Skip to main content

Posts

Showing posts from March, 2017

Con Devison Rokfeller - Neft milyarderi və filantropunun xatirələri

ENG: John D. Rockefeller - John D. Rockefeller: The Autobiography of an Oil Titan and Philanthropist
RUS: Джон Дэвисон Рокфеллер - Как я нажил 500 000 000 долларов. Мемуары миллиардера
Con Devison Rokfeller hər şeyi hazır alıb hazıra nazir olan liderlər sırasına daxil deyil. O, hələ uşaq yaşlarından kommersant ruhunu ətrafına sezdirə bilmişdi və gənclik illərindən cəsarəti və ağlı ilə, insanlarla qurduğu möhkəm və düzgün münasibətlərə görə nəinki ABŞ-da, ümumiyyətlə dünyada özünə ad-san qazana bildi. Həyatda heç bir milyoner və ya milyarder öz həyat resepti ilə digər insanları da eyni qaydada milyoner və ya milyarder edə bilməz. Ən azından bu fiziki olaraq qurulmuş mürəkkəb insan cəmiyyətində mümkün deyil, lakin buna baxmayaraq belə insanların yanaşmaları və düşüncə tərzləri maraqlı məsləhətlər formasında hər dövrdə aktual olaraq qalır. "Standard Oil" şirkətinin qurucusu Con Devison Rokfellerin "Neft milyarderi və filantropunun xatirələri" kitabı hələ də aktuallığını…

Kimi daha çox istəyirəm/ Cosa voglio di più (18+)

Rus: Кого хочу я больше
Günlərin bir günü iş yoldaşlarını təqaüdə göndərərkən Anna Domenikoya rast gəlir. Domeniko iki kiçik uşağı olan, evli, yaraşıqlı kişidir və əlavə gəlir əldə etmək üçün istirahət günləri ofisiantlıq edir. Annanın özü də heç də "azad" deyil. O, Alessio ilə birlikdə yaşayır. Buna baxmayaraq Anna ilə Domeniko arasında alovlanan ehtiras qarşılıqlı münasibətlərə, hər ikisi üçün də dramatik nəticələrə gətirib-çıxarır.

Aleksandr Puşkin - Kapitan qızı

RUS: Александр Пушкин - Капитанская дочкаDünyagörüşü normal səviyyədə olan hər bir insana Aleksandr Serqeyiviç Puşkinin kimliyi və yaradıcıllığı hələ orta məktəb illərindən bəlli olmalıdır. Hər bir insan onun dəst-xəttində ona yaxın olan şeyləri görməyi bacarır: kimlərsə macəra, kimlərsə estetik dil bacarıqlarını, kimlərsə də sadə və səmimi bədii ədəbiyyat parçası görür. Hər bir halda Puşkinin oxucuları mənən elə zənginləşirlər ki, bir daha əvvəlki insan olmurlar. Bu onun bir şair və yaradıcı insan kimi böyüklüyünü və təkrarsızlığını sübut edir.

Viktor Pelevin - Baxıcı

RUS: Виктор Пелевин - Смотритель
İmperator Birinci Pavel, təkrarsız əlkimyəgar və mesmerist, sui-qəsdçilər tərəfindən qətl edilməyib. Çevriliş ona Peterburqu xəlvətcə tərk etməsi üçün yaradılmış teatr tamaşası idi. Əlkimyəgər Pavel dahi Frans-Anton Mesmer tərəfindən yaradılan dünyaya - İdilliuma gedir. Pavel onun birinci baxıcısı olur. Artıq üçüncü yüzillikdir ki, İdillium bizim dünyadan gizlənir və onunla xüsusi qanunauyğunluqlar çərçivəsində qarşılıqlı münasibətdə olur. İdilliumun müdafiəsi bir neçə dəfə bir-birini əvəzləmiş baxıcının işidir. Hər bir yeni kəs İdilliumun sirrini öyrənib, əslində kim olduğunun fərqinə varmalıdır...

