Martin İden - Cek London
Əzm, mübarizə, mövcudluq, gözlənti, xəyal qırıqlığı və mavi
sonsuzluq. Qısaca, Cek London.
Bu kitab haqqında yazmaq lazımdır. Niyə? Çünkü insan həyatında zəhmət
ən vacib elementdir. Dünyada həyatımıza rəng qatmaqla məşğul olan ədəbiyyat da
uzun illərdir məhz bunu bizə çatdırır. İnsan zəhməti haqqında roman da
adlandırmaq olar bu əsəri. Məncə motivasiya, şəxsi inkişaf kimi mövzularda
kitablar, məqalələr oxuyan insanlar sadəcə bu romanı oxusalar və zəhmət
anlayışının insan həyatında necə yer aldığını görə biləcəklər və özləri ilə
müqayisə edəcəklər. Sadəcə zəhmət də deyil. Eyni zamanda sevginin sosiologiyası
da çox gözəl izah olunub. Bu əsər haqqında əslində çox danışa bilməyəcəm. O qədər
həyati bir əsərdi ki, bunu sadəcə oxumaq və düşünmək, müqayisə etmək lazımdır.
Bir çox insan öz yollarını gedərkən ruhi qidalanmadan məhrum olurlar amma onlar
çıxış yolları axtarırlar. Heç vaxt təslim olmamaq, ağıl və səbr etməyin nəticəsi
mütləq uğurdur. Bu kitabda bir çoxları özündən nə isə tapacaq. Buna əmin ola
bilərlər. Olduqca dəyərli ədəbi əsər.
Digər yazılarımı oxumaq üçün: Əsas səhifə
Digər yazılarımı oxumaq üçün: Əsas səhifə
Comments
Post a Comment