Rolf Dobelli - Məntiqli düşünmə sənəti
Rolf Dobelli |
Rolf Dobelli - The Art of Thinking Clearly
Müəllif haqqında - Rolf Dobelli 1966-cı ildə anadan olmuş, St Qallen Universitetində doktorluq dərəcəsi almış, "Swissair" aviasiya şirkətinin müxtəliq qız cəmiyyətlərində çalışmış və dostları ilə birlikdə dünyada məşhur olan iqtisadiyyat üzrə ədəbiyyatları yenidən redaktə edilmiş mətnlərlə ümumiləşdirən və satışa çıxaran "getAbstract" firmasının əsasını qomuşdur. O, Honkonqda, Avstraliyada, İngiltərə və ABŞ-da yaşamışdır. Rolf Dobelli dünyada elm, mədəniyyət və iqtisadiyyat üzrə şəxsiyyətlərin cəmiyyəti olan "ZURİCH MİNDS"-in kuratoru həm də banisidir. O, 33 yaşında ədəbiyyat aləminə atıldı və yazarlıqla məşğul olmağa başladı. Bu vaxta qədər yazarın "Diogen" nəşriyatında altı kitabı nəşr olunmuşdur. Rolf Dobelli İsveçrənin Lutsern şəhərində yaşayır.
Şəxsi inkişafa yönəlik kitabların ortaq xüsusiyyəti fırıldaqçılıq olsa da, "Məntiqli düşünmə sənəti" intellektual məlumatlar, emprik təsvirlər və maraqlı nəzəriyyələrlə zəngindir. Bütün bu sadalananların gündəlik həyatımızla əlaqələndirilməsi və qaranlıq məqamlara işıq salınması Rolf Dobellinin uğurudur. Bu baxımdan kitabı şüur dəyişdirici xüsusiyyətdə olduğunu qeyd etmək olar ki, bu da onun əhəmiyyətinə verilən işarədir.
Mən uşaqlıqdan bu yana şəkilli kitabları çox sevirəm. Kitablarda illüstrasiyaların olması çox əhəmiyyətlidir. Neçə-neçə insanın dünya görüşü və düşüncə tərzi uşaq yaşlarında oxuduğu "şəkilli kitablar"-ın əsasında yaranıb. Yaşımız artsa da, yenə də şəkilli kitablar əhəmiyyətlidir. Belə hesab edirəm ki, beynimizin sol və sağ payı arasında olan uçurumun azaldılması üçün bu əvəzsiz vasitədir. "Məntiqli düşünmə sənəti" şəkilli kitab statusunu daşıyaraq yaradıcı təfəkkürün inkişafına kömək edəcək illüstrasiyalarla zəngindir.
Bəli kitabı oxumağa dəyər. Tərcümədə problemlərin olmasına baxmayaraq belə kitabı oxuduqdan sonra əhəmiyyətli dərəcədə dəyişikliklər etmək mümkündür. Eyni zamanda kitab sadəcə bir dəfə oxunulacaq formatda da deyil. Müstəqil 52 başlığın olması sizə imkan verir ki, siz istənilən vaxt 3-4 səhifədən ibarət məlumatları bir daha oxuyub onları daha yaxşı dərk edəsiniz.
Nəticə olaraq onu deyim ki, ensiklopedik xüsusiyyətə malik "Məntiqli düşünmə sənəti" sizi bir çox yöndən inkişaf etdirə bilər.
Comments
Post a Comment