Arkadiy və Boris Struqatskiy - Körpə
"Körpə" Struqatskiy qardaşlarının insanların digər planetlərdə həyat axtarışı ilə əlaqədar növbəti maraqlı və poetik əsəridir. Qardaşları təcrübəli elmi fantastika oxucularını daima təəccübləndirməyə müvəffəq olurlar. Bu yolda onlara qeyri-adi paradiqmalar və qeyri-adi poetik yanaşmalar kömək olur. "Körpə" əsərində insanlar yadplanetli sivilizasiyaları ilə əlaqəyə girməyə çalışırlar. Bunun üçün yadplanetli sivilizasiyası yaşayan "Gəmi" planetinin humanoid olmayan yerli əhalisi tərəfindən böyüdülmüş insan vasitəçilik etməyə çalışır. Bu əsəri özünə görə kosmik mauqli dən bəhs edən əsər kimi də dəyərləndirmək mümkündür. Yazıçıların təqdim etdiyi suallar isə həmişəki kimi düşündürücüdür.


Tapılan bu körpə ali insan kimi qəbul olunur. "Gəmi" layihəsinin iştirakçıları olan bütün elm adamları bu insana müxtəlif cür yanaşırlar. Bəziləri ona valideyn qayğısı göstərir, bəziləri də çoxlu suallar verir. Onun dedikləri isə müəmmalarla zəngindir. Cəmisi 4 saata insan dilini öyrənə bildi. Bu insan uzun illər öncə qəzaya düşmüş digər gəminin heyətində sağ qalmış iki nəfərdən birisidir. O, böyük planetdə yaşayır. Uça bilir və fantomlar yarada bilir. Lakin o, yalnızdır. Bu yalnızlıq onu daima izləyir. Genlərinin əsas qorxusu olan yalnızlığı dərk edə bilmir. İnsan gördükdə bir baxıma məhz buna görə sevinir və onlardan ayrılanda da bu baxımdan kədərlənir.
İnsan yalnızlığı, insan istəkləri, insan ümidləri və fantaziyaları haqqında olduqca şairanə əsər olan "Körpə" Struqatskiy qardaşlarının özünəməxsus dəsti-xətti olan elmi-fantastik əsərdir. Bu əsəri oxumaqla biz, sanki, kosmik səyahətə çıxmış oluruq.
Comments
Post a Comment