Manolete - Манолете
Əgər filmə məşhur ispan korridaraları və matadorları baxımından yanaşaraq izləmək qərarını versəz, məyus ola bilərsiz. Çünki korrida aspektində film məntiqsiz, passiv və maraqsızdır. Öküzlərlə qanlı döyüş və bənzəri məsələlər yoxdur. Bəs yaxşı filmdə yaxşı alınan nədir? Hisslər. Edrian Brouidi ilə Penelopa Kruz hisslərlə mövzunun romantik və dramatik çalarlarını yüksək səviyyədə çatdırırlar. Nəticədə İspaniyanın isti günəşini, ispan hərarətini və ehtirasını hiss edə bilərsiz. Bu xüsusi bir şeydir: eyni anda ölümə və qadına olan ehtirasa can atmaq. Edrian Broudinin və Penelopa Kruzun emosionallığı filmin ən əsas sahib olduğu xüsusiyyətdir. Bu elə bir dramdır ki, diaoloqlardan dəfələrlə çox aktyor və aktrisanın sifəti danışır ki, bu məqam filmlərin vizual incəsənət olduğu faktını sübut edir. İzləyici həm aşkar diaoloqları, həm də gizli qalmış, lakin ara-bir görsənən dialoqları eşidərək filmi başa düşməyə çalışır.
"Manolete" filmi sevgini korrida kontekstində dəyərləndirir və korrida fəlsəfəsi müstəvisinə daşıyır: ya qələbə, ya da ölüm. Ya cəsarət, ya da əbədi sükut. Sevgi və bu yola olan dözümlülük. Sevgini yol kimi qəbul etsək, hər birimizin qarşısına seçimlərlə vəhdətləşmiş çoxlu suallar çıxa bilər: sevdiyini qəbul etmək asandır, lakin bu yolu axra qədər getmək və qətiyyət göstərmək güclü iradə və şəxsiyyət tələb edir. "Manolete" məhz bu mövzulardan ibarət diqqətəlayiq filmdir. Çəkiliş baxımından passivlik olsa da, hissələri birləşdirdikdə maraqlı ideyaya əsaslanan filmin üzə çıxdığını görə bilərik.
Comments
Post a Comment