Su axtaran - The Water Diviner - Искатель воды

Hadisələr 1919-cu ildə Türkiyənin Gelibolu yarımadasında gerçəkləşir. Avstraliyalı fermer Birinci Dünya Müharibəsində şəhid olmuş övladlarının meyidlərini vətəninə aparmaq məqsədilə onların axtarışına başlayır. Bunun üçün olduqca uzun məsafə qət edərək Türkiyəyə çatır. Bütün bunlarla yanaşı o, ağlına da gələ bilməyəcəyi yerdə yeni ümid tapır. 

Burada müharibəyə qədər anlayışı yoxdur. Buna baxmayaraq, digər həyatımda memar idim. 


"Su axtaran" baş rolda və rejissor qismində Rassel Krounun iştirak etdiyi bir filmdir. Yaşanmış hekayələrə əsasən hazırlanan "Su axtaran" film hərbi və ailə dramı kimi olduqca uğurlu ekran əsəridir. Yaşanmış hekayə kimi əsər qeyri-adi ideyalar təqdim etməsə də, Rassel Krou, Olqa Kurilenko, Yılmaz Erdoğan və Cem Yılmaz kimi aktyorlar hissləri izləyiciyə yüksək səviyyədə çatdırırlar. Bütün aktyorların performansı olduqca yüksəkdir. Onlar izləyici üçün nə lazımdırsa edirlər ki, bu məqamı filmin ən əsas nəaliyyəti kimi qiymətləndirmək mümkündür. Yaradılmış hər bir obraz ortaya ciddi şəxsiyyət qoyur ki, bu da filmin darıxdırıcı olmaması üçün ən əsas nüansdır. 

O, övladlarını axtarmaq üçün dünyanın o birisi başına gedən yeganə atadır. 


Buna baxmayaraq real hadisələrə əsaslanan filmləri yeni fonda təqdim etmək rejissor kimi Rassel Krou üçün böyük sınaq hesab etmək olar. Məhz bu fərqli formada çatdırılma filmdə bir çox incə məqamları yaradıb. Bu incə məqamlar əvvəllər də dəfələrlə izlədiyimiz müharibə, ölüm, faciə, döyüş və s. kimi səhnələrə yeni rəng qatıb. Yeni rənglər isə izləyicilərə yeni təəssüratlar bağışlayır. Xüsusilə spiritual əlaqələr ideal təsvir olunub. İzlərkən heyrətlənməmək mümkün deyil. Bu məsələnin məhz Şərq dünyası vasitəsilə çatdırılması olduqca müdrik addımdır. Bütün bunlar bir daha valideyn və övlad arasında olan ruhi əlaqələrin zamana və məkana tabe olmadığını və ən çətin maneələri dəf edə biləcəyini göstərdi. 

Belə bir fars atalar söz var: qoy siz öz övladlarınızdan çox yaşayasınız. Xeyir-dua kimi səslənir, amma əslində bu lənətdir!





Filmdə siyasi-tarixi məqamlar çox olsa da, Rassel Krou tarixə insanların gözündəki və xatirələrindəki qəm-kədər, ağrı-acı, mədəniyyət, əxlaq kimi cəbhələrdən yanaşıb. O, bütün sərhədləri aşaraq müharibələrin mahiyyətini göstərmək istəyib. Kiçicik ümid uğrunda belə mübarizə aparmağın necə də gözəl və müqəddəs bir şey olduğunu göstərib. 













Film insanlıq, bir-birinə hörmət, Şərq və Qərb dünyasının bir-biri ilə harmoniyası, sevgi, mehribanlıq və ümid haqqındadır. Son dövrlərdə izlədiyim filmlər arasında xüsusiliyi ilə sevimli filmlər siyahıma daxil edirəm və birmənalı şəkildə hamıya tövsiyə edirəm. Çünki bu filmdə hamı özündən nə isə tapacaq. Özünüzdən kiçik bir hissəsin tapıldığı filmlər və kitablar bizim üçün daha dəyərli və doğma olur. 

Maraqlı məlumatlar: 
  • Yılmaz Erdoğan müsahibələrinin birində qeyd edir ki, Avstraliyadakı çəkilişlərin birində havanın tempraturu 49 dərəcə selsiyə qədər yüksəlmişdi.
  • Filmin ssenarisinin hazırlanmasında hərbi ədəbiyyat və əsgərlərin gündəlik və məktublarından istifadə edilmişdir.
  • Rassel Krou özünün ilk rejissor işi kimi gördüyü layihələr arasında "The Long Green Shore" və "Bra Boys" kimi ideyaları var idi. "The Long Green Shore"-da Rassel Krou, İkinci Dünya Müharibəsi zamanı Yeni Qvineyada döyüşən avstraliyalı əsgərlərdən bəhs etmək istəyirdi. "Bra Boys"-da isə Sidney sörferindən ibarət məşhur bandadan bəhs olunur. 
  • Avstraliyada çəkilən səhnələrdə iştirak edən at, Rassel Krounun öz şəxsi atıdır. 
  • Avstraliyada çəkilən səhnələrdə iştirak edən it də Rassel Krounun şəxsi itidir və çəkiliş üçün bir xeyli çəki itirməli olub. 

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi