjeti və obrazları olur. Son zamanlar da hekayələr toplusu olan kitablar çox oxuyuram. Buna özümə görə səbəbim var. Əli Novruzovun "7 hekayə"sini də oxumaqda məqsədim ölkəmizin müasir ədəbi nümunələrin təhər-tövrünü müəyyənləşdirmək və prespektivlərin hal-əhvalına baxmaqdan qeyri bir şey deyil. Aşağıda hekayələrə çox qısaca şərh verirəm ki, sizlər də azacıq olsa da, onlar haqqında təsəvvür sahibi olasınız. 

Möcüzələr - Чудеса - Le meraviglie

Image
"Möcüzələr" filmi bir italyan arıçı ailəsinin sadə, zərərli təsirlərdən uzaq, saf və təmiz həyatını təsvir edir. Ata Volfanq və ana Angelika lüksdan uzaq, televiziyanın və dəbdəbəli geyimin təsirindən kənar olaraq qızlarını böyütməyə çalışırlar. Onları xoşbəxt ailə adlandırmaq olmaz. Volfanq emosional və qeyri-müəyyən insandır, Angelika isə maliyyə ehtiyacları baxımından çox narahatdır. Onlar həyatlarını arıçılıq və balın hazırlanması ilə təmin edirlər. Ailənin böyük qızı ailə biznesini bir televiziya şousuna üzv etdikdən sonra isə onlar özlərini uzun müddət yad olan dəbdəbəli və əyləncəli bir reklam və kommersiya dünyasında tapırlar. "Möcüzələr" olduqca realistik və bəzən də sənədli film deyiləcək dərəcədə gözəl bir filmdir. Əsas obraz isə atasına qarşı sadiqliyimi, yoxsa öz arzularını gerçəkləşdirməyinmi düz olduğuna qərar verə bilməyən gənc qız Gelsominadır. 

Herman Kox - Nahar

Image
Herman Koch - The Dinner Герман Кох -  Ужин Bir yay axşamı Amstredamın elit restoranlarının birində görüşən iki ailə. Ləziz yeməklərin və yemək ləvazimatlarının zərif cingilti sədaları altında bayramların mənasızlığı və işləməyin banallığı haqqında söhbətlər gedir. Əslində isə deyilən hər bir boş söz və saxta təbəssümlər dəhşətli münaqişəni maskalayır. Hər iki ailənin də 15 yaşı oğlu var. Bu oğlanlar dəhşətli bir iş görərək video kameraya çəkmiş və beləliklə də özlərini və ailələrini təhlükə altına atmışlar. Bütün bunlar sadə bir nahar ərzində üzə çıxır, lakin ailələr öz sevdiklərini necə müdafiə edəcəklərini də yaxşı bacarırlar. Hətta bunun üçün bir-birilərinə zərər vurmalı olsalar belə...

Oktyabr ayının audio icmalı

Image
Fon musiqiləri  1. Upbeat Ukulele Background Music - That Positive Feeling by Alumo 2. Future Technology - Royalty Free Music | Commercial Background Music | Audiojungle

Robert Hovard - Qara caynaqlar və başqa hekayələr

Image
Məşhur "Vəhşi Konan"ın müəllifi olan Robert İrvin Hovard 1906-cı ildə anadan olub. 9 yaşından yazıçı olmaq arzusunda olan bu yazıçının hekayələr toplusu ilə tanış olandan sonra onun bu ada həqiqətən də layiq olduğunu gördüm. Əlbəttə, deməzdim ki, "Qara caynaqlar" və oxuduğum başqa hekayələr çox ürəyimcə oldu, lakin gözəl bədii təsvirlər və maraqlı hadisələr oxucunu həyəcanlandıra bilir. 

Periscope təcrübəm?

Fon musiqisi - Addal vs Mida feat. KiFi - High (Radio Edit)

Edqar Allan Po - Berenisa və digər hekayələr

Image
Uzun müddət Edqar Allan Ponun məşhur hekayələri və irihəcmli əsərləri ilə tanış olmaq istəyirdim. Eləcə də həmişə elə bilmişəm ki, onun hekayələrini oxumaq üçün gərək oxucu nə isə xüsusi əhval-ruhiyyədə, onun əsərlərinin atmosferinə identik ruh halına malik olmalıdır. İstənilən an, istənilən yerdə və zamanda onun əsərlərini oxumaq olmaz. Bu bir növ yazılmamış qanundur. Qəribədir ki, son vaxtlar həyatımda baş verən dəyişikliklər məni məhz Ponun əsərləri üçün zəruri olan əhval-ruhiyyəni təmin etməkdə uğurlu nəticələr əldə etdilər. Ona görə başladım bala-bala onun hekayələrini oxumağa. Hekayələrdən qazandığım təəssüratları və öyrəndiklərimi aşağıda elə oxuduğum ardıcıllıqla sizlərlə də bölüşürəm. Bir şeyi də deyim ki, onun hekayələri haqqında nə isə yazmaq həqiqətən də o qədər də asan bir şey deyil. Təsvir olunanlar elə qəribə, bulanıq və sürreal aləmdə baş verir ki, təsvirlərin özünü başa düşmək belə böyük uğur hesab olunar, qaldı ki mənanı dərk edəsən. 

