F=-F


Nyutonun üçüncü qanunu qarşılıqlı təsirə əsaslanır: İxtiyari iki cismin qarşılıqlı təsir qüvvələri modulca bərabər, istiqamətcə əksdir. 

Qüvvələr cür-cüt yaranırlar. Lakin müxtəlif cisimlərə tətbiq olunduqlarından bir-birini tarazılaşdırmırlar. Əgər A cismi başqa bir B cisminə qüvvə ilə təsir edərsə, onda A cisminə də B cismi tərəfindən eyni qiymətdə, ancaq əks tərəfə yönəlmiş qüvvə təsir edəcək. Yəni, qüvvə əks qüvvə yaradır. 

Latınca:  Lex tertia: Actioni contrariam semper et aequalem esse reactionem: sive corporum duorum actiones is se mutuo semper esse aequales et in partes contrarias dirigi.

Nyuton üçüncü qanunu kəşf edərkən daha artığını söyləyə bilərdi. Bəlkə də biz daha artığını başa düşə bilərdik. Hər halda bu gün belə bu haqda nə isə başa düşmək kifayət edər. Mənim yuxarıda onlayn ensiklopediya olan "Vikipediya"-dan paylaşdığım təriflərlə yanaşı, üçüncü qanunun insanla kainat, insanla insan, yaxudla insanla hər hansısa nəsnə arasında olan qarşılıqlı münasibətlərə də tətbiq etmək mümkündür. 

Şüurüstü fəzada beynimizdə yaranan hər bir arzu, xəyal, istək bizim ona olan sevgimizin gücü qədər bizdən uzaqlaşır. Başqa sözlə, daxilimizdə arzu yaratmaqla onu ucsuz-bucaqsız kainatın qucağına buraxırıq.Yelkənli qayıq kimi. Çünki Nyutonun üçüncü qanunu arzularımızın mövcud olduğu fəzada da keçərlidir.  Bizim arzulamaq gücümüz nə dərəcədə güclüdürsə, bir o dərəcədə də arzumuz bizdən uzaqlaşır. Lakin bizə onun uzaqlaşmağı lazım deyil. Bizi biz edən arzularımızı xaosa yem etməməliyik. Onu uzaqlaşmağa qoymamalı, daxilimizdə yaşatmalıyıq ki, həyatımızın nə isə az da olsa mənası ola bilsin. 

O zaman nə edək? Necə edək ki, yelkənli qayığmız bizi göyərtəsinə alıb istədiyimiz limana aparsın? 

İnsanın şüuru ona imkan yaradır ki, o, ondan uzaqlaşan arzuların ona necə yaxınlaşdığını təsəvvüründə canlandırsın. Təsəvvürdə canlanan arzularla iradə birləşdikdə isə biz yelkənli qayğımıza rahatlıqla minə bilirik. 

İstədiyimiz insanları da özümüzə yaxınlaşdıra bilərik. Buna inanmaq nə qədər çətin olsa da, biz təsəvvürümüzdə canlandırdığımız insanların beyinləri ilə əlaqə yarada bilirik. Bunu telepatiyaya bənzətmək olar, lakin indiki inkişaf səviyyəmizdə bu şüuraltı və şüurüstü formadadır. 

Odur ki, təsəvvür qabiliyyətiniz sizin ən əsas gücünüzdür. 

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi