Semuel Beket - Mörfi
EN: Samuel Beckett - Murphy
RU: Сэмюэль Беккет - Мерфи
"Mörfi" Semuel Bekettin 1938-ci ildə Londonda nəş olunmuş ilk əsəridir. Yazıçı öz əsərinin fransız dilinə də şəxsən tərcümə edib və tərcümə olunmuş əsər 1947-ci ildə Fransa da işıq üzü görüb. Əsərin mərkəzində Mörfi adlı bir şəxsin qəribə, həm də tragik özünütapma və ətrafına uyğunlaşma cəhdlərindən bəhs olunur. Romanın dili olduqca xaotikdir və süjet xətti çoxşaxəlidir. Əsəri oxusam da, heç bəyənmədim. Bəyəndiyim məqamlar isə çox az oldu.
Hər şeydən əvvəl onu deyim ki, mən Semuel Bekettdən nə isə oxuyaraq nə ilə qarşılaşacağımı bilmirdim. Elə ilk cümlələrdən bəzi şeyləri başa düşsəm də, qəribə bir hiss məni məcbur edirdi ki, əsəri sona qədər oxuyum tamamlayım, halbuki, bir digər tərəfdən də beynimin hansısa guşəsi deyirdi ki, lazım deyil, davam etmək mənasızdır, çünki yeni heç nə öyrənməyəcəksən, əksinə yorulacaqsan. Müəyyən mənada belə də oldu. Yorucu xaotik dili izləmək çox çətindir. Nəticədə tapmacanın çoxlu dağınıq hissələrini bir təhər güc-bəla ilə birləşdirməlisən. Bunu isə deməzdim ki, yaxşı bacardım.
Razılaşarsınız ki, romanın əsas varidatı onun obrazları və maraqlı süjetdir. "Mörfi" bunun hər ikisi cəhətdən mənfidədir. Obrazlar cizgi film obrazları kimi çox şablondurlar, süjet isə ümumiyyətlə yoxdur. Əsərdə vaxtaşırı olaraq rast gəlinən zarafatlar çox qurudur.
Nə xoşuma gəldi? Dildən istifadə məharəti. Maraqlı sözlər, metaforalar, simvolik təsvirlər və s. Bəzən yaxşı fəlsəfə, amma çox epizodik. Bəli, bunlarla razılaşmaq olar, onlar yaxşıdırlar və deyilənə görə Semuel Bekettin tərzi budur. Buna baxmayaraq narazı qaldığım məqamları nəzərə alsam, bu İrlandiyalı yazıçının mənim kitab planlarımda bir o qədər də yeri olmayacaq.

Comments
Post a Comment