Bill Gates: Biznes yolu - Des Dearlove
Bill Gates. Məhz o kompüterlər üçün proqram yazmağı dəbli formaya saldı. Məhz o, prespektivi proqram təminatında gördü. Microsoft və onun rəqibi Apple bunu əslində birgə etdilər və tələbələr, şagirdlər proqramist olmaq üçün səbirsizlənməyə başladılar.
Bill Gates çox qəddar rəqib, çox güclü alim, həmişə planlaşdırılan nəticələri
verən strategiyaları hazırlayan strateq, kommersiya instikti olan, tez-tez əsəb
böhranı olan şəxsiyyətdir. Məhz o birinci intelektual əmlak kapitalisti, tarixə
adı yazılan və tarixin axışını dəyişdirən insandır.
Biz artıq yeni erada yaşayarıq.
Bu kitab mənim üçün ən yadda qalan kitablardan oldu. Sizə onu deyim
ki, çox yox orta hesabla 10 ədəd belə kitab oxumaqla bəlkə də siz 4 il ərzində
“bəzi” universitet və fakültələrin verə biləcəyi təhsildən çox şey öyrənə bilərsiz.
Faydalı və dəyərli kitabdır.
Kitab Microsoftun qurulma anından bu gününə qədər olan ömrünü bizə
qısaca təsvir edir. Amma bununla kifayətlənmir. Bill Gatesin uğur sirrlərini,
Microsoftun uğurlarını bizə açıqlayır. Aydındı ki, bunu heç bir yazıçı, tətdiqatçı
tam bacara bilməyəcək. Çünki açıq-aşkar olmayan şeylər var...
Kitabda nələrə toxunulur?
·
Bill
Gatesin Microsoftu qurmasından əvvəl və sonrakı ümumi həyatı və davranışları.
·
Microsoft
necə uğur qazandı?
·
İBM və
Microsoftun əlaqələri necə olub?
· Bill
Gates innovatordu yoxsa oğru? (araşdırmalar göstərir ki, o innovator deyil. Cəledici
ideyaları, kəşfləri pulnan almış və hətta bəzi iddialara görə oğurlamışdır).
· Microsoft
işə qəbul zamanı nələrə diqqət edir? (Yüksək İQ)
·
İşçilər
hansı formada maaş alırlar?: Müəyyən pul miqdarı + şirkət səhmləri və bu bir
çox Microsoft işçilərini milyoner, multimilyonçu və milyarder etmişdir (milyarder
sayı ikidir).
·
Microsoftun
təşkilati mədəniyyəti və davranışları necədir?
·
Bill
Gatesin şəxsiyyəti necədir?
· Bu gün
çox müzakirə olunan öyrənən təşkilatlar, know-how, know-who, intelektual
kapital və onun növləri, Microsoftun və şəxsən Bill Gatesin uğur sirləri nədir?
· Gates
idarəetmə strukturunu necə formalaşdırıb? Bayt miqyasında biznes qurmaq nə deməkdir?
Onun əsas idarəetmə fəlsəfəsi: böl və hakimlik et! (Bu fəlsəfə SSSR-də də
istifadə olunurdu)
Uğur qazanmaq özü ilə bərabər məğlub olmaq potensialını da gətirir.
Microsoft, Bill Gates sayəsində hər zaman məğlub olmaq hissi ilə yaşadı və heç
vaxt çalışmağı dayandırmadı. Gördüyümüz kimi bunda çox vacib dərs çıxır: Uğura
məğlub olmamalıyıq.
Kitabı rusca yüklə
Kitabı rusca yüklə
Bəyəndinsə əsas səhifəyə keç və digər yazılarımı da oxu: Əsas səhifə
Comments
Post a Comment