Maksim Qorki - Qarı İzerqil

Максим Горький - Старуха Изергиль

Dankonun əfsanəsi həqiqət və cəsarət kimi azadlıq carçısı anlayışlara çox gözəl toxunur. Qorkini "nədənsə" olan azadlıq yox, "nəyinsə naminə" olan azadlıq maraqlandırır. Dankonun əfsanəsi ədəbi əfsanə janrıdır və məhz bu janrın imkanları ona şərait yaradır ki, əbədi həqiqət və suallar haqqında qısa, amma çox iti ismarıclar ötürülsün. Larra və Danko kimi bir-birinə zidd iki əfsanəvi insan haqqında söhbət açaraq yazıçı kəskin kontrast yaradır və bir-birinə belə zidd insaları cəmiyyət ilə münasibətlər rakursundan təsvir edir. Bütün bu məqamlara görə "Qarı İzerqil" möhtəşəm əsərdir və mütləq rus klassikasının timsalında oxunmalı olanlardandır. 


"Qarı İzerqil" üç hissədən ibarət olan kitabdır: 1. Larra haqqında əfsanə - bu əfsanədə qarı İzerqil Larra adlı gəncin eqozim, dikbaşlıq və yekaxanalıq kimi xüsusiyyətlərinə necə əbədi işkəncələrlə cəzalandırıldığını əhvalat edir. 2. İzerqil - bu hissə qarının özü haqqında olub əsasən cavanlığında yaşadığı sevgi və itkilərin birləşməsindən formalaşmış həyat təcrübəsi əks olunub. İzerqil haqqında birmənalı düşünmək olmur, çünki cavalıq illərində əsasən yüngül həyat tərzi yaşayıb və əks cinsə sadəcə əyləncə obyekti kimi baxım, amma onun son məhəbbəti haqqında oxuyanda başa düşmək olur ki, son sevgisi onu mənəvi və əxlaqi olaraq dəyişdirib ki, bu da öz növbəsində onu bir insan kimi formalaşdırıb. 3. Danko haqqında əfsanə - Kitabın ən əsas hissəsini gənc Danko haqqında əfsanəni hesab edirəm. Danko elə bir obrazdır ki, onu ancaq İsa məsih ilə müqayisə etmək olar. Onun qəlbi insan sevgisi ilə döyünür. Halbuki, həmin insanlar öz qorxaqlıqları, naxələflikləri və inamsızlıqları ilə Dankonun sevgisinə layiq deyillər. Bu əfsanə bir daha bizi tərbiyə etməyə çalışır ki, insan həyatının mənası digər insaları sevməkdə yatır və digər insanlar uğrunda çalışmaq bizi əsl qəhrəmana çevirə bilər. Əfsuslar olsun ki, digər insanlar Dankonu başa düşmədilər. Ondan istifadə etdilər, ancaq ki, başa düşmədilər. Onun qəlbini qələbəliyin içində sadəcə tapdaladılar. 

Larra haqqında əfsanə oduqca maraqlıdır. Larra insan qadınla şahinin övladıdır və sadəcə xarici görünüş cəhətdən insana bənzəyir. O, ölümsüzdür. Özündən razılıq, qürur, eqoizm kimi cəhətləri sayəsində o, ölməsə də, mövcud olmağı dayandırır. Ondan geriyə qalan sadəcə kölgə olur. İşkəncələr içində meşədə vurnuxan bu kölgə hələ bu dünyada ikən əbədiyyətdə yaşamağa başlayıb: O, indi kölgə kimdir. Min illərdir yaşayır, günəş onun sümüklərini, qanını, bədənini qurudub, külək isə ora-bura dağıdıb. Bax gör Allah insanlara qürura görə necə cəzalandıra bilər. 

Qarı İzerqilin öz həyatı ilə əlaqədar məqamlar şəxsən mənə bir o qədər də maraqlı gəlmədi. O, sadəcə həyatda yaşamağı öyrənməyə çalışan gənc bir qızdan yetkin qadına çevrildiyi cavanlıq illərini danışır. 

Danko isə mənim üçün xüsusi əhəmiyyətə malik oldu, çünki bu əfsanənin nəticələri çox təsiredicidir. Dankonun timsalında özünü görən oxucu bilsin ki, o, da insana qarşı məhəbbətlə yaşayan birisidir və Dankonun əhvalatından istədiyi hər bir vaxt güc-qüvvət ala bilər: Fikirlə yoldakı daşı yerindən dəbərtmək olmaz. Kim ki heç nə etmir, ondan bir şey çıxmır. Niyə görə fikirə və hüznə gücümüzü sərf edirik? Ayağa qalxın, meşəyə doğrudur yol, onu keçib-gedək, çünki dünyadakı hər şey kimi onun da sonu var. Gedək! Hə! Hey!

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Aleksandr Puşkin - Kapitan qızı

Kamal Abdulla - Sehrbazlar dərəsi