Tanrının şəhəri - City of God
"Tanrının şəhəri" filmi Rio-de-Janeyro şəhərinin yoxsul məhəllələrində 30 il müddətində baş verən qanlı hadisələri əhatə edir. Biz bütün bu hadisələri "Raket" adlı dürüst və kiçik qanun pozuntuları arasında gedib gələn gəncin gözündən görürük. Onun həmyaşıdları artıq qanqsterə çevrilsələr də, o, düzgün yolla həyatını yaşamaq istəyir. Onun bu isytəyinə qarşı "Tanrının şəhəri" necə cavab verəcək? Axı, tanrının şəhərində hər şey yaxşı olmalı idi, yoxsa tanrı bu şəhəri unudub?
Öldür və özünə hörmət qazan!

- Sən nə haqda düşünürsən? Sən başa düşmürsən ki, bu manyak və bir dəstə quldurla həyatını məhv edirsən? Sən hələ körpəsən!
- Körpə? Hə mən kokain iyləyirəm və çəkirəm! Mən oğurluq edirəm və öldürürəm! Mən - əsl kişiyəm!

Quldur heç vaxt sevmir, o, istəyir. Quldur heç vaxt söhbət etmir, o, yaltaqlanır. Quldur dayanmır, sadəcə nəfəsini dərir.
Heç vaxt unutmamaq lazımdır ki, şəhərlər bizdən ayrı və tam fərqli canlıdırlar. Bu mənim özüməməxsus şəhərə yanaşma fəlsəfəmdir. Nədəsnə, hər zaman mənə elə gəlib ki, şəhərin müəyyən bir ruhu var və əgər sən bu şəhərdə yaşamaq istəyirsənsə, onunla hesablaşmalısan. O səni qəbul da edə bilər, qəbul etməyə də bilər. Qəbul etdikdə o sənin istəklərini yerinə yetirəcək, qəbul etmədikdə isə sən onun iyrənc oyunlarının qurbanı olacaqsan. Hər bir şəhər onda yaşayanın tanrısıdır. Hər şey düşündüyümüz kimi sadə deyil. Bəs siz yaşadığınız şəhəri yaxşı tanıyırsınız?
Comments
Post a Comment