Melissa P. +18
Qeyd: + 18 mövzulardan narahat olan insanlardan çox xahiş edirəm nə bu yazını oxusunlar nə də filmi izləsinlər. Yazıda mənim film və mövzu haqqında fikirlərim yer alıb.
Bu yaxınlarda erotik janra aid edilən bu filmi izlədim. Bu janra daxil edilməsi filmdə olan 3-4 epizoda əsaslanır. Ümumiyyətlə isə filmi bu kateqoriyaya aid etmək olmaz. Film bizə sadəcə yeniyetməlikdə keçid dövrünün problemləri ilə əlaqədardır.
Film real faktlar, hadisələr və proseslərə əsasən çəkildiyinə görə, səmimi
və maraqlıdır. Zənnimcə mövzuyla maraqlananlar izləsə peşman olmazlar. Çünki
filmfə çox şey yaxşı təsvir olunub.
Qısaca motivlər: Filmdə
Melissa adlı səfeh qızın qadın olması və daha sonra da sevgiylə tanış olması
yer alıb. Melissanın başına çox işlər gəlir və bu da onun daxili dünyasını
inkişaf etdirir. Nəticədə də onun dünyası qızın özündən də yaşlı olur (bu real
həyatda da belədir. 15 yaşında qız ilə 15 yaşlı oğlan, psixoloji cəhətdən eyni
deyildir.). O, yeniyetmədir. O, təkdir. O, bilmir nə etsin və budur özünü
itirir. Filmin şüuarı isə: “özünü tapmaq üçün birinci özünü itirməlisən”-dir (You
have to lose yourself before you can find yourself).
Nəticə:
Çoxları Melissaya fahişə dedi, amma mən deyirəm ki, o, sadəcə özünü itirdi və ətrtafındakı
dünyanı özünəməxsus formada öyrəndi. Melissa onsuz da sevgidə xəyal qırıqlığı
yaşamışdı, sonra da başıboş oğlanlarla müxtəlif oyunlar oynadı. Qadınların
formalaşmağında biz kişilərin rolu çox böyükdür.
Sonluq isə yaxşı oldu. Melissa həqiqi sevgiylə rastlaşdı və bunun da
bədəli bütün bu çətinliklər oldu.
Digər erotik filmlər haqqında yazılarm: BURADA
Digər yazılarımı oxumaq üçün: Əsas səhifə
Comments
Post a Comment