The Oranges - Любовный переплет

Ostroff və Uoullinq ailəsi uzun illərdir
ki, bir-biriləri ilə dostluq edirlər və Oreyndj Drayv (Orange Drive) adlı yerdə
də qonşudurlar. Hər şey normal idi. Səhərlər qaçış, səhər yenəyinə omlet və
portağal şirəsi, adama elə gəlir ki, elə əsl xoşbəxtlik budur və heç bir şey bu
xoşbəxtliyi dağıtmaq iqtidarında deyil. Gündəlik monotonluğun rahatlığını heç nə
əvəz edə bilməz. Bu normallığı tufandan öncəki səssizlik də adlandırmaq olar.
Tufan isə baş verdi nə baş verdi. İstəməzdim ki spoyler olsun, amma süjet belədir:
bir ailənin qızı digər ailənin başçısı ilə sevgi maceraları yaşamağa başlayır.
Bunun nəticələri isə, filmi əmələ gətirir.
Film nə haqqındadır. Film adət-ənənə, ailə bağları, ailə sədaqəti, dostluq və sevgi haqqında olan dram, melodram və komediyadır desək, bəs etməz. Film elə bir mövzunu ehtiva edir ki, çətin ki, çoxları mövzunu sakit başla təhlil edə bilsinlər. Başdan-ayağa ünsiyyət problemləri yaşayan iki ailə. Bir ailədə qadın öz adət-ənənələri ilə çoxdan ailə mühitini məhv edib, digərində isə kişi xeylağı, bizim dildə desək, arvadağızdır. Yuxarıda qeyd etdiyim hadisə baş verəndən sonra, hər iki ailənin üzvləri sarsılır. Onsuz da böhranda olan ailələr, yeni böhran tsiklinə qədəm qoyurlar. Həyatlarında baş verən “yenilik”-yə isə kimsə haqq qazandıra bilər, kimsə də qazandırmaz və ya radikal mövqe göstərər. ortada olan isə, “xoşbəxtlik nədir?” və “günahkar kimdi?” suallarına cavabın verilməsinə çalışılmasıdır. Psixoloqlar isə deyirlər ki, konflikt inkişafın mühərrikidir. Konflikt oldu, amma nə dərəcədə müsbət dəyişiklik oldu, bax bu maraqlıdır.

Çox maraqlıdır ki, son vaxtlar ümumi əxlaq
qayda və normlarına tüpürməyi təbliğ edən bir çox materiallarla – filmlər, “şəxsi
inkişaf kitabları” ilə rastlaşmışam. Bunu bu filmə çox az aid etmək olar, amma məni
çox maraqlandırır ki, görəsən 3-5- başbilən nəyə nail olmaq istəyir?
Əxlaqsızlıq və mənəviyyatsızlıq bataqlığında onsuzda dünya əzəldən bəri diyirlənir.
Biz niyə irəli yox geri gedək? Kiməsə qulaq verməzdən qabaq diqqətli olmaq
lazımdır. Yoxsa sahib olduğumuz bir çox dəyəri itirə bilərik. Dəyərlər illər ərzində
tikilir və formalaşır. Bir anda isə dağıla bilərlər. Dəyərlərdən sarı çox
narahat olmayın, qorxan gözə çöp düşər.
Aktyorlar haqqında nə deyə bilərik. Hyu
Lorinin (Hugh Laurie) Doktor Haus serialının bitməsindən sonra, böyük ekrandakı
ilk işidir. İfası haqqında nə isə əlavə bir şey deməyə ehtiyac görmürəm.
İkinici çox önəmli sima, Leyton Misterdir (Leighton Meester). Çoxlarını Lori və
Mister cütlüyünün necə alınacağına gğrə filmlə maraqlanırdı. Filmin izləyicilərinin
əksəriyyəti məhz aktyorlara görə bu istəkdə olublar. Belə ki, bu iki məşhur
aktyor və aktrisadan əlavə filmdə, Oliver Plat (Oliver Platt), Elison Cenni (Allison
Janney) və Katrina Kiner (Catherine Keener) kimi aktyor və aktrisalar yer alıb.
Hə. Kim nə deyir desin, filmi bəyəndim.
Filmin başlanğıcı olsa da, sonu olmadı. Problem həll olunmadı. Ümumiyyətlə
bunun necəsə həlli ola bilərdimi? İnanmıram. Bu elə problemdi ki, xərçəng xəstəliyi
kimi yarandığı gündən geri sayım başlayır və sonda hər şey uçub-dağılır.
Rejissor işi, aktyorlar, filmin musiqiləri və yaratdığı səmimi mühitdən zövq
aldım. Filmin texniki yönləri ilə ideya yönləri bir-biri ilə harmoniyadadır.
Mübahisə, müzakirə və polemika yarada bilər, amma ki, özümüzü bununla çox
yormayaq. Belə də olur deyib keçək. Hər halda hər kəs özünə öz davranışlarında
hesabat verməlidir. Əxlaq prinsipləri vicdanın əsasında formalaşır. Nəysə. Belə
ayıb olmasın, filmin axrında hamı yumşaq yerindən təpik alır və dağılışır.)))
Comments
Post a Comment