Devid Vayz - "Google" hekayəsi
Orijinal ad: David A. Vise - The Google Story: Inside the Hottest Business, Media, and Technology Success of Our Time
Rus dilində: Дэвид А. Вайз, Марк Малсид - Google. Прорыв в духе времени
Əslən rus olan Sergey Brin və orta şərqli olan Lari Peydc internetdə hər bir bit informasiyanı pulsuz olaraq özündə birləşdirəcək olan ən güclü axtarış sistemini yaratmaq üçün Stendford Universitetini tərk etdilər. "Google hekayəsi" bizi Google-un 1998-ci ildə hələ ideya olaraq yerini tutmasından başlayaraq, milyardlarla gəlir gətirən və əsasını qoyanları Amerikanın ən varlı gəncləri etdiyi dövrlərədək səyahət etməyi təklif edir. Bu hekayə dürüst və qeyri-adi yanaşmaların Medison Avenyunu və Uol Striti, Youtubu və Microsoftu necə ötüb keçdiyi haqqındadır. Bu gün Google hətta Çin kimi sosialistik cəmiyyətdə də öz yerini tutub və inkişaf edir. Ən yeni prespektiv isə odur ki, Google vasitəsilə dünyanın genetik fondunu yaratmaq üzərində intensiv işlər gedir. Kitabda google-un klikləməyə əsaslanan reklam strategiyaları, qrafik təsvirlərlə əlaqədar gəldiyi yol, Yahoo, AOL kimi rəqibləri ilə mübarizə yolu və sair kimi maraqlı məqamlar haqqında obrazlı təsvirlər var.
Sergey Brin və Lari Peydc şübhəsiz ki, böyük tərif və mükafatlara layiqdir. Müəllif idealistik təriflərə kifayət qədər çox yer versə də, Google-un populyarlığını nəzərə alsaq, bunun bir o qədər də əhəmiyyətli bir şey olmadığını rahatlıqla başa düşə bilərik. Bu baxımdan kitabın sadəcə söz yığını olduğunu demək də çətin deyil. Həyatımızı addım-addım nəzarəti altına alan nəhəng olan "Google" haqqında heç də əla kitab olmayan ""Google" hekayəsi" yoruculluğu ilə seçilir.
Comments
Post a Comment