Ən yaxşı təklif - The Best Offer - Лучшее предложение - La migliore offerta
Dostluq, sevgi, inam və hisslərin həqiqiliyi kimi fəlsəfi məsələlərə toxunan filmin süjet xətti olduqca dinamik və rəngarəngdir. Tez-tez sənət əsərlərinin həqiqiliyi və saxtalığı haqqında fikirlər söyləyən Oldman, heç də hər zaman dəqiq nəticələrə gəlmir. Sənət əsərlərindən fərqli olaraq insanların səmimiliyini və qeyri-səmimiliyini müəyyənləşdirmək çox daha çətindir. Filmin əsas dəyəri onun əsas obrazlarının olduqca maraqlı olmasındadır. Bu baxımdan Oldman və Kler haqqında qısaca tanış olmaq filmi anlamağa kifayət edəcək.
Oldman qəribə insandır. O, insanlarla ünsiyyəti sevmir. Eyni zamanda fiziki kontakdan da çəkinir. Bunun əksinə olaraq işini çox sevir. Çünki bu iş onun qəribə həyat tərzinin davam etməsinə xidmət edir. Fırıldaqçılıqla məşğul olaraq incəsənət eqoizmini ödəyən Oldman əsl auksiondan xəbərsizdir. O, elə bir auksionla qarşılaşır ki, özü də bilmədən daima və düşünmədən qiyməti artırır. Bu qiymətin tələb etdiyi valyutanı ödədikdən sonra isə Oldmanı nələrin gözlədiyini söyləmək çətin deyil. İşinin mahir ustadı olan Oldmanın sirli otağı filmin əsas nüansıdır. Bu otaq əslində sadəcə Oldmanda yoxdur. Bu hər bir insanda rast gəlinən ruhi otaqdır. Oldmanın psixologiyasındakı əsas problem onun ifrat və iyrənc dərəcədə eqoizmlə dəstəklənən özünü sevən biri olmasıdır.
Oldman eyni zamanda fiziki kontaktlardan da qaçır. Bu da onun psixoloji xəstəliyinin digər aspektidir.
Kler. Bu incə, srili və ecazkar qadın Oldmanı prinsiplərindən əl çəkməyə vadar etdi. Oldman kimi kişinin prinsiplərindən əl çəkməyə vadar edəcək qadın şübhəsiz ki qeyri-adi qadındır. Sirlilik Oldmana yeni hisslər yaşadırdı. Maraq, istək, ehtiras, sevgi kimi növbələşməni yaradan Kler nə isə daha böyük nailiyyət arxasınca qaçır. Buna baxmayaraq, filmdə tez-tez təkrarlanan Klerin qeyri-qəti olması məni bezdirirdi. Ümumiyyətlə filmdə təsvir olunan Kler şəxsiyyəti olduqca nadir rastanılan və mürəkkəb quruluşa malik psixologiyaya sahib insandır.
Filmin sonunda Oldmanın başına gələnlər və verilən reaksiya olduqca yaddaqalan oldu. Nə zamanı geri qaytarmaq olur, nə də hadisələrin mahiyyətini. Aldatmağın özü incəsəntdir, ustalıqla icra ediləndə böyük nəticələr əldə etmək olar.
Əgər ənənəvi mövzulara yeni tərzdə baxmaq istəsəniz, bu film ürəyinizcə olacaq. Filmin atmosferinə düşməsəniz film heç bir təəssürat yaratmayacaq.

Comments
Post a Comment