Liderliyin Həndəsəsi - Rendal Krozbi - Рэндалл Кросби - Геометрия Лидерства

 Tanış olaq – Rendal Krozbi (Рэндалл Кросби): Rendal Krozbi menecment və təşkilatı inkişaf sahəsində ekspertdir. Onun başçılığı ilə müxtəlif səviyyəli menecerlər tərəfindən tətbiq olunan, komanda formalaşdırma, liderlik və stratejik idarəetmə proqramları uğurlu nəticələr vermiş və bir çoxlarına qarşılaşa biləcəkləri çətinlikləri dəf etməyə yardımçı olmuşdur.


Bu səsli kitab 1 saat içərisində liderliyə fərqli yanaşmanı və liderlik mövzusunda bilinməsi lazım olan sistematik məlumatları bizlərə çatdırır. Gümüz dünyasının biznes aləmi liderlik, effektiv komandaların hazırlanması və stratejik idarəetməsiz mümkün deyil. Biznes inzibatçılığı sahəsində təhsil alanlara da bu mövzularda maksimum dərəcədə bilik əldə etmək ancaq və ancaq faydalı ola bilər. Odur ki, belə kitablardan çox istifadə etmək lazımdır. Bəzilərində xaotik və faydasız məlumatlar çox olur amma bəxtim gətirdi ki, bu audio kitab faydalı oldu və bəzi şeylər üçün paradiqmamı dəyişdi.

Vəziyyətdən aslı olmayaraq liderliyin beş aspekti var ki, onu effektiv istifadə etdidə arzulanan nəticələri əldə etmək olur. Detallı yazmağa həvəsim olmasa da adlarını sizlərə çatdırıram:

-       Şərtlər
-       Aktivlər (dəyərlər, kapitallar)
-       Fokus (istiqamət)
-       Xarakter (şəxsiyyət, inam)
-       Əsaslanmaq və təsiretmə (liderin gücü)

P.S. Səsli kitabda Redal Krozbi əvvəlcə ingiliscə danışır sonra cümlələri ruscaya tərcümə olunur. Bax bu yorucudur.

    
Səsli kitabı dünləmək üçün: TIKLA

Bəyəndinsə əsas səhifəyə keç və digər yazılarımı da oxu: Əsas səhifə  

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Aleksandr Puşkin - Kapitan qızı

Kamal Abdulla - Sehrbazlar dərəsi