Dallas Buyers Club - Далласский клуб покупателей

Bu müddət ərzində isə bir çox yalan ifşa olunur. ABŞ-da mövcud olan FDA (Food and Drug Administration) qurumunun digər biznes subyektləri ilə kommersiya maraqlarını necə reallaşdırdıqlarını görürük: AZT adlı insanların üzərində bir çox yan təsirlərə malik preparatın insanlar arasında təbliğ edilir. Bu preparat QİÇS üçün yeganə mütləq dərman vasitəsi olduğu deyilir. Halbuki, insan orqanizmi üçün yüksək dərəcədə zəhərlidir. Minlərlə insan dərman sorağında gecə-gündüz gözləyərkən, əsl dərman preparatları və xilas yolları ictimaiyyətdən uzaq tutulur. Əvəzinə isə hansısa biznes məqsədli işlər görülür.

Xəstəlik və cəmiyyət mövzusu ayrıca başlıq altında bizə özünü göstərir. Bu xüsusi məqama toxunmaq istərdim: Ron QİÇS olduğunu dostlarına deyərkən dostları ondan birmənalı şəkildə üz döndərir. Bu cəmiyyətin sağlamlığını itirən şəxslərə qarşı necə də amansız və qəddar ola biləcəyini göstərir. Xüsusilə də mühafizəçi cəmiyyətlər.
Qeyri-ənənəvi cinsi oriyentasiyalı obrazlar filmə itələyici xüsusiyyət qazandırmayıb. Əksinə, lakonik kalorit kimi mövzunu tamamlayıb və əla kombinasiya təşkil edib.
Seçilmiş mövzu və mükəmməl aktyor və aktrisa heyəti ilə film özünəməxsusdur. Mövzu aktual və kütləvidir - yaşamaq uğrunda mübarizə. Filmdə dəfələrlə təkrarlanan "Mən ölmək istəmirəm" fikri bizim hər birimizin eynilə həmin fikri dəstəkləməsi ilə güclənir.
Metyu Makkonahi, Cared Leto və Cenifer Qarner üçlüyü filmi möhtəşəm edib. Yaxşı mövzu və yaxşı aktyorların sinerjisi özünəməxsus filmlərin yaranmasında ən əsas reseptdir. Bu akytyor və aktrisalar əllərindən gələni ediblər ki, izləyici özü bu hekayənin tərkib hissəsi olsun, onu yaşasın, hiss etsin.


Comments
Post a Comment