Lev Tolstoy - Etiraf

RUS:Лев Николаевич Толстой - Исповедь 
ENG: Leo Tolstoy - A Confession
Bu əsərin baş qəhrəmanı Tolstoyun özüdür. Dünya şöhrətli əsərlər müəllifi bu dəfə öz həyatı haqqında yazır. Keçirdiyi həyat yolunu yanlışları ilə, doğruları ilə oxuculara etiraf edir. Həyatın həqiqi mənasının axtarışında olan Tolstoyun keçdiyi gərgin, sıxıntılarla dolu həyat yolunu insan həyəcansız oxuya bilmir. Kitabı oxuduqca, bədiiliklə yanaşı aparılan elmi-fəlsəfi təhlilləri gördükcə insan Tolstoy zəkasına, onun hərtərəfli elminə heyran qalır. Etiraf (Tolstoy)

Goodreads istifadə etmək üçün 5 səbəb (Audio podkast)

28 gün/həftə sonra - 28 days/weeks later

Diqqət! Yazıda müəyyən qədər spoyler ola bilər. Bu məqam sizi narahat edirsə, xahiş edirəm oxumağa davam etməyin!
"Yoluxmuş" şimpanzelərdən insanlara keçən dəhşətli virus insanları iki növə ayırır: yoluxmuş və yoluxmamış. Heyvan aktivistlərinin laboratoriyalarda azad buraxdıqları şimpanzelər vasitəsi ilə İngiltərə boyu yayılmış dəhşətli virus insanları yeriyən ölüyə çevirir. 28 gün sonra protaqonistimiz Cim atılmış hospitalda komadan oyanır. Gəzişərkən görür ki, şəhərdə heç kim yoxdur və kilsədə onun üstünə qəribə davranan "insanlar" hücum etdi. Selena ilə Mark onu xilas etsə də, sonradan Cim də onları xilas edir...

Məşğul olduğum 5 hobbi

Başqa insanlarla ünsiyyət qurarkən həmişə onların sevimli məşğuliyyətləri, başqa sözlə hobbiləri haqqında gen-bol məlumat almağa çalışıram. Adətən orta statistik bir vətəndaşın əmək haqqı qazandığı və həyatını qurduğu ixtisas və ya peşə fəaliyyətlərindən fərqli olaraq hobbi ona nə ciddi nəzərə alınacaq qazanc gətirir, nə də onu cəmiyyət içində populyarlaşdırır. Təbii ki, bəzən hobbi əsas məşğuliyyətə və gəlir mənbəyinə çevrilə bilər, lakin çox vaxt insanlar öz şəxsi boş vaxtlarını dəyərləndirmək üçün elə müxtəlif məşğuliyyətlərlə məşğul olurlar ki, o sadəcə zövq və rahatlıq mənbəyi olsun. Odur ki, bu dəfə öz şəxsi hobbilərim haqqında belə bir paylaşım hazırlamaq qərarına gəldim. Aşağıda məşğul olduğum 5 hobbi haqqında qısaca qeydlər etmişəm. Məni bir qədər də yaxından tanımaq istəyənlər üçün maraqlı məlumat ola bilər. Eləcə də, aşağıdakılardan hansısa gələcəkdə sizin də hobbinizə çevrilə bilər və biz hobbi yoldaşı ola bilərik. 😅

Tibetin ölülər kitabı

ENG: The Tibetan Book of the Dead
Filip Dikin təkrarolunmaz "Ubik" əsərini oxuyanda "Tibetin ölülər kitabı" haqqında bir səhnə əbədi olaraq yaddaşıma həkk olunmuşdu. Hər bir dinin ölümə - o biri dünyaya olan müəyyən bir yanaşması var. Tibet isə dünyanın ruhi mərkəzlərindən biri kimi olduqca maraqlı yerdir və buddizmin bu baxımdan ölümə və insan şüuruna olan yanaşması da şəkk-şübhəsiz özünəməxsus olmalıdır deyə düşündüm. Kitabı oxumağımı stimullaşdıran da məhz bu motivlər oldu.

Düşünmək üçün 10 möhtəşəm qısa animasiya/film

Son zamanlar qısa animasiya və filmlərə kifayət qədər marağım yaranıb. Belə ki, bədii ədəbiyyatda olan hekayələr kimi qısa animasiya və fimlər də minimal cəhdlərlə mümkün olan maksimal informasiya ötürülməsini təmin edir. Nəticədə siz çox vaxt sərf etmirsiniz, amma güclü ismarıclar çərçivəsində düşünürsünüz. İzlədiyim və məndə zəngin təəssürat oyadan bəzi qısa animasiya və filmləri diqqətinizə çatdırıram. 

