Mükəmməllik axtarışında - Whiplash - Одержимость
Qan, tər və göz yaşını bir-birinə qarışdıran Endryu, tanınmış musiqiçi kimi səsini dünyaya duyurmaq istəyir. Nyu-Yorkdan bütün dünyaya qışqırmaq istəyir ki, mən Endruyam və mən möhtəşəm musiqiçiyəm. O, içindəki qığılcımı alova çevirmək istəyir. Arzusuna gedən yolda isə çoxlu çətinliklərlə rastlaşır. Qısa müddət ərzində onun arzusu mübtəlalığa çevrilir. Onun rəhmsiz rəhbəri isə Endryunu insan bacarıqlarından üstün mərtəbəyə itələməkdə inad edir. Onların arasında qəribə döyüş yaranır. Kənardan döyüş kimi görsənən bu prosesdən kim qalib çıxacaq? Çox qəribədir ki, bir tərəfin məğlubiyyəti hər iki tərəfin məğlubiyyəti, qələbəsi isə, hər iki tərəfin müvəffəqiyyətidir.

Filmin ən əsas fərqliliyi və xüsusiyyəti odur ki, siz sonluğu proqnozlaşdıra bilsəz də, film boyunca gərginliklə, diqqətinizi tamamilə ekrana yönəldərək sadəcə izləməklə kifayətlənmir, eyni zamanda hiss edirsiz. Hiss etməyimizin əsas səbəbi isə hadisələrin az ya da çox özümüzün də yaşamağımızdır. Müəllimlərimizi yada salmaq kifayət edir ki, məsələni özümüzə doğmalaşdıraq. Bu elə bir universal mövzudur ki, filmə qarşı heç kim laqeyd qala bilmir. Mövzunun üzərinə möhtəşəm aktyor ifasını gəlsək gözəl cəm alınar. İfadə olunan hər bir xırda emosiya, hərəkət təbiiliyi ilə seçilir.
Əgər insanın ehtirasla arxasınca qaçdığı arzu varsa, onu sadəcə həmin arzu arxasınca qaçan digər birisi başa düşə bilər. Digərlərinin üzərinə isə sadəcə müşahidə eləmək və təəccüblənmək düşür. Analiz etməyə çalışmayın. Onsuz da yaradıcı insanın incə ruhunu başa düşmək mümkün deyil.
Film haqqında maraqlı faktlar:
- "Sandens" film festivalı üçün film 10 həftəyə həm çəkilmiş, həm montaj olunmuş, həm də təqdim olunmuşdur.
- Film 19 günə çəkilib.
- Baş rol ifaçısı Maylz Tellerin barabanda ifasının pik həddə çatmasını lentə almaq üçün rejissor çəkilişi dayandırmadan icra etmişdir.
- Maylz Teller (Endryu) həqiqətən də, 15 yaşından etibarən barabanda ifa edir. Filmin çəkilişləri üçünsə həftədə üç dəfə 4 saat olmaqla əlavə dərslərdə də iştirak etmişdir.
- Çəkilən səhnələrin birində J.K Simmons travma almışdır.
- Film əslində rejissorun real təcrübələrinə əsaslanır. Belə ki, rejissor Demyen Şazel (Damien Chazelle) də musiqi dərsləri alıb və müəllimindən mökhəm qorxub.
Comments
Post a Comment