Qreqori Devid Roberts - Şantaram
Грегори Дэвид Робертс - Шантарам
"Şantaram" əsəri ilə Qreqori Devid Roberts, müəyyən qədər yeniliklərə, müəyyən qədər də təkrar mövzulara müəlliflik etmişdir. Həbsxana və küçə həyatı yaşayan Qreqori bir çox macəralar yaşamışdır. Avstraliyada yerləşən həbsxanadan qaçan Qreqori həbsxana həyatına qədər oyuncaq silahla tikinti kooperativləri və kredit təşkilatlarını soymuş, və yaşadığı ailə problemlərinə görə narkotik asılılığa düçar olan Qreqori, bütün əməllərinə görə 19 illik həbs həyatı yaşamalı olur. Həbsxanadan Hindistana qaçdıqdan sonra isə orada saxta sənədlər hazırlamaqda ustalaşır və bir çox mafiya başçıları ilə yaxşı əlaqələr qurur. Əfqanıstanda silah qaçaqmalçılığı kimi işlərə qarışır. Bir müddət sonra 1990-cı ildə Frankfurtda ələ keçən yazıçı, yenidən həbsxana həyatı ilə üzləşir. Həyatını kitab formasına salmaq istəyən yazıçının istəkləri iki dəfə həbsxana nəzarətçiləri tərəfindən puç edilsə də, əlyazmaları bərpa edib, azadlığa çıxdıqdan sonra romanını nəşr etdirməyə müvəffəq olur.
"Şantaram" sözünün mənası "sülh tərəfdarı"-dır. Romanda baş obrazın ləqəbi "Şantaram" olur və ona bu ləqəbi onun Mumbaydakı ən yaxın dostunun anası qoyur. "Şantaram" romanındakı hadisə və adlar yazıçının dediyinə görə uydurulmuşdur. Buna baxmayaraq, biz onun şəxsi həyatı ilə romanın süjeti arasında olduqca böyük oxşarlıqlara rast gəlirik. Bu baxımdan əsərin tamamilə avtobioqrafik statusu yoxdur. Bir çox insanlar uzun müddət bu məsələdə səhvə yol verərək əsərin 100%-lik avtobioqrafiya olduğunu demişlər.
Əsərdə hind fəlsəfəsinə rast gəlmək mümkün olsa da, bu bədii personajın dili çərçivəsinə salınmış səthi fəlsəfi məlumatlar səviyyəsindədir. Aşağıda da toxunacağım bir çox problemlər kimi əsərin sadəcə bədiiliyini deyil, fəlsəfiliyini də ciddi sürətdə tənqid edirəm. Çünki, yarımçıq cəhdlər vaxt itkisindən başqa bir şey deyil.
Kitabın ilk cümlələri məni marağında olduğum Hindistana səyahət etməyə çağırırdı. Mən kitabı oxumağa qərar verdiyim ilk anlardan etibarən kitabın məhz Hindistan haqqında olduğunu düşünürdüm, lakin zamanla müxtəlif adlar, dava-dalaşlar, bədbəxt hadisələr, xəstəliklər, fahişələrin şəhərin xaosunda xilas olmaq istəkləri, narkotiklər, saxta sənədlər, mafiya, tamamilə adi sevgi bir-biri ilə növbələşməyə başladılar. Edəcəyim bir şey yox idi. Davam etməli idim. Bəzi məqamlarda çox sıxılırdım, bəzi məqamlarda isə kifayət qədər zövq alırdım. Zövqlə darıxmaq arasındakı balans daha çox ikincinin xeyrinə pozulurdu.

Seçmələr:
- Demək olar ki, biz milyon illər okeanda yaşadıqdan sonra, onu tərk edərkən onu elə özümüzlə götürmüşük. Qadın uşaq dünyaya gətirmək istəyərkən onun daxilində su əmələ gəlir. Bu su dənizdəki su ilə eynilik təşkil edir. Duzluluğu da təqribən eynidir. Bu hələ hamısı deyil. Bizim qanımız da, tərimiz də dəniz suyu kimi duzludur. Biz okeanı qanımızda və tərimizdə özümüzlə daşıyırıq. Bəzən biz ağlayırıq, göz yaşlarımız da okeandır.
- Həqiqət ondadır ki, yaxşı və pis insanlar yoxdur. Xeyir və şər insanlarda yox, davranışlardadır. İnsanlar elə insan olaraq qalırlar. Onları xeyirlə və şərlə davranışları və etməyə imtina etdikləri əlaqələndirmiş olur.
- Mən ətrafımdakı islanmış dünyanı müşahidə edirdim və hər birimizin harada yaşamasından asılı olmadan daxilində axan çay haqqında düşünürdüm. Bu çay bizim qəlbimizin arzularını ifadə edir və bizim kim olduğumuzu və nələrə nail ola biləcəyimizi göstərə bilən saf və dərin həqiqətdir.
P.S. yazının ərsəyə gəlməsi üçün livelib.ru saytından faydalanmışam.
Çox maraqlı yazı üslubunuz var.Infarkt hekayənizi də çox bəyəndim.Qalanların da yavaş yavaş oxuyuram burdan Uğurlar sizə
ReplyDeleteTəşəkkür edirəm Şəhla xanım. Şadam ki bəyənirsiniz. Şəxsən müəllifi olduğum hekayələr həvəskarcasına yazılmış qeydlər kimidir.
DeleteÇox maraqlı yazı üslubunuz var.Infarkt hekayənizi də çox bəyəndim.Qalanların da yavaş yavaş oxuyuram burdan Uğurlar sizə
ReplyDelete