Carol S. Dweck - Mindset: The New Psychology of Success Кэрол Дуэк - Гибкое сознание: новый взгляд на психологию развития взрослых и детей Dünya şöhrətli Stenford Universitetinin psixoloqu Kerol Duek, uzun illərin araşdırmalarından sonra düşüncə tərzinin həqiqi gücünü bir daha kəşf etdi. Duek uğurun sadəcə istedad və bacarıqlar vasitəsi ilə əldə edilmədiyini, eyni zamanda düzgün formalaşdırılmış düşüncə və yanaşma tərzindən olduqca asılı olduğunu sübut edir. Düzgün düşüncə tərzi ilə biz həm uşaqları, həm də yetkin insanları uğur qazanmağa motivasiya edə bilərik. Kerol əslində köhnə mövzulara toxunur, lakin daha müasir və təkmil üslubda izaha ehtiyac həmişə var. Valideynlər, müəllimlər, baş icraçı direktorlar, tələbələr, idmançılar və liderlər zaman zaman mütləq şəkildə düzgün düşüncə tərzində kənara çıxır və dəstəyə ehtiyac duyurlar. Artıq şübhə doğurmur ki, beynimizdə baş verən düzgün düşüncə tərzi adlı mental proses bizim həyatımızın bütün uğurlarının ən əsas təminatçısıdır.
The Interpretation of Dreams by Sigmund Freud Ziqmund Freydin yuxuların şüuraltı istəklərin ifadə olunma tərzi olduğunu kəşf etməsi, şübhəsiz ki, psixologiya elmində inqilabi xarakterə malik oldu. Onun nəzəriyyəsinə əsasən yuxular altşüurun arzularını aşkara çıxaran vasitədir. Yuxuları başa düşmək insan üçün özünü tanımaq yolunda olduqca əhəmiyyətli vasitə ola bilər. Çünki yuxuda gördüyümüz hər bir xırdalığın, hər bir simvolun öz mənası var və yuxular bizim gələcəklə olan ən əsas əlaqəmizdir. Yuxular yaşadığımız digər ömürlərdir. Həm bizə verilən ismarıc, həm də ayrıca dünyadır.
Qısa xülasə: Uinston adlı bir şəxs, 1984-cü ildə, azadlığın olmadığı, despotik bir rejimin hökm sürdüyü (hansı ki, inqilabdan sonra, kapitalizmi əvəzləyərək qurulmuşdur) Okeyaniyada yaşayır. Hakimiyyət bütün partiya üzvlərini manqurtlaşdırır. Uinston isə hələ də azad düşünür. Azad düşünmək isə ən ağır cinayət - fikir cinayəti sayılır. Tezliklə özü kimi azad düşünən bir xanımı tapır və eşq macərası yaşayır. Bundan sonra isə onlar birlikdə partiyaya qarşı mübarizə aparmağa cəhd edirlər. Amma uğur qazana bilmirlər ( http://kitablarinelektronversiyasi.blogspot.com/ ) Görkəmli ingilis yazıçısı Corc Oruellin (1903-1950) yaradıcılığı dünya miqyasında məşhurdur. Xüsusilə onun “1984” romanı və “Heyvanıstan” povesti ötən yüzillikdə sözün, ədəbiyyatın totalitar təfəkkürə və despotik idarəçilik üsullarına qarşı mübarizəsinin ən diqqətəlayiq nümunələrindən sayılır. Hər iki əsər yarandığı vaxtdan ədəbi və siyasi fikrin diqqət mərkəzində olmuş, müxtəlif dillərə çevrilmiş və ciddi polemika doğ
RUS: Александр Пушкин - Капитанская дочка Dünyagörüşü normal səviyyədə olan hər bir insana Aleksandr Serqeyiviç Puşkinin kimliyi və yaradıcıllığı hələ orta məktəb illərindən bəlli olmalıdır. Hər bir insan onun dəst-xəttində ona yaxın olan şeyləri görməyi bacarır: kimlərsə macəra, kimlərsə estetik dil bacarıqlarını, kimlərsə də sadə və səmimi bədii ədəbiyyat parçası görür. Hər bir halda Puşkinin oxucuları mənən elə zənginləşirlər ki, bir daha əvvəlki insan olmurlar. Bu onun bir şair və yaradıcı insan kimi böyüklüyünü və təkrarsızlığını sübut edir.
Yazıçı Kamal Abdullanın 2006-cı ildə nəşr olunan “Sehrbazlar dərəsi” romanı oxucuların və ədəbiyyat tənqidçilərinin böyük marağına səbəb olub. Mistik əhvalatların baş verdiyi roman paralel dünyalar arasındakı ahəngdən, atası Cəlladbaşını axtaran Karvanbaşının teleyin hökmü ilə Sehrbazlar dərəsinə gəlib çıxmasından, burada ömr edən Ağ dərvişin və hər iki dünyada yaşayan Səyyah sehrbazın çağırdığı ruhla Karvanbaşının sonu faciəyələ bitən sirli görüşündən bəhs edən mistk roman müxtəlif dillərdə və müxtəlif ölkələrdə çap edilməklə dünya oxucusunun da diqqətini çəkmişdir.
Comments
Post a Comment