Pain & Gain - Кровью и потом: Анаболики

İlkin olaraq insanlar bərabərdirlər: dəmir, qan və əzələ. Potensiallarına fokuslanırlar və qısa müddət ərzində də potensiallarını kanalizasiyaya tullayırlar. Yox əgər sən əziyyət çəkməyə razısansa, hər şeyi əldə edəcəksən. Elə buna görə də ABŞ qüdrətli ölkədir. Əvvəllər ABŞ yoxsul kaloniyalar toplusu olub. İndi isə planetin ən güclü ölkəsinə çevrilib. Çox insan yaxşı yaşamaq arzusundadır, lakin çox az adam bu yolda özünü tərlədir. Bütün mənim qəhrəmanlarım öz-özlərini yaradıblar: Roki, Çapıqlı Sifət, Xaç atasından olan oğlanlar, hamısı sıfırdan başlayıblar və istəklərinə nail olublar. Nəyisə əldə etmək istəyirsənsə, güclü ol. Amerika arzusu bax budur. Mən potensiallarını israf edən insanlara nifrət edirəm. Bu çox qeyri-patriotikdir. Mən şəxsi treyner kimi işləyirəm. İnsanlara arxadan bir balaca zərbə vururam ki, istəklərinə nail ola bilsinlər. Hər şey isə daha artığına layiq olduğuma qərar verən andan etibarən başladı. 
Yəqin ki çoxumuz məlumat sahibiyik ki, ABŞ imkanlar ölkəsidir. Bu elə bir ölkədir ki, əgər sən əzmlə zəhmət çəksən arzuların reallaşa bilər. Odur ki, ABŞ-ın əldə etdiklərinin arxa bağçasında hakim olan fəlsəfə isə sadədir: Amerika arzusundan (American Dream) bərk-bərk yapış. Amerika arzusu ilə alışıb yanan yarışmacılar bəzən məsələni qorxulu həddə də çatdıra bilirlər. Odur ki, bir gün fitnes məşqçisi gündəlik həyat tərzindən bezir və ani döngə ilə həyatını dəyişib "layiq olduğu"-nu qoparmaq qərarına gəlir. İş orasındadır ki, həyatı boyu sadəcə əzələlərini şişirtməklə məşğul olan qəhrəmanımız beynini tamam unudub. Həm də çox maraqlıdır ki, o, və onun komandası fikirləşməyə cəhd etdikcə vəziyyət daha da pisləşir. 
Mən sadəcə sənin sahib olduğun hər şeyi səndən almaq istəyirəm. Mən istəyirəm ki, səndə heç nə qalmasın. 
Müsir ABŞ cəmiyyətinin problemlərini xüsusi tərzdə çatdırdığına görə rejissor Maykl Beyə (Michael Bay) təşəkkür etmək lazımdır. Bu elə bir üslubdur ki, həm əzələlərini, həm də beynini qabağa verən insanlar rahatlıqla başa düşə bilirlər. Bu baxımdan satirik tragikomediya kimi ekran əsərini yüksək və realistik qiymətləndirmək olar. Əla aktyor heyəti öz sözünü deyir və xüsusiylə onu qeyd edim ki, Duayn Consonsuz (Dwayne Johnson) film uğurlu alınmazdı. 
Yüksək plan qoy və ona nail ol. Çətinlik isə odur ki, sən dəyişəndə ətrafının səni başqa cür qəbul etməsini təmin edə bilmirsən. 

Filmin mövzusu dünyanın istənilən ölkəsində baş verib, verir və verəcək. Unutmayaq ki, ABŞ ayrı aləmdir. ABŞ-da "imkan" sözünü hamı eyni cür başa düşümür. Paxıllıq, haqlı olduğun kimi yaşamadığını düşünmək kimi motivlər insanlara düşünülməmiş addımlar atmağa vadar edə bilər. Bu da öz növbəsində heçliyə aparan yoldur. 
Anam sağ olanda deyirdi ki, oyuncaqlarını qoru, yoxsa onları oyuncaqları olmayan uşaqlara verərəm. 
Pain and Gain maraqlı monoloqlarla, dialoqlarla və hadisələrlə zəngin və aktual filmdir. Son dövrlərin diqqətəlayiq filmlərindən hesab edirəm. Son olaraq isə unutmayın: ABŞ-da iki növ insan var: Yuzerlər (user) və luzerlər (loser). 

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi