1965-ci ildə Vyetnam skandallı radio
aparıcı karyerasına başlayan Edrian Kronauerin “sabahın xeyir Vyetnaaaaaaam!”
çığırtısı ilə sarsıldı. O, dərhal ictimayətin sevimlisi, yüksək vəzifəlilərin
(sistemin) isə düşməninə çevrildi. Bayram və karnaval əhval-ruhiyəli Edrian sadəcə
sistemlə deyil, eyni zamanda anti-humanizm, millətlərarası düşmənçiliklə də kəllə-kəlləyə
gəlir. Edrianın sadə Vyetnam insanları, xoşməramlı amerikan missiyası və sevgidə
ola illüziyaları dağılır. Bu radio aparıcısı öz zarafatları və şadyanalığı ilə
həqiqətən də hərbi intizama təhlükə yaradır. Hərbi fəaliyyətəlrin episentrində
olsa da, öz ləyaqətini və yumor hissini itirmir. Radio qəbuledicilərdə “sabahın
xeyir Vyetnaaaaaaam!” cümləsi eşidiləndən sonra insanlara elə gəlir ki, heç
vaxt axşam düşməyəcək.
Hələ Vyetnam müharibəsi vaxtından
“Amerika səhv etdi”, “Müharibə pis şeydir və insanlardan bədheybət hazırlayır”,
“hər tərəfdə zorakılıq və ölüm var” kimi mövzulara toxunan, “Maral ovçusu” (Охотник
на оленей»), “Bu günkü apokalipsis” (Апокалипсис сегодня), “Biz əsgər olmuşuq”
(Мы были солдатами) kimi pafoslu filmlər çıxdı, amma Levinsonun bu filmi qədər
yaxşı izahedici olmadı. Berri Levinsonun filmi, əxlaqında və haqq-ədalətin
anlayışında məyusluq yaşamış, həmvətənlərinin
və hakimiyyətin iç üzünü görmüş insan dramı haqqında tragikomedik və
melodramatik çalarları olan filmdir. Hərbiçilər digər Amerika vətəndaşlarından
həqiqəti gizlədirlər. Özünə dünyanın demokratiya və azadlıqların bütün növü üzrə
örnəyi olduğunu iddia edən ölkə, öz sərhədləri kənarında tamamən fərqli cildə
girir. Pərdə arxasında nələr vaş verir nələr.
Olduqca sadə olan film sadəcə müharibə
və terrorizm fonunda çəkilməyib. Filmdə ayrı-ayrı individiumların xeyir və şər əməllər
törədmələri çox gözəl təsvir olunub. “Düşmən və dost kimidr?”, “Əslində sistem
nələri gizlədir?” suallarına olduqca təsirli cavab verilməyə çalışılıb. Müharibə,
cəhənnəm istisi, hər addımda yalan və belə bir şəraitdə güc tapıb zarafatları
ilə insanları güldürməyə çalışan və bunu bacaran insan var. Həyatın həqiqət və
yalan, yaşamaq və ölüm, şərəfsizlik və şərəf, sevgi və nifrət kimi cütlüklərini,
yeri gələndə zarafat və pafos, yeri gələndə də bütün çılpaqlığı ilə insanlara
çatdırılır.
Aktyorların performansı yüksək səviyyəlidir.
Robin Vilyamsın filmin ilk dəqiqələrindən izləyicini özünə bağlayan gümrah, təbii
və canlı performansıyla yanaşı, zabit rolunu oynayan müxtəlif aktyorlar da,
sanki, real həyatdan götürülmüş hərbiçilər təəssüratını bağışlayırlar və əla
ifa sərgiləyiblər. Ümumiyyətlə bu filmdə nəyinsə artıq nəyinsə əskik olduğunu
söyləmək mümkün deyil. Sadə Vyetnam əhalisi rolunu oynayan aktyorların da öz
yeri var və şəxsən mən onları da baş rolda görürəm. Onların vasitəsiylə
rejissor çoxlu məlumatlar ötürür bizə. Onlar olmasa filmi tam başa düşmərik.
Çünki əsas məsələ müharibə yox, sadə insanların hadisələrə olan yanaşmaları, çəkdikləri
əziyyətlər və verdikləri reaksiyalardır.
İnsanlara həm müharibənin dəhşətlərini çatdıran,
həm də insanlararası münasibətlər haqqında yumor vasitəsiylə izləyicilərə məlumatlar
ötürən hərbi dram.
Comments
Post a Comment