Akvarium - İlqar Fəhmi
Gənc yazaralar: Əslində
gənc yazarlara şans vermək lazımdır. Doğrusu, gənc yazarlar arasında
istedadlıları, ortaya orijial fikir qoymağa bacaran, oxuyucunun ruhuna, ağlına
tövhə verəcək əsərlər yazan çox azdı. Hətta bəzi gənc yazarları görüb gənc
yazarlara nifrət etməyə başlayıram. Onlar sadəcə lazımsız mövzuları təbliğ edərək,
özlərinə “azad düşüncəli” insanlar deyirlər amma nəysə. Onlara da ayrıca bir
yazımda toxunaram. Görürəm ki, buna ehtiyac var.
Məni cəlb etdi: Əli və
Nino kitab mağazasında bu kitab üz qabığının dizaynı, kitabın arxasındakı
tanıtım sözləri və elə sadəcə öz adı ilə diqqətimi cəlb etdi və beynim
satınalma qərarını aldı. Alsam da uzun müddət oxumağa başlaya bilmədim.
Başlayarkən də xüsusi diqqətlə start götürdüm.
İlqar Fəhmi |
Nəticə: Yeni
heç nə. Həyatdan bezən birisinin qısaca həyat hekayəsi. Romanın süjet xətti
banal olsa da, romandakı bədii ifadələr pis deyil, amma yaxşı da deyil.
Doğrudur, vaxtım darıxdırıcı keçməsə də, romanın finalını o dəqiqə sezsəm də gənc
yazarlar arasında yenə doğru düzgün, bir balaca normaya yaxın İlqar Fəhmi oldu.
Bəlkə də kiməsə görə çox super romandı amma mənim üçün yeni bir şey
olmadı. Romanın baş obrazının bəzi fəlsəfi düşüncələri pis deyil. Düşündürücü və maraqlı məqamlar var.
Nəticə olaraq dramatik, teatral roman. Hərgah bu termini birinci dəfədi
eşidirdim, internetdə araşdırdım və termini izah edəcək doğru düzgün bir izahat
tapa bilmədim. Bilirsinizsə xəbər verin.))
Digər yazılarımı oxumaq üçün: Əsas səhifə
Comments
Post a Comment