Posts

Showing posts with the label əxlaq

Rey Bredberi - Soyuq külək, isti külək

Image
 Рей Брэдбери -  Холодный ветер, тёплый ветер "Soyuq külək, isti külək" külək haqqında olan qısa hekayələr toplusudur. Bredberi fantaziyasının möhtəşəmliyi oxucunu biganə qoya bilməz. O, o qədər gözəl və poetik təsvirlər edir ki, bəzən kitab oxuduğunu belə unudursan.  "Soyuq külək, isti külək" bir çox məsələyə etik yöndən tənqidi yanaşma tərzi ortaya qoyur və bizlərə müxtəlif suallar verir.  Burada kosmik səyahahət, şizofreniya və adi həyat bir-birinə qarışıb. Onları birləşdirən "külək"-dir. Özünün də dediyi kimi o, həm isti ola bilər, həm də soyuq. Hər şeydən önəmli olan isə, dünyada ən real fenomeni dərk etməkdir. Bu fantaziyalardır. Başqa sözlə, insan fantaziyaları həm yaxşı ola bilər, həm də pis, həm xeyrə xidmət edə bilər, həm də şərə. Seçim isə bizdədir. 

Arkadiy və Boris Struqatskiy qardaşları - Dünyanın sonuna milyard il qalmış

Image
Kitabın rus dilində adı:  Аркадий Стругацкий, Борис Стругацкий -  За миллиард лет до конца света Təqdimat SSRİ-nın fantastika məktəbinin məşhur və layiqli nümayəndələri olan Struqatskiy qardaşlarının "Dünyanın sonuna milyard il qalmış" əsəri bizlərə alternativ paradiqma təklif edir. Artıq uzun illərdir ki, bəşəriyyət öz sonu haqqında saysız-hesabsız proqnozlar, nağıllar və ssenarilər tərtib edir. Bunların çoxusu da oxşar motivli və nəticəlidir. Struqatskiy qardaşları isə görünməyəni görünən edərək, əvvəllər bilmədiklərimizə işıq salmağa çalışmışlar. Bəşəriyyətin nəzarətsiz olmadığını və bilmədiyimiz mexanizmlər haqqında tezisləri müdafiə edirlər. Odur ki, "Dünyanın sonuna milyard il qalmış" əsəri olduqca maraqlı formatda olan və informativ elmi-fəlsəfi fikirlər spontaniyasıdır. Bir-birini əvəz edən illər əsəri daha da qiymətli edir. 

Uilyam Qoldinq - Milçəklər Kralı - Уильям Голдинг - Повелитель мух - William Golding - Lord of the Flies .

Image
Vəhşini vur! Boğazını üz! Qanını tök! Müharibə gedir. Məktəbli uşaqları evakuasiya edərək aparan təyyarə kimsəsiz adada qəzaya düşür. Beləliklə 20-ci əsr ingilis ədəbiyyatının ən güclü və özünəməxsus əsərlərindən birisi başlayır "Milçəklər kralı". Uilyam Qoldinqin ən gözəl əsərlərindən biri. Qara robinzonada və daihyənə fəlsəfi pritça.  Ada. Mavi laqun. Uşaqlar. Cənnət? Kimsəsiz ada. Toxunulmamış okean. Böyüklərin nəzarətinin olmadığı uşaqlar və onların yaratdığı cəmiyyət. İnqilab. Qan. Ölüm.