"Salam, Nyu York!" bir qırğız gəncinin "Amerika arzusu" arxasınca dünyanın ən böyük meqalopolisinə necə getdiyini göstərən pozitiv və səmimi ekran əsəridir.
Hər bir gənc kimi Batır da savadlı və uğurlu insan olmaq arzusundadır. Lakin sadəcə arzulamaq deyil, arzular uğrunda əziyyət çəkmək lazımdır. Film də mahiyyəti etibari ilə məhz bu məqamı əks etdirir. Odur ki, kənardan beyinlərdə yaranan "qırğız filmi nə dərəcədə maraqlı ola bilər?" stereotipini kənara qoyub, filmin özündə ehtiva etdiyi maraqlı və önəmli dəyərlər haqqında söhbət açmaq istərdim.
Hansı ölkədə olursunuzsa olun, xüsusilə də ABŞ-da, uğurun əsas qiyməti sizin ağlınız və özünüzə qarşı olan inamınızdır. Batır qabyuyan və fəhlə kimi işlədiyi vaxtlarda savadını inkişaf etdirməyi unutmurdu. Daima öz üzərində çalışırdı və bunun müqabilində "Nyu York" onu mükafatlandırdı: Kolumbiya Universitetindən məzuniyyət, yaxşı yerdə iş, gözəl qadın və səmimi dostlar. Bütün bunlar bir gəncin həyata inamla addımlaması üçün ən əhəmiyyətli bünövrə daşlarıdırlar. Lakin filmin sonunda biz görürük ki, Batır valideynlərinin dara düşməsi xəbərini eşidir və bəzi şeylərdən imtina edərək vətəninə qayıdır. Məhz bu məqamda biz qərb cəmiyyəti ilə post sovet cəmiyyətlərinin fərqini bir daha əyani olaraq görürük. Bir daha yadımıza salırıq ki, biz necə də vəhşi cəmiyyətlərdə yaşamağa məcburuq. Hələ də bizim kimi cəmiyyətlərdə çox şey fiziki güc, yalan, saxtakarlıq, murdar oyunlar və vəzifədən sui-istifadə vasitəsi ilə həll olunur. Zamanla sadəcə pulun marjinalizmi artır, insanların mədəni və şəxsi keyfiyyətləri isə inanılmaz dərəcədə zəif sürətdə artır və ya ölü nöqtədə qalır.
Film bizə göstərir ki, insan xarici ölkədə varlana və böyük nailiyyətlər əldə edə bilsə də, həqiqi xoşbəxtliyi doğmalarının, əzizlərinin yanında tapa bilər. Ailə və doğma insanlarsız insan daima daxilindəki boşluqla mübarizə aparmalı olacaq. Doğma insanların mənəvi dəstəyi olmadan insan özündə özünəinamı tapa bilməz. Hər nə qədər material təminat arxasınca insanlar dünyanın müxtəlif ölkələrinə təşrif etsələr də, yaxınların başına gələn problemlər onlara rahatlıq verməz. Film bütün bu ideyaları məqamları olduqca gözəl üslubda izləyicilərə çatdırır.
"Salam, Nyu York!" olduqca səmimi və rahat auralı bir filmdir. Filmdə möhtəşəm ssenari və aktyor ifası tapa bilməsəniz də, filmin adının ilk sözü olan "salam" sözü bizə onu doğmalaşdırır. Əlbəttə ki, qırğızlarla bizim aramızda olan yaxın münasibətlər də öz sözünü deyir, amma müasir cəmiyyətimizin dəyişən meyilləri daha çox özünü bu istiqamətdə biruzə vermir. Odur ki, səmimi və pozitiv film izləmək istəsəniz, məncə, tərəddüt etmədən aşağıdakı keçidi istifadə edərək izləyin.
Carol S. Dweck - Mindset: The New Psychology of Success Кэрол Дуэк - Гибкое сознание: новый взгляд на психологию развития взрослых и детей Dünya şöhrətli Stenford Universitetinin psixoloqu Kerol Duek, uzun illərin araşdırmalarından sonra düşüncə tərzinin həqiqi gücünü bir daha kəşf etdi. Duek uğurun sadəcə istedad və bacarıqlar vasitəsi ilə əldə edilmədiyini, eyni zamanda düzgün formalaşdırılmış düşüncə və yanaşma tərzindən olduqca asılı olduğunu sübut edir. Düzgün düşüncə tərzi ilə biz həm uşaqları, həm də yetkin insanları uğur qazanmağa motivasiya edə bilərik. Kerol əslində köhnə mövzulara toxunur, lakin daha müasir və təkmil üslubda izaha ehtiyac həmişə var. Valideynlər, müəllimlər, baş icraçı direktorlar, tələbələr, idmançılar və liderlər zaman zaman mütləq şəkildə düzgün düşüncə tərzində kənara çıxır və dəstəyə ehtiyac duyurlar. Artıq şübhə doğurmur ki, beynimizdə baş verən düzgün düşüncə tərzi adlı mental proses bizim həyatımızın bütün uğurlarının ən əsas təminatçısı...
