STALKER

“Stalker” öz fəlsəfi dərinliyi və düşüncə genişliyi ilə həm Tarkovski
yaradıcıllığının, həm də Sovet kinematoqrafiyasının ən məşhur və dəyərli tərkib
hissəsi hesab olunur. Xarici süjet xətti Zona adlanan yerdə yerləşən sehrli
otağı tapmaq üçün çıxılan səyahətdən ibarətdir. Həmin sehrli otaqda sidq-ürəkdən,
qəlbin dərinliklərindən arzulanan bütün arzular çin olur. Bu səyahətdə səyyahlara Stalker kömək olur.
Stalker Zonaya tez-tez səyahətləri təşkil edən birisidir. Onun özü hər dəfə
gedib gedməmək kimi seçimlər arasından, çox vaxt birincinin xeyrinə seçim etməli
olur. Stalker çox şeydən bixəbərdir. Stalkerin rəhbərlik etdiyi bu kiçik qrupun
üzvlərinin daxilində çox qəribə şeylər baş verir. Ümumiyyətlə, həqiqətən də, elə
bir otaq varmı?

Stalker özü də bilmir ki, zonaya
getdikdən sonra geri qayıdacaq yoxsa yox. Bəlkə də elə bütün məna bundadır. Ailəsini
bir daha görmək arzusuyla öz həyatını riskə atmaq. Bəlkə də, Stalker zonada
buna görə dua edirdi. Məna bundadır ki, Stalker qayıtdıqdan sonra ora səyahət
edənlərə göstərir ki, onlar nə itirə bilərdilər. Niyyətdən asılı olmadan insana
insan lazımdır.
Filmi izlədikdən sonra uşaqlıq dövrümü
xatırladım. Xatırladım ki, təsəvvürün gücü ilə biz uşaq vaxtı mövcud olmayan
dünyalar, obrazlar, qəhrəmanlar və qüvvələr xəyal edib ona inanırdıq. Yaş
artır, amma bəzilərində bu dəyişmir. Film məndə bax belə bir təəssürat yaratdı.
Film zonadan bəhs etdi. Filmin özü onu başa düşənlər üçün, onu tam mənasıyla
daxili dünyalarına həkk etməyi bacaranlar üçün “xüsusi zona” rolunu oynayacaq. Son
olaraq. Unutmayın! Stalker zonaya tamahkar niyyətlə daxil olmamalıdır.

P.S.S.
Film Struqaçki Qardaşlarının (Братья Стругацкие) “Səkidə piknik” (Пикник на
обочине) romanının motivləri əsasında çəkilib. Adı çəkilən romanın üçdə birinə
qədər oxumuşdum. Sonra darıxdırıcı gəlmiş və sona çatdırmamışdım.
Comments
Post a Comment