Rey Bredberi - Zəncirotu şərabı


Ray Bradbury - Dandelion Wine
Рэя Брэдбери - Вино из одуванчиков

12 yaşlı oğlanla birlikdə bir yay fəslini yaşayın. Hər gün sevincli və kədərli, sirli və həyəcanlı hadisələr baş verir. Hər gün sən kəşf edirsən ki, sən nəfəs alırsan, yaşayırsan və hiss edirsən. "Zəncirotu şərabı" Rey Bredberinin dünyanın qızıl fonduna daxil edilmiş əsərlərindəndir.   

Nostalgiya


Nostalgiya yazıçılar üçün ədəbi əsər yaratmaqda istifadə olunan olduqca populyar tikinti materialı olsa da, Rey Bredberi nostalgiyaya yeni nəfəs verir. Bu elə nəfəsdir ki, hamı tərəfindən rahat qəbul edilir. Notalgiyadan istifadə ingilis ədəbiyyatında heç də hərarətlə qəbul olunmasa da, Rey Bredberi yaradıcıllığında kənardan təsirlənmir. Ona təsir edən yeganə qüvvə uşaqlığıın və yay fəslində ailəsinin uzaq keçmişdən gələn səsidir. Bu baxımdan "Zəncirotu şərabı" avtobioqrafik əsərdir. Əslində Rey Bredberi özü haqqında yazır və obrazlar və məkanlar allüziyalardır. Belə ki, hadisələrin cərəyan etdiyi İlinois ştatında yerləşən Grin Taun, uydurma şəhər olsa da, İlinoi ştatı Uokinq şəhəri Reymondun böyüyüb başa çatdığı şəhərdir. 

Yaradılış tarixçəsi


"Zəncirotu şərabı"-nın yazılma tarixçəsi olduqca maraqlıdır. Los Ancelasda avtobusla gedərkən, yazıçı tennis ayaqqabıları geyinmiş bir oğlanı görür. Bu oğlan yazıçıya öz uşaqlığını xatırladır: hər yay onu anası onu Cenesi-stritə yeni tennis ayaqqabıları almaq üçün aparırdı. Bir neçə xatirə və ideyalar yaranır və Rey Bredberi dərhal tələsərək evinə gedir ki, bütün bu yenilikləri kağız üzərinə köçürə bilsin. Beləliklə də "Qaçan yayın sədası" əsəri yaranır. Bu əsər də "Zəncirotu şərabı" əsərinin yaranmasına təkan verir. Beləliklə də Rey Bredberi yay və uşaqlığı ilə əlaqədar əsərlər silsiləsinə start verir. 

Dövrünün populyar mədəniyyətində nəhəng əks-səda yaratmış olan Rey Bredberi sadəcə yaşadığı planetdə deyil, eyni zamanda ondan kənarda da adını əbədiləşdirir. Belə ki, 1971-ci ildə "Apollon 15" kosmik gəmisinin heyəti Aya eniş edəndən sonra kosmik modulun ətrafında yerləşən kraterlərin birinə Zəncirotu mənasını verən "Dandelion" adını vermişlər. 

Təhlil (təəssüratlar)


Əslində bu əsər haqqında nə isə yazmaq çox çətindir. Onu ancaq hiss etmək olar. Çünki, "Zəncirotu şərabı" elə bir mütaliədir ki, insanın təsəvvür gücünü alışdırır və ona inanılmaz təəssüratlar yaşadır. O qədər gözəl hisslər yaşamaq mümkündür ki, sonradan həmin hissələri sözlərlə təsvir etmək çox çətin olur. Ona görə də bu dəfə əsərə analitik yöndən yanaşmağa lüzum görmürəm. Əsərin sonluğu isə xüsusilə diqqətə layiqdir. Ümumilikdə isə, sözün həqiqi mənasında, şedevr sayıla biləcək ədəbiyyat nümunəsi ilə qarşı-qarşıyasınız. 

Seçmələr: 

  • Bir çox gənc insanlar qadınların başında azacıq belə olsa düşüncə olduğunu gördüklərində ölümünə qorxurlar. 
  • Həyatda birinci öyrəndiyin şey axmaq olduğundur. Həyatda axrıncı öyrəndiyin şey isə elə yenə də axmaq olduğundur.
  • Mehribanlıq və ağıl qocalıq əlamətləridirlər. İyirmi yaşında qadın üçün qəlbsiz və yelbeyin olmaq daha maraqlıdır. 
  • Sevgi ilin dörd fəslinin dördünün də birlikdə yaşamaq istədiyin kəsi tapmaqdır. Çiçək ləçəkləri səpildiyi yaz yağışından qaçmaq üçün, yayda giləmeyvə toplamaq və çayda çimmək üçün. Payızda birlikdə mürəbbə bişirmək və soyuqdan qorunmaq üçün pəncərələri bərkitməkdir. Qışda isə soyuqdəymə və uzun gecələri yola vermək üçün...
  • Ağlamaq mənim xoşuma gəlir. Elə bil yenidən səhər açılır və gün təzə başlayır.
  • Papaqda dovşan axtarmaq bəzi adamların başında sağlam düşüncə axtarmaq kimi heç bir işə yaramaz işdi. 
  • Kiməsə lazım olmayan əski-üskü, kimlər üçünsə izinverilməz dəbdəbədir.
Oxşar yazılardan:

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi