 |
Stephen Hawking |
Hesab edirəm ki, günümüzdə Stiven Hokinq oxumaq bir lüks sayılır. Müəllifin
geniş kütləyə xitabən yazdığı kitabları (buna hələ qayıdacam) kifayət qədər
populyardır. Şübhəsiz ki, burada amerikan marketoloqlarının rolu heç də az
deyil. Buna baxmayaraq, Stiven Hokinq müasir dünya elminə öz tövhələrini vermiş
simadır. Gəlin onunla qısaca tanış olaq: Günümüzün ən tanınmış nəzəri-fizik və
kosmoloqu Stiven Uilyam Hokinq, 8 yanvar, 1948-ci ildə, İngiltərədə, Oksford şəhərində
dünyaya gəlmişdir. Atası Hamsted şəhərində bir tibb mərkəzində tətqiatçı olaraq
işləyib. Anası da həmi tibb mərkəzində katibə olaraq çalışıb. 1962-ci ildə
Oksford Universitetini bitirərək, 1966-cı ildə Kembridc Universiteti,
Tirinti-Holl kollecindən Ph.D. dərəcəsini qazanmışdır. 60-cı illərdən etibarən
Stivendə artıq iflicə səbəb olan, yantərəfli amiotrofik sklerozun əlamətləri
yaranmağa başladı. 1974-cü ildə Hokinq London Kral Cəmiyyətinin üzvü seçilir.
1985-ci ildə boğazından keçirdiyi əməlliyatdan sonra danışıq qabiliyyətini itirən
alimə, ətrafıyla ünsiyyət qurması üçün dostları nitq sintezatoru hədiyyə edirlər.
Alim 2007-ci ildə xüsusi təyyarə ilə çəkisizliyin yarandığı yüksəkliyə qədər səyahət
etmişdir. 2009-cu ildə kosmosa uçuş planlaşdırılmışdı.
Kitabı oxuya-oxuya bir çox mövzu haqqında
düşünürdüm. Düşnürdüm ki, Qərbin timsalında insanlar çox şeyi necə də mürəkkəbləşdirirlər,
necə də çətin yoldan gedirlər. Son zamanda Oşonun təsirinə düşüb, çox şeyi Qərb
və Şərq təfəkkürü çərçivəsində dəyərləndirirəm. Stiven Hokinq, görünənlə görünməyəni
dərk etməyə çalışır. Oscar Wilde hər şeyin görünəndə gizli olduğunu deyirdi. Müəllif
kainatın o möhtəşəm sirrini axtarır. Kainatın möhtəşəm dizaynı bizə həyatın məqsədini
göstərir. Nədir həyatın məqsədi? Həyatın məqsədi rəngarənglik, müxtəliflik və
yenilikdir. Biz elə düşünürük ki, bizim hal-hazırda yaşadığımız bu kainat nə
vaxtsa təqribən 13.7 milyard il bundan əvvəl yaranıb və nə vaxtsa da çox
uzun zaman sonra nəhv olacaq və heçlikdən
gəlib, heçliyə gedəcəyik. Müəllif isə belə deyir ki, kainatın elə bir xüsusiyyət
var ki, o yenidən və yenidən müxtəlif kainatlar yarada bilir. Bu mənim üçün həm
yeni, həm də köhnə fikir oldu. Bizim çoxlu altenrativ keçmişlərimiz və müxtəlif
ssenarili gələcəklərimiz var. Bu mövzuda nə isə dəqiq bir nəticəyə varmaq çox çətin
məsələdir.
Kitabın üslubu, sistemi və müəllifin məqsədləri
haqqında isə belə deyərdim: Kitab xronoloji ardıcıllıqla, qədim xalqların dünya
haqqında ilkin düşüncə tarixindən, Aristotel, Platondan, Eynşteyn inqilabınadək
sistemli formada yazılıb. Müəllif 80% yığıcıllıq, yəni, hazır məlumat, fakt və
şərhləri bir araya gətirərək, 20% isə yeni dəyər, yəni, öz mülahizələri və
müasir araşdırmalardan yazıb. Bu faiz nisbəti bizə müəllifin ortaya nə dərəcədə
dəyər qoyub qoymadığını izah etməyə kömək edir. Müəllifin məqsədi sadədir:
geniş kütləyə xitab edərək onlara kvant fizikasının prinsiplərinin
kosmologiyaya tətbiqini izah etmək və əldə edilmiş vacib uğurları bölüşmək. Hətta,
məqsədin özü belə mürəkkəb səsləbir, indi kitabın necə mürəkkəb olduğunu özünüz
təxmin edin. Bir daha təkrar edim ki, kitab geniş kütlə üçün nəzərdə tutulub.
Halbuki, bunun belə olmadığını əminliklə deyə bilərəm. Orta məktəbdən bəzi baza
fizika biliklərim olmasaydı, mən yerli-dibli heç nə anlamazdım. Anlamadığım
yerlər onusz da çox oldu. İxtisası fizika və astronomiya olan insanlar üçün
kitab çox dəyərlidir. Deyərdim ki, dərslikdir. Qeyri-ixtisaslar üçün isə fəlsəfi
düşüncələr çimərliyinə növbəti səyahət kimi dəyərləndirə bilərk. Kitabın
sonunda belə bir cümlə var və çox maraqlı və teoloji nöqteyi-nəzərdən diqqətçəkəndir:
Çekim
kuvveti uzayı ve zamanı biçimlendirdiğinden, uzay-zamanın yerel olarak kararlı
ama bütünsel olarak kararsız olmasına izin verir. Bütün evren ölçeğinde
maddenin pozitif enerjisi, negatif çekim enerjisi tarafından dengelenebilir, dolayısıyla evrenlerin
yaratılışında bir sınırlama yoktur. Çekim kuvveti gibi bir yasa olduğu için
evren kendini hiçlikten yaratabilir. Hiçlik yerine varlığın olmasının nedeni,
evrenin var olmasının nedeni, bizim olmamızın nedeni bu kendiliğinden
yaratımdır. Evreni canlandırması ve devam ettirmesi için Tanrı'nın yardımına
ihtiyaç yoktur. (səh.148)

Hər halda maraqlı oldu. “Higgs Huntintg”-lə də maraqlanıram. Higgs
hissəciyi ovunda bəzi uğurların əldə edildiyi deyilsə də, bununla əlaqədar
geniş məlumat verilmir. Ola bilər alimlər bu mövzuda məğlubiyyətə düçar
olublar. Kitab isə, özünə uyğun hesab edənlər, anlaya biləcək olanlara çox
faydalı olar. Mən isə, çox güman ki, bir daha Stiven Hokinq oxumaram. Çünki çox
da yaxşı anlamıram. Bəlkə də, yenə oxuyaram. Bunu zaman göstərər. Kitabın
orijinal adı “Stephen W. Hawking and Leonard Mlodinow - The Grand Design”-dır.
Comments
Post a Comment