Posts

Showing posts with the label iqtisadiyyat haqqında kitab

İqtisadiyyat kitabları #3

Image
Farkas Beata - Models of Capitalism in the European Union: Post-Crisis Perspectives Professor Beata həm mənim müəllimim olub, həm də hazırda üzvü olduğum  tədqiqat institutunun rəhbəridir. Müəllifi olduğu bu kitab isə Avropadakı kapitalizm modellərini başa düşmək üçün çox gözəl vəsaitdir. Kitabı tamamladıqdan sonra mən tam əmin oldum ki, iqtisadiyyatdakı "kapitalizmin növləri" ədəbiyyatı və araşdırmaları çox böyük əhəmiyyətə malikdir, çünki adıçəkilən istiqamət bizə ölkələri və cəmiyyətləri düzgün və dolğun başa düşməyə kömək edir. Belə kitabların mütaliəsi oxuculara tam fərqli üfüqlər  bəxş edir. İqtisadi təhlillərin adətən ölkə kontekstində olması, ölkələri bir-birindən fərqləndirməyi də qaçılmaz edir. Uzun-uzadı xırdalıqlara varmadan bu kitabı hamıya məsləhət görürəm. İstifadə olunan ədəbiyyatlar və tətbiq edilən metodologiya çox maraqlı və anlaşıqlıdır (əsasən klaster analizi tətbiq olunub və yaxşı vizualizasiya var).  Kitabı yüklə (PDF)

İqtisadiyyat kitabları #2

Image
Vladimir Popov - Mixed Fortunes: An Economic History of China, Russia, and the West Son dövrlər oxuduğum və çox böyük zövq aldığım iqtisadi təhlil kitabı, rus iqtisadçısı Vladimir Popovun "Qarışıq talelər: Çinin, Rusiyanın və Qərbin iqtisadi tarixi" adlı əsəri oldu. Kitab çox anlaşıqlı dildə adıçəkilən regionların müasir iqtisadi quruluşlarını tarixi təkamül nöqteyi-nəzərdən, əsasən institusional iqtisadiyyatın prizmasından qiymətləndirir. Zənnimcə, çox anlaşıqlı dildə yazılan kitab müəllifin iş təcrübəsi ərzində yazdığı elmi məqalələrin genişləndirilmiş variantıdır. Ən əsası isə, kitab son dövrlərdə ifrat ekonometrikləşən iqtisad elminin tarixi-mədəni kontekst təhlilindən uzaq düşməsi tendensiyasına qarşı çox sanballı cavab kimi qəbul edilməlidir. 

İqtisadiyyat kitabları #1

Image
"İqtisadiyyat kitabları" adlı silsilə yazılarımda sizinlə oxuduğum və məsləhət gördüyüm elmi kitablardan bəhs edəcəyəm. Bacardıqca onları necə əldə etməli olduğunuzu da bölüşməyə çalışacam. 

İxracatın əhəmiyyəti - Deniyel Lederman və Uilyam Maloni (+Qeydlər)

Image
İnkişaf üçün ölkə iqtisadiyyatlarının nə ixrac etdiyi əhəmiyyətlidirmi? Əgər əhəmiyyətlidirsə, sənaye siyasətləri bazar tərəfindən formalaşdırılan ixracat səbətini inkişaf etdirə bilərmi? Bu kitab qeyd edilən suallara müxtəlif konsept və iqtisadi siyasət yönündən yanaşır. Sənaye siyasəti ilə əlaqədar nəzəri arqumentləri araşdıran müəlliflər, sektorları inkişafa yönəldən indikatorları və cari sənaye siyasətlərini təhlil edirlər. Eyni məhsulları ixrac edən (xüsusilə təbii resurslar), lakin fərqli nəticələr əldə edən ölkələrin təcrübələri çox analitik və maraqlı formada bir-biri ilə müqayisə olunur. Müəlliflər qloballaşan dünyanın iqtisadi reallıqlarını nəzərə alıb, ölkələri nə istehsal etməyə deyil, əsasən necə istehsal etməyə fokuslanmağı məsləhət görürlər. 

İqtisadiyyat: istifadəçinin bələdçisi - Ha-Cun Çan (+Qeydlərim)

Image
EN: Ha-Joon Chang - Economics: The User's Guide RUS: Ха-Джун Чанг - Как устроена экономика   Bir çox iqtisadçılardan fərqli olaraq Kembric Universitetinin professoru Ha-Cun Çan bizə klassik iqtisad məktəbindən keynesyan nəzəriyyəyədək olan nəzəriyyələri bir-bir sıralayaraq onların hansı güclü və zəif cəhətlərə malik olduğunu göstərməyə çalışır. "İqtisadiyyat: istifadəçinin bələdçisi" iqtisadiyyata giriş xarakteri daşısa da, müəllif bizə qloballaşmış dünyamızda bir-biri ilə kifayət qədər mürəkkəb münasibətlərdə olan iqtisadi və maliyyə mexanizmləri və qurumları haqqında reallıqları əhatə edən kitab təqdim edir. Təqdirəlayiqdir ki, müəllif hansısa konkret iqtisadi və ya siyasi ideologiya çərçivəsində nə isə təqdim etmir, nəyisə hərarətlə müdafiə edib, nəyisə də təkzib etmir, əksinə obyektiv düşüncəni və məntiqi qane edəcək dərəcədə maraqlı iş sərgiləyir. Bu da oxucuya imkan yaradır ki, özü müstəqil surətdə təhlillər aparıb müəyyən nəticəyə gələ bilsin. Bu baxımdan, kit...