Kommunist Partiyasının Manifesti

İlk dəfə 1848-ci ildə Karl Marksla Fridrix Engels tərəfindən Londonda nəşr olunan "Kommunist Partiyasının Manifesti" dünya tarixinə iz salmış və dəfələrlə insanların müraciət etdiyi elmi sosializm mənbələrindən birinə çevrilmişdir. "Kommunist Partiyasının Manifesti"ni roman-manqa formatında oxuculara çatdırılması həm kommunizm, həm də yapon manqası həvəskarlarına eyni anda xitab edən xüsusiyyətlərə malikdir. Müasir dövrümüzdə bu əsərin hələ də aktual olması və müasir dövrün populyar mədəniyyəti ilə ayaqlaşması bir çox əlavə şeylərə də işarə edir. 

İyan Benks - Arıeşşəyi fabriki

ENG: Iain Banks - The Wasp Factory RUS: Иэн Бэнкс - Осиная фабрика
Əsas obraz Frenk sadist şəxsiyyətə malik 16 yaşlı cavan oğlandır. Bəzən o, öz emosiyalarını qəddar rituallar çərçivəsində məhdudlaşdıran sosiopat, bəzənsə də ətrafında baş verənlərə qarşı həssas olan adi bir uşaqdır. Roman hər nə qədər yetkinlər üçün nəzərdə tutulsa da, əslində bir uşağın daxili və xarici dünyası arasında heç cürə qura bilmədiyi əlaqədən söhbət gedir.

Viktor Pelevin - Mafusailin lampası

RUS: Виктор Пелевин - Лампа Мафусаила, или Крайняя битва чекистов с масонами  
"Mafusailin lampası, yaxud da masonlarla çekistlərin kənar döyüşü" Viktor Pelevinin 2016-cı ildə oxucularının ixtiyarına verdiyi möhtəşəm müasir rus ədəbiyyatı nümunələrindəndir. Kitabda müasir Rusiyanın hazırkı siyasi və ictimai problemləri ötən əsr ərzində rus rəhbərliyinin masonlarla olan mübarizəsi ilə əlaqələndirilir. Bu çox ümumi ideyadır və onun maliyyə və okkult əsasları az adama məlumdur. Pelevinin bu dəfəki hibrid romanı, dünyanın əsas siyası, iqtisadi, mədəni və antropogenez suallarını doğuran sirlərə reaktiv ideyalarla zəngin bədii roman dili ilə işıq salmağa çalışır.

Vladimir Vasilyev - Vint

RUS: Владимир Васильев - Шуруп
Vitaliy Şebaldin kosmik donanma akademiyasının ən yaxşı məzunları arasındadır. Əvvəllər sadəcə arzulaya bildiyi şeylərin indi bir addımlığındadır: paqonunda ulduzlar, məzuniyyət balı, sevdiyi qız ilə görüş, qvardiya polklarınını birində xidmət və ən yeni kosmik gəmilərin heyəti ilə birgə kosmik uçuşlarda iştirak etmək. Lakin bütün bunlardan sonra sadəcə "Vint-intendant" olacağını öyrənəndə, bir anın içində onun bütün xəyalları dağılır. Halbuki, "Vint" olmaq çox mühüm sirlərə agah olmaq və ciddi işlərlə məşğul olmaq imiş. Kosmik donanmanın mövcudluğu yeri gələndə onun kimi mütəxəssislərdən asılıdır...

Bernar Verber - Siklopun qəhqəhəsi

RUS: Бернар Вербер - Смех Циклопа
"Siklop" ləqəbli, əsl adı Dariy olan dünyaca məhşur fransız komediya ustası bir anın içində bütün şan-şöhrəti və hörmət-izzətinə baxmayaraq müəmmalı surətdə dünyasını dəyişir. Lukresiya və İsidor adlı jurnalistlər isə əmindirlər ki, "Siklop" özü ölməyib, qətlə yetirilib. Birgə tədqiqatları onları qəhqəhələrin dünyaya gəldiyi yerə aparıb çıxarır. Üzə çıxmalı olan faktları hava ilə tənəffüs edən və bunun üçün mütləq suyun üzünə çıxmalı olan, lakin çox-çox dərin sularda yaşayan canlılara bənzətmək olar. Gec-tez vaxt-vədə gələcək və o zaman layiqli cəzasını çəkmək üçün müqəssir yerin dibindən də olsa tapılacaq!