Həqiqi dedektiv - True Detective - 2-ci mövsüm

Image
Həqiqi dedektiv - True detective - 2-ci mövsüm haqqında audio podkast.  Fon musiqisi - Leonard Cohen - Nevermind

Məhdudiyyətsiz - Limitless

Image

Anton Çexov - Albalı bağı

Image
Антон Павлович Чехов -  Вишнёвый сад Anton Chekhov - The Cherry Orchard Bu pyesin cümlələri arasında özlərini gülərüz göstərən, lakin kədərli keçmişə və ümidsiz dərəcədə tənha olan obrazlarla tanış ola bilərsiniz. Borclarını ödəmək üçün başda möhtəşəm dərəcədə gözəl olan albalı bağlı malikənələrini satmaq məcburiyyətində olan Qayev ailəsi, düşdükləri bu qəribə vəziyyəti qəbul edə bilmirlər. Çexovun bu pyesi bu gün də dünyanın bir çox yerində, bir çox dilində səhənələşdirilir və teatr tamaşaları formasında izləyicilərlə görüşə gəlir. 

Coş Kaufman - Öz-özünə MBA

Image

Jül Vern - Yaşıl şüa

Image
The Green Ray - Jules Verne Зеленый Луч - Жюль Верн Morninq Post qəzetinin yaşıl şüa haqqında olan yazısını oxuyandan sonra, gənc və cazibədar şotland xanımı Yelena Kempbell, onun üçün əmiləri tərəfindən nəzərdə tutulan toyu təxirə salıb, yaşıl şüa ovuna çıxır. Məqalədə bu şüanın insanın ağlına və ruhuna olan möhtəşəm dərəcədə müsbət təsirindən bəhs olunur və onu görənlərin uzunmüddətli xoşbəxtliyə nail olduqları qeyd edilir. Bu macərada Yelenanı əmiləri Sem və Sib Melvil, geoloq tanışları və təsadüfən tanış olacaqları rəssam müşayət edir. Onlar bu yolda müxtəlif fırtınaları və maneələri aşaraq, iradələrini əsl sınağa çəkəcəklər və həqiqi mənliklərini, xoşbəxtliklərini tapanadək təslim olmayacaqlar. 

Frans Kafka - Atama məktub və digər hekayələr

Image
Atama məktub Frans Kafkanın atası Herman Kafka tamamilə normal insandır. Heç bir anormal davranışları və ciddi psixi natarazlıqları yoxdur. Sadəcə olaraq müəyyən məqamlarda özünü tərbiyəsiz aparan bir kəsdir və Fransla olan münasibətləri də standart ata-oğul münasibətlərindən çox da ciddi kənara çıxmır əslində. Çünki Kafkanın yazıçılıq qabiliyyəti bu münasibətləri verbal olaraq təsvir edib. 

Cek London - Oğurluq

Image
Jack London - Theft    Джек Лондон - Кража  Marqaret Çalmers, 27 yaşlı, yetkin, gözəl bir qadın. Bu gözəl xanım lazım olanda intellektual və dünya görüşü zəngin və bəzən də xudbin birisinin, lazım olanda da qadınsı kimliyinin ehtivası olan emosional və incə şəxsiyyətin daşıyıcısına çevrilə bilir. O, Tomminin anası, Tomun arvadıdır. Atası kapitalistlərin şahıdır. Hovard Noks isə, bəlkə də başqa şərtlərin diktəsi altında gözəl bir şair ola bilərdi, lakin iş elə gətirib ki, gəlib siyasətçi olub. Özü də elə bir siyasətçi ki, adəti üzrə olmayaraq bütün insanlığı, cəmiyyəti və ən əsası Amerikanın sadə və zəhmətkeş xalqını sidq-ürəkdən sevir. Boş yerə o, dəfələrlə xəyalpərəst olararaq adlandırılmır. Ona görə o, amerikalıların ən əsas problemini - dolanışıq problemini həll etmək istəyir. Əks cəbhədə isə çirkli oyunları ilə Amerikanı uçuruma aparan siyasətçilər və kapitalistlər var. Onların arasında yaranan bu mübarizə sadə insanların yuxuda olarkən görmədikləri, eşidmədikləri elə çəti

Həqiqi dedektiv - True Detective

Image
Fon musiqisi The Handsome Family - Far From Any Road

Kurt Vonnequt - Pişik üçün beşik

Image

Ted Çanq - Sənin həyatının hekayələri

Image
Ted Chiang - Stories of Your Life Ted Çanq amerikalı elmi-fantastika yazıçısıdır. İxtisasca informatika mütəxəssisi olan Ted, hal-hazırda Bellvyuda, qız dostu ilə birlikdə yaşayır. Yazıçı "Babil qülləsi" əsəri ilə debüt edib və əsər ona Nebula və Hüqo mükafatları başda olmaqla bir çox nominasiyada mükafat qazandırıb. Onun "Cəhənnəm Allahın olmadığı yerdir" və "72 hərf" kimi əsərləri də ona bir çox mükafatları və məşhurluğu qazandırıb. Onun əsərlərində yaradılışla əlaqədar bəşəriyyəti narahat edən əbədi suallar, dini məsələlər və bir çox digər maraqlı fəlsəfi məqamlar elmi yanaşmalarla dəstəklənərək bədii formada oxuculara çatdırılır. "Sənin həyatının hekayələri" Yer planetinə qonaq gəlmiş yadplanetlilərlə ünsiyyət qurmağa çalışan alimlər və hökümətdən bəhs edən kiçik və maraqlı hekayədir (?). 

Bir fərdin antiutopiyası

Image