The Interpretation of Dreams by Sigmund Freud Ziqmund Freydin yuxuların şüuraltı istəklərin ifadə olunma tərzi olduğunu kəşf etməsi, şübhəsiz ki, psixologiya elmində inqilabi xarakterə malik oldu. Onun nəzəriyyəsinə əsasən yuxular altşüurun arzularını aşkara çıxaran vasitədir. Yuxuları başa düşmək insan üçün özünü tanımaq yolunda olduqca əhəmiyyətli vasitə ola bilər. Çünki yuxuda gördüyümüz hər bir xırdalığın, hər bir simvolun öz mənası var və yuxular bizim gələcəklə olan ən əsas əlaqəmizdir. Yuxular yaşadığımız digər ömürlərdir. Həm bizə verilən ismarıc, həm də ayrıca dünyadır.
Yazıçı Kamal Abdullanın 2006-cı ildə nəşr olunan “Sehrbazlar dərəsi” romanı oxucuların və ədəbiyyat tənqidçilərinin böyük marağına səbəb olub. Mistik əhvalatların baş verdiyi roman paralel dünyalar arasındakı ahəngdən, atası Cəlladbaşını axtaran Karvanbaşının teleyin hökmü ilə Sehrbazlar dərəsinə gəlib çıxmasından, burada ömr edən Ağ dərvişin və hər iki dünyada yaşayan Səyyah sehrbazın çağırdığı ruhla Karvanbaşının sonu faciəyələ bitən sirli görüşündən bəhs edən mistk roman müxtəlif dillərdə və müxtəlif ölkələrdə çap edilməklə dünya oxucusunun da diqqətini çəkmişdir.
Qısa xülasə: Uinston adlı bir şəxs, 1984-cü ildə, azadlığın olmadığı, despotik bir rejimin hökm sürdüyü (hansı ki, inqilabdan sonra, kapitalizmi əvəzləyərək qurulmuşdur) Okeyaniyada yaşayır. Hakimiyyət bütün partiya üzvlərini manqurtlaşdırır. Uinston isə hələ də azad düşünür. Azad düşünmək isə ən ağır cinayət - fikir cinayəti sayılır. Tezliklə özü kimi azad düşünən bir xanımı tapır və eşq macərası yaşayır. Bundan sonra isə onlar birlikdə partiyaya qarşı mübarizə aparmağa cəhd edirlər. Amma uğur qazana bilmirlər ( http://kitablarinelektronversiyasi.blogspot.com/ ) Görkəmli ingilis yazıçısı Corc Oruellin (1903-1950) yaradıcılığı dünya miqyasında məşhurdur. Xüsusilə onun “1984” romanı və “Heyvanıstan” povesti ötən yüzillikdə sözün, ədəbiyyatın totalitar təfəkkürə və despotik idarəçilik üsullarına qarşı mübarizəsinin ən diqqətəlayiq nümunələrindən sayılır. Hər iki əsər yarandığı vaxtdan ədəbi və siyasi fikrin diqqət mərkəzində olmuş, müxtəlif dillərə çevrilmiş və ciddi polemika doğ...
Александром Беляев - Человек-амфибия "Amfibiya adam" Aleksandr Romanoviç Belyayevin ən tanınmış əsəridir. Bu möhtəşəm əsərdə həm quruda, həm də suda yaşamağı bacaran və bu bacarığına görə "Dəniz İblisi" adlandırılan İxtiandr adlı gəncin həyatından bəhs olunur. İstedadlı cərrah Salvator, İxtiandra köpək balığının qəlsəmələrini köçürmüşdür. Hadisələrm Argentinada, Atlantik Okeanının sahillərində cərəyan edir. ...Artıq xeyli müddətdir ki, şayiə yayılıb ki, dənizdə "Dəniz İblisi" var. O bir çox şeyə zərər vurub - torları kəsir və balıqları qayıqlardan suya qaytarırdı. Eyni zamanda belə bir şayiə də var idi ki, o kimisə köpək balığının cəngindən xilas etmişdi. "Dəniz İblisi"-ndən qəzetlər yazırdı və varlığını təkzib edən elmi ekspedisiya da təşkil edilmişdi, lakin mövhumatçı ispanları və hindliləri inandırmaq mümkün olmamışdı. İnsanlar xeyli müddət dənizdən kənar gəzməyə çalışdılar. Balıq, ən əsası isə mirvari ovu azaldı. Bu da "Meduza...
Comments
Post a Comment