Elxan Elatlı - Xəyanət
Azərbaycanımızın qiraət gündəmində uzun müddətdi ki populyar olan dedektiv əsərlərin müəllifi Elxan Elatlının təsadüfi olaraq bir romanı ilə tanış olmaq axır ki, mənə də qismət oldu. "Xəyanət" romanı ilə tanışlığım mənə bu yazıçı haqqında müəyyən məlumatlar verdi. Gördüyüm nöqsanlar məni narahat etdi. Bəlkə də başqa bir yazıçıda bu nöqsanlara mən çox fikir verməzdim, amma bu yazıçı ictimayət arasında çox məşhurdur və insanların zövqünün və düşüncə tərzinin formalaşmasında müəyyən rolu vardır. Bu yazıçını oxuyub bəyənənlər çoxdur və ona görə də üzərində çox daurmağa dəyər. Beləliklə açıram sandığı, tökürəm panbığı: İlk növbədə əsərdə qeyri-professionallıq var. Roman daha çox həvəskar xarakterli, sadəcə müəyyən qrup insanlara ünvanlanmış formata sahibdir (əsasən yaşlı və az qiraət etmiş insanlara). Romanda obrazların çox olmağı, onlardan pərakəndə və bayağı istifadə olunmları romanı mənim üçün sönük və maraqsız etdi. Motivlərdən asılı olaraq obraz az və...

Stiven müəllimin Dark Tower 7 - kitab seriyasında 3-çünü başlaməmışdım oxumağa. Təsadüfən , elə alındı 3 -çü kitab əlimə keçdi. Orda demək olar ki, sizin dediyiniz fikrlər bu romanda aid etmək olar . Çox uzundu. Orda Jekin qiymətləri, Suzana və Ronaldın alov qarşısında isti söhbətləri və.s. Mənə elə gəlir ki, müəllif yazdıqca yazır. Yəni onun hansısa planı yoxdu. Fəsildən , fəsilə ilham alır. Bu sadəcə intuisiyadır(mənim zənnimcə elədi). Bu romanın İMDB tapdığım məlumatına görə filmidə (3 avqust) çıxacaq. Lizensiya bu filmə Sony picture`sə 19 dollar 19 sentə satıb. Aldığım məlumata görə bu həmin kitablarla əlaqəlidi.
ReplyDeleteMəlumatlar üçün təşəkkürlər. Stiven Kinqi yaxşı başa düşən oxucuda müasir yaradıcı yazıçılıq haqqında da tam və dolğun məlumat sahibi olur.
Delete