Riçard Baxa məktubum....
.jpg)

Əsərlərində olanlar mənim ehtiyacım olan şeylərdi. Axtardığım,
düşünüb, düşünüb amma hələ də dərk etmədiyim şeylər. Qısa müddət ərzində sənin əsərlərin
mənə çox şeyi yenidən xatırlatdı amma yenə də yaşamaqdan qorxmağa davam edirəm.
Hələ də tam dərk edə bilmədim. Amma olsun. Ümid edirəm düzələcək...
Sənin əsərlərinin fərqliliyi ondadır ki, onları oxuyaraq biz
öz-özümüzü öyrənirik. Tanış oluruq. Sən əsərlərində öz həyatını yazaraq əslində
bizim həyatımıza da işıq salmısan. Sən bizim haqqımızda yazmısan. Bizim. Biz
insanların haqqında. İnsanın nələr edə biləcəyi və nələr ilə əhatədə olduğu
haqqında. Və mən sənə buna görə dərin, səmimi qəlbdən, simamda yüngül gülüş və
mənəvi rahatlıqla təşəkkür edirəm.
Biz heç vaxt heç kimi itirmirik. Odur ki, dünən 3 sentyabr 2012-ci il
tarixində səni itirmədik. Sən sadəcə formanı dəyişdin. Sənin bəşəriyyətə
qoyduğun bu qiymətli mirasın çoxlarına bələdçilik edəcək.
Comments
Post a Comment