Şindlerin siyahısı - Список Шиндлера - Schindler's List

Film nasist partiyasının üzvü, uğurlu fabrikant və İkinci Dünya Müharibəsində 1200 yəhudini xilas etmiş əfsanəvi Oskar Şindlerin real hekayəsini nümayiş etdirir. "Şindlerin siyahısı" bizlərə yəhudilərin həyatda qalmaq bacarığı, protenstantlığın varlıq praqmatizmi və amerikan optimizmi vasitəsiylə bu dəhşətli holakostu çatdırır. 

Spilberq bu üç saatlıq ağ-qara lentə xeyir və şər, sevgi və nifrət, müharibə, ümid və ümidsizlik, göləntilər və məyusluq kimi məsələləri ustalıqla sığışdıra bilib. Aktyorlar, musiqi və digər bütün elementlər obrazların ağrılarını izləyiciyə çatdıra bilir. Düşünən izləyici həyatın necə də dəyərli və müqəddəs olduğunu görür. Altı milyon yəhudinin öldürülməsinə baxmayaraq, real tarixi şəxsiyyət olan Oskar Şindler tərəfindən xilas edilmiş 1200 yəhudi həyatı tarixə səs sala bilmişdir. Ümumiyyətlə isə sağ qalan qalib gəlmiş hesab olunur. 

Olduqca emosional səhnələrə şahidlik edirik. Uşaqların hər an gizlənməyə çalışması və insanların öldürülməsinin nəfəs almaq kimi adi bir proses kimi təsvir olunması zorakılığın və cinayətkarlığın estetikləşdirilməsidir. Bu bizim kimi adi insanlara çətinlikləri başa salan və düşünməyə çağıran mötəbər cəhddir. 

Ümumiyyətlə bu film haqqında nə isə yazmaq çətindir. Film yüksək səviyyədə ən yaxşı sözlərə layiqdir. Buna baxmayarq çox söz demək olmur. Çünki insanın hisslərinə müraciət edən incəsənət nümunələrini təhlil etdikcə, sanki, həmin nümunədən uzaqlaşırsan. Sanki, onu beyninə və ruhuna həzm etməyə çalışdıqca ya onda ilişib qalırsan, ya da onu kiçildirsən. "Şindlerin siyahısı" filmini izləmək, hiss etmək, başa düşmək, düşünmək və qərar vermək lazımdır. Şübhəsiz ki, film yaxşılardan yaxşı və dahiyanədir. 









P.S. Yazının hazırlanmasında "kinopoisk.ru" saytından faydalanmışam. 

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi