Robert Hovard - Qara caynaqlar və başqa hekayələr

Nəyə görəsə son vaxtlar heç də xoşlamadığım janr olan dedektivdən oxumağa və filmlər izləməyə başlamışam. Bu çox qəribə olsa da, hər halda mənim son vaxtlar yenilik axtarışımı izah edən məqamlar sırasına daxil etmək olar. Robert Hovartla da birbaşa belə tanış oldum. Dolayısı isə əlbəttə ki, uşaq yaşlarında izlədiyimiz "Vəhşi Konan" cizgi seriyaları ilə tanış olmuşduq.
Onun bu hekayələr toplusunda isə dedektiv müxtəlif sirli və qorxulu hadisələri araşdırır və möcüzə nəticəsində ən təhlükəli hadisələrdən sağ çıxa bilir. Bundan əlavə Texasda böyüyən Robertin hekayələrində irqçilik əlamətlərinə də rast gəldim ki, bu da çox yaddaqalan məqamlardan oldu. Yazıçının qaradərili insanlara qarşı heç də xoş münasibətdə olan birisi olmayıb.
Ümumilikdə isə hekayələri qənaətbəxş hesab etmək olar və oxumaq üçün dəyər.
Comments
Post a Comment