Rey Bredberi - Soyuq külək, isti külək

 Рей Брэдбери - Холодный ветер, тёплый ветер

"Soyuq külək, isti külək" külək haqqında olan qısa hekayələr toplusudur. Bredberi fantaziyasının möhtəşəmliyi oxucunu biganə qoya bilməz. O, o qədər gözəl və poetik təsvirlər edir ki, bəzən kitab oxuduğunu belə unudursan. "Soyuq külək, isti külək" bir çox məsələyə etik yöndən tənqidi yanaşma tərzi ortaya qoyur və bizlərə müxtəlif suallar verir. 

Burada kosmik səyahahət, şizofreniya və adi həyat bir-birinə qarışıb. Onları birləşdirən "külək"-dir. Özünün də dediyi kimi o, həm isti ola bilər, həm də soyuq. Hər şeydən önəmli olan isə, dünyada ən real fenomeni dərk etməkdir. Bu fantaziyalardır. Başqa sözlə, insan fantaziyaları həm yaxşı ola bilər, həm də pis, həm xeyrə xidmət edə bilər, həm də şərə. Seçim isə bizdədir. 

Comments