Posts

Showing posts with the label Corc Oruell

Corc Oruell - Yaşasın fikus!

Image
Kitabın rus dilində adı:  Джордж Оруэлл -  Да здравствует фикус! ( Да будет фикус ) Kitabın ingilis adı:  George Orwell -  Keep the Aspidistra Flying Şair ac olmalıdır?  Dahilər bəyəm mütləq meşşan həyatın rahatlığını ifşa etməlidirlər?  Yaxşı təminat, məişət rahatlığı və material əmin-amanlıq həqiqi istedadı öldürür?  Gənc ədib Qordon Komstok bütün bu həqiqətləri müqəddəs və sarsılmaz hesab edir.  O, sadəcə xoşbəxtliyi və əmin-amanlığı axtarmamaqla kifayətlənmir, o, onlara müharibə elan edib. Tale Qordonla çox ağır zarafat edir. Bir gün isə o, s adə bir qıza  sadəcə aşiq olur. Beləliklə onun yaradıcıllığının məhvinə, yaxud da adi insani xoşbəxtliklərə aparan çətin yolu başlayır...

Corc Oruell - 1984

Image
Qısa xülasə: Uinston adlı bir şəxs, 1984-cü ildə, azadlığın olmadığı, despotik bir rejimin hökm sürdüyü (hansı ki, inqilabdan sonra, kapitalizmi əvəzləyərək qurulmuşdur) Okeyaniyada yaşayır. Hakimiyyət bütün partiya üzvlərini manqurtlaşdırır. Uinston isə hələ də azad düşünür. Azad düşünmək isə ən ağır cinayət - fikir cinayəti sayılır. Tezliklə özü kimi azad düşünən bir xanımı tapır və eşq macərası yaşayır. Bundan sonra isə onlar birlikdə partiyaya qarşı mübarizə aparmağa cəhd edirlər. Amma uğur qazana bilmirlər ( http://kitablarinelektronversiyasi.blogspot.com/ ) Görkəmli ingilis yazıçısı Corc Oruellin (1903-1950) yaradıcılığı dünya miqyasında məşhurdur. Xüsusilə onun “1984” romanı və “Heyvanıstan” povesti ötən yüzillikdə sözün, ədəbiyyatın totalitar təfəkkürə və despotik idarəçilik üsullarına qarşı mübarizəsinin ən diqqətəlayiq nümunələrindən sayılır. Hər iki əsər yarandığı vaxtdan ədəbi və siyasi fikrin diqqət mərkəzində olmuş, müxtəlif dillərə çevrilmiş və ciddi polemika doğ...