Florensiyalı Cadugər - Salman Rüşdi
RU: Салман Рушди - Флорентийская чародейка EN: Salman Rushdie - The Enchantress Of Florence Bu hekayə hamının tarixidir, əsasən də bir şəxsiyyətin tarixidir. Dünyamız inanılmaz hadisələrlə doludur, ən əsası da onlar istənilən an doğru çıxa bilər. Keçmişin işığını düzgün olaraq istiqamətləndirməyi bacaranda isə, indiki zamanı hər şeydən daha yaxşı işıqlandırmaq mümkün olur. Böyük Moğol imperiyası, qüdrətli Əkbər şah, öz filosof və rəssamları, əsgər və fahişələri ilə 16-cı əsrin möhtəşəm Florensiyası, dövrünün parlaq zəkası olan Nikkolo Makiavelli və böyük coğrafi kəşflər. Hər bir hissəsi tarixin və müəyyən hekayənin bir çalarını özündə ehtiva edən bax belə bir ecazkar mozaika parçası kimi qarşımıza gətirilib qoyulub. Tapmacanı tapmaq, tarixdən zövq almaq və keçmişi bu günə daşımaq, fantastik bir şey kimi səslənsə də, əslində tayı bərabəri olmayan zəngin təxəyyül sahibi yazıçının mümkün edə bildiyi ən adi şeylərdən biridir.