İçimdəki Dəniz - The Sea İnside


“ Hörmətli hakimlər, siyasətçilər və din xadimləi. Ləyaqət nədir? Bilmirəm sizin vicdan sizə nə deyir, amma mənim həyatım ləyaqətdən məhrum olub. Və mənim də ən yaxşı edə biləcəyim ləyaqətlə ölməkdir. Mən cəmiyyətin laqeyidliyindən bezmişəm və bunu gizlincə etməli olacam. Mənim ölümümə olan bütün hazırlıq mənim dostlarım tərəfindən hazırlanıb və heç biri cinayətkar deyil. Plan mənim beynimdə doğulub və qərar da mənim vicdanımdadır. Gördüyünüz kimi mənim qarşımda zəhər olan su ilə dolu stəkan dayanıb. Mən onu içdikdə mən mövcud olmayacam. Mənim bədənim, mənim ən dəyərli varlığım məndən imtina edəcək. Mən elə hesab edirəm ki, həyat haqqdır, məcburiyyət deyil. Mənim vəziyyətimdə isə mən bu qorxunc məcburiyyətə 27 il, 4 ay və bir neçə gün dözməli oldum. Mən bütün bu illəri xatırlayıram və mənim subyektiv mövqeyimdən deyil, sadəcə mən onları xoşbəxt adlandırmazdım. Bütün bu vaxt mən arzu etmədən mövcud olmuşam. Bax beləcə bütün həyatım keçdi. İndi isə vaxt mənim tərəfimdədir. Zamanla insan şüurunun təkamülü mənim bu əməlimin əsaslandırılmış olub olmadığı haqqında verdikt çıxaracaq. “

İspan Ramon Sampedronun real haidəsələ əsaslanaraq çəkilən filmi. 30 ilə yaxın tamamilə iflic olan Ramon, iki il könüllü olaraq həyatdan getmək üçün mübarizə apardı (eftanaziya). Film onun iki qadınla olan münasibətindən bəhs edir. Juliey-onun vəkili, Roza-onun rəfiqəsi hansı ki, onun inandıqmaq istəyir ki, həyatda yaşamaq həyatın özünə görə dəyər. Böyük qardaşının “Mən sənin böyük qardaşınam. Nə qədər ki. mən sağam bu evdə heç kim heç kimi öldürməyəcək. Mən sənin böyük qardaşınam!!” kimi ümidsizcə çabalayışı gözümün önündən getmir. Sevginin gücü qadınları əvvəllər onlar üçün mümkünsüz olanı etməyə ilhamlandırır. Ramon ölmək istəyinə baxmayaraq, dost-tanışlarına həyatın mənasını açır. Çox yazmağa ehtiyac yoxdur. Filmi izləyib, personajın dünyasına qərq olduqdan sonra insanın düşüncələri qanadlanır. Gözəl bir film.

Xoşuna gəldisə əsas səhifəyə keç və digər yazılarımı oxu: Əsas səhifə   

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Aleksandr Puşkin - Kapitan qızı

Kamal Abdulla - Sehrbazlar dərəsi