Yasunari Kavabata - "Ürək", "Ariqato" və "Kameliya" hekayələri haqqında

Ariqato – Ariqato yapon dilindən tərcümədə
“təşəkkür edirəm” deməkdir. Bu hekayədə isə həm təşəkkür etmək, həm də adam adı
kimi istifadə olunub. Yasunari Kavabatanı digər yazıçılardan fərqli edən əsas
xüsusiyyət odur ki, digər yazıçılarda yazarın bizə təqdim etdiyi dünyaya daxil
olmaq üçün 1,2 və ya 3 qapı açmalı oluruqsa, Kavabatada bu qapıların sayı
çoxdur. 10, 15 və ya daha çox. O aləmə, dünyaya düşmək heç də asan olmasa da, həmin
dünyaya düşməyi bacarsaz fərqli bir şey yaşamağa müvəffəq olacaqsız.
Qızını fahişəxanaya satmağa aparan ana
və sürücü Ariqato. Ariqato digər insanlardan fərqlidir. Mənə elə gəldi ki, o,
dünyanı fərqli görür və ona çox saflıqla, səmimiyyətlə yanaşır. Maşını idarə edərkən
qarşısına çıxan hamıya “ariqato” deyir. Bütün dünyaya “ariqato” deyir. Heç kimə
yad münasibət bəsləmir. Sonra ana fikrindən daşınır və geri qayıtmaq üçün
Ariqato-sandan xahiş edir ki, geri dönsünlər. Ananın fikrini dəyişməsində
Ariqato-sanın rolu böyük oldu.
Kameliya – Bu hekayədə də
Kavabatanın mistik, alaşılmaz və qıdığlayıcı dünyası var. İkinci dünya müharibəsindən
sonrakı rahatlama və özüylə bərabər gətirdiyi sstressiz ailə mühiti böyük ustad
tərəfindən ideal təsvir olunub. Övladı anidən ölən bir ana, müharibədən sonra
ikinci dəfə ana olur, amma o, nədənsə dünyaya gələn övladının doğulmadan ölmüş
övladı olduğunu düşünür? Bu həqiqətənmi mümkündür? Kim deyə bilər. Kimsə bu
suala dəqiq cavab verə bilməsə də, Kavabata buna cəhd edir.
Yazıçı bu hekayəsində mistik
dünya yaratmaq əvəzinə fəlsəfə ilə məşğul olub. Əlavə pafosa, uzunçuluq və söz
oyunlarında yer verməyib. Mən hekayə vasitəsiylə Qafqazda oturaraq, İkinci
dünya müharibəsi sonrası Yaponiyasına səyahət etdim. Kameliya isə çiçək adıdır.
Eləmədim tənbəllik quqlda (google) “kameliya nəyi simvolizə edir?” başlığı
altında kiçik araştırma da etdim. Belə ki tapdığım nəticələr olduqca maraqlı
oldu. Çində kameliya gözəllik, sağlamlıq və ruhi gücü simvolizə edir. Kavabata
isə yapon yazıçısıdır. Yaponiyada isə bu çiçək ani ölümü simvolizə edir. Belə
bir nəticəyə gəlmək olar ki, ananın daha ana bətnində ikən dünyaya gəlməyə
qorxduğu övladı gül formasında dünyaya yenidən gəlib. Bəlkə də ruhu bu dünyaya
çağrılmış həmin insan müharibəni görüb dünyaya gəlməkdən qorxub və geri
qayıdıb. Bəlkə də o, bizim hamımızdan daha çox yaşayıb. Kim bilir. Həyat isə
yenilənir və davam edir.
Comments
Post a Comment