Old Dogs - Так себе каникулы

Travolta və Uilyams dueti olduqca
maraqlıdır. Hər ikisi də öz sənətlərinin parlaq nümayəndələridirlər. Bu filmdə
yaratdıqları obrazlar müxtəlif xüsusiyyətləri özündə birləşdirirlər. Lakin film
və aktyorların ifası heç də təbii alınmayıb. Bu cür aktyorların mənasız
ssenaristlərin kəlləsində itib-batmış, anlaşılmaz, sözdə yaxşı komedik filmdə
iştirak etmsi məni məyus etdi. Ailə-məişət problemləri və biznes əlaqələri
fonunda çəkilən film, olduqca amerikansayağı süniliyi ilə zəngindir. Rejissor Uolt
Bekerin bu iki meqa-aktyoru işə cəlb etməsinə baxmayaraq öz bacarıqsızlıq və
istedadsızlığını göstərib (Onu bağışlamaq olarmı?). Başqa filmlərini izləməsəm
də bu film də bir çox məlumatı bizə ötürür. Heç filmin adı da doğru seçilməyib
və rus dilinə də düzgün tərcümə olunmayıb (Так себе каникулы). “Old Dogs” –
bilmək olmur ki, izləyicini nə gözləyəcək. Yaş böhranı? Ailə problemləri?
Dostluq? Sevgi? Yoxsa heyvanlar aləmi?
Gülməli epizodlar çox az oldu.
Doğrudur, həmin epizodlar uzun müddət yadımdan çıxmayacaq. Yenə də azdan-çoxdan
yaradıcıllıq var. Sadəcə lazımi mühitin yaradılmasında problemlər görürəm. Bilmirəm,
bəlkə də bu mənə belə gəlir, çünki başqa resenziyalara baxanda filmi 10 ballıq
şkala üzrə 10 qiyməti ilə qiymətləndirənləri gördüm. Əlbəttə, rənglər və zövqlərdə......
Filmdə hər şey anidən və sürətlə baş
verir ki, bu heç də yaxşı deyil. Ümumiyyətlə filmin süjeti hər nə qədər dinamik
olursa da olsun, statik epizodlar da olmalıdır ki, izləyici yüklənməyə məruz
qalmasın. Bu filmdə hər iki katerqoriya da oldu, amma harmoniya görmədim. “Old
Dogs” filmi mənim üçün elə də dəyərli film olmadı. Sual versəz ki, bəs biz necə,
izləyək yoxsa yox. Cavabım belə olardı ki, Con Travolta və Robin Uilyamsa və bəzi
maraqlı və gülməli epizodlara görə izləməyə dəyər. Bilmək olmaz, bəlkə sizün
üçün çox mənalı, maraqlı və dəyərli film olacaq.
Comments
Post a Comment