Yohann Volfqanq Göte - Gənc Verterin iztirabları

Johann Wolfgang von Goethe - The Sorrows of Young Werther

Иога́нн Во́льфганг Гёте - Страдания юного Вертера

Alman kəndlərinin birinə gedən gənc və romantik Verter orada gözəl bir xanım olan Lotteni görərək aşiq olur. Öyrənəndə ki, bu xanım Albert adlı bir nəfərə ərə gedəcək, ona qarşı sevgisini və ehtirasını ram edə bilməyən Verter, tamamilə ümidsizliyə qapılır. 

"Gənc Verterin iztirabları" Yohann Volfqanq Götenin Şarlotta Buffa olan sevgisini və dostu Karl Vilhelm Yerusalemin intiharı ilə əlaqdar olduğu üçün əsəri müəyyən mənada avtobioqrafik də qiymətləndirmək mümkündür. "Gənc Verterin iztirabları" Avropanın ilk faciəvi romanlarından hesab olunur. Əsərin möhtəşəmliyi onun gənc qəlbin emosiyaları və cəmiyyətin dəyərləri arasında olan dialoqunu göstərməsindədir. Əsəri oxuyub Verterə empatiya qurmamaq mümkün deyil. 

Belə bir təcrübə yaşamaq və cavabsız sevgiyə düçar olmaq həqiqətən də bədbəxtlik kimi qiymətləndirilə bilər. Həqiqi mənada sevən insan öz qadını və ya kişisi üçün hər şeyi edə bilər, çünki ol şəxs qarşısındakını özünün ideallaşdırdığı formada görməyə başlayır. Belə ola halda insan başa düşür ki, sevdiyi insansız yaşamağın bir mənası yoxdur. Qovuşmamazlığın ağrısına acısına dözməyin mümkünsüzlüyünü dərk etmək isə romantikanın qaranlıq tərəflərini ortaya çıxarır. Ona görə də şəxs onunla birlikdə ola bilmədiyi üçün bu dünyanı tərk etmək istəyə bilər. Məhz buna görə bu kitab müəyyən mənada təhlükəlidir. Əvvəllər insanlar belə bir əsəri oxuyub şablon kimi öz həyatlarına da tətbiq ediblər. Buna baxmayaraq realist insanlar belə əsərlərin öhdəsindən daha yaxşı gələ bilərlər, nəinki xəyalpərəstlər və romantiklər.

Verterin davranışları, emosiyaları və hisləri özünəməxsusdur. O, hamı kimi deyil. Bu səbəbdən onun sevgisi də hamının çərçivələrə sığışdırıb instinktləri ilə yoğurduğu sevgilərdən deyil. Dostoyevski demiş, iztirablardan qaçıb can qurtarmaq mümkün deyil. İztirablara gedən yeganə kəsə yol isə əks cinsin nümayəndəsindən birinə olan cavabsız sevgidir. Verterin iztirablarına, özü də gənc yaşlarında səbəb olan da onun sevgisi oldu. Əks cinsə olan sevginin özü böyük qüdrətə malikdir. Bu haqda böyük-böyük şairlər və ustadlar da yazıb yaradıblar. Eşq bizi bütün ruhi çirklənmələrdən arındırır və bizi daha fərqli özünüaxtarış yoluna ötürür. İztirablar isə sevginin qarşımıza çıxardığı qaçılmaz taledir. Belə olanda da insanın içində, daxili aləmində bir həngamələr baş qaldırır ki, gəl görəsən.

Deyilənə görə Verteri romanında öldürən Göte sonradan intihar fikrindən vaz keçib. Eşqə görə əzab çəkməyin dünyada digər bütün başqa yaxşı şeylərə görə də əzab çəkməklə eyni şey olduğunu demək nə dərəcədə doğru olar, onu bilmirəm, amma bir şeyi deyə bilərəm ki, Verter özünü Albertin tapançası ilə öldürəndən sonra ondan həm öz qisasını almış olur, həm də hisləri görməməzlikdən gələn ictimai quruluşa öz etirazını bildirir.

Verter yeni insan modelidir. Yazılanları həmin dövr üçün, həmin məkan üçün təhlil etsək, Verter burjua inqilabı ərəfəsində yeni insan modelinə gedən yolun başlanğıcını qoyan obraz kimi başa düşməliyik. Avropanın özünəməxsus mədəni və ictimai atmosferini hiss etməkdə, həmin dövrün insanlarının nələr hiss etdiklərini və nələrə ümid etdiklərini görməkdə "Gənc Verterin iztirabları" əvəzolunmaz mənbə hesab oluna bilər. Çünki, ölmüş, qartımış və köklü siniflərin qarşısında dayanan Verter onlardan fərqlidir. Elə ən əsası da bu məqama görə Götenin dahiliyi üzə çıxır və bizi nə ilə qarşı-qarşıya olduğunu göstərir. 

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Aleksandr Puşkin - Kapitan qızı

Kamal Abdulla - Sehrbazlar dərəsi