Yevgeniy Zamyatin - Biz - 1-ci hissə
Əsərdə totalitar rejim və ona məcbur şəkildə tabe olan insanlar əks olunmuşdur. Əgər antiutopik əsər oxumağı sevirsinizsə, Oruelin (“1984″, 1949) və Xakslinin (“Cəsur Yeni Dünya”, 1932) yaradıcılığına təsir etmiş bu roman (1920) da sizin diqqətinizi cəlb edəcək. Zamyatinin dünyasında individuallıq, məxfilik anlayışları yoxdur: burada insanların adları yox, nömrələri var; daha doğrusu burada elə insanlar insan yox, numerlər adlanırlar. “Vahid Dövlət”-in numerləri hər gün eyni saatda oyanır, eyni paltarları geyinir, müəyyən olunmuş sayda hərəkətlər edərək dişlərini fırçalayıb, işə yollanırlar. Hətta intim həyatları da nəzarət altındadır. Bu dövlətdə valideynlər onlar haqqında xəbərçilik edə biləcək uşaqlarından da, düşünməkdən də qorxur (elfecin.com).