Təkrarlayıcı Zar - Aleksandr Rıjkov - "Зар Повторитель" Александр Рыжков
Deməli belə. Bu hekayə fərqli bir hekayədir. Janr etibariylə kosmik
fantastika olsa da, mənim üçün əvvəl oxuduqlarımdan fərqli oldu. Belə ki, burda
kainatın bir küncündə yaşayan şüurlu varlıqların həyatı və onların insanlarla
olan münasibətindən söhbət gedir. Zar adlı bir gəlmə əcdadlarından
birisinin etdiyini yenidən edir (ona görə də hekayənin adı Zar təkrarlayıcıdır).
Belə ki, onun əcdadlarından birisi, Yer planetinə gəlmiş və insanlarla həmin bu
gəlmələr arasında dostluq münasibətləri qurmuş birisi olmuşdur amma sonra
insanlarla onların arası dəymiş və qanlı müharibə olmuşdur. Zənnimcə, günah
insanlarda olmuşdur. Zar Yer planetinə yenidən qayıdanda burada insan tapmır.
Belə ki, insan təkamül etmişdir. İnsanlar fiziki bədənin ağırlığını ataraq
virtual reallıq və əbədiyyətdə mövcudluqlarını davam etdirirlər. Zar da fiziki bədənini
virtual reallığa çevirir.
Hekayənin fərqliliyi də məhz buradadır. Biz öyrəşmişik ki, həmişə gəlmələr
bizdən üstün olsunlar və bizim üzərimizdə təhlillər aparsınlar. Bu dəfə isə belə
olmadı))) Eyni zamanda insanın artıq sadəcə virtual olaraq yaşaması da diqqətə
layiqdir.
Digər yazılarımı oxumaq üçün: Əsas səhifə
Comments
Post a Comment