Komanda və Azərbaycan

Məqsəd və məqsədləri istiqamətində bir yerə toplanmış və vəzifələri müəyyənləşdirilmiş insanlar çoxluğuna komanda deyilir. Unutmayın! Qrup və komanda anlayışları fərqlidir. Komanda anlayışı günümüzdə çox vacib anlayışa çevrilib. Niyə? Dünya bunu tələb edir. Müasir sistemlər bunu tələb edir. Biz isə kor tutduğun buraxmadığı kimi mənasız fərdi rəqabətdən bərk-bərk yapışmışıq. Əslində qınamamalıyıq. Səbəb şəxsən bizim özümüzdə deyil. Uşaqlıqdan ətrafımızda sayca çoxluq təşkil edən öz şəxsi, xudbin mənfəətlərini güdən insancıqları görürük. Çox təəssüf. Çox təəssüf....


Bizim əcdadlarımız fərdiliyə meyl ediblər (adicə elə götür xanlıqlar
dövrün). Bu da bizim, Azərbaycan Türklərinin böööyük eqosunun olduğunu göstərir.
Amma bir məsələ var ki, artıq bu günün dünyası bundan qaçır, qaldı ki, sabahın
dünyası.
Azərbaycanda komanda qurmaq, komanda anlayışını, sistemini oturtmaq
bir xeyli çətin bir şeydi. Mövzunun özü çox dərin mövzudur. Unutmayaq: Zəncir, ən
zəyif halqası qədər güclüdür.
Digər yazılarımı oxumaq üçün: Əsas səhifə
Comments
Post